TUALET

Fransızcadır, “səliqə-sahman”, “geyim”, “ayaqyolu” və s. mənalarda işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

TROY UNSİYASI
TUBA
OBASTAN VİKİ
Tualet
Tualet və ya Ayaqyolu — İlk tualetin nə vaxt yarandığı bilinmir. Oturacaqlı tualetin eradan 2600 il əvvəl Şumer çariçasına aid olduğu iddia edilir. Şotlandiya ərazisindən isə 5000 il yaşı olan stulabənzər tualetin qalıqları tapılmışdır. E.ə. 2100-cü ilə aid tualetə Misirdə, daha sonralar isə Parisdə və Hindistan yarımadasında da rast gəlinmişdir.Romada ilk ictimai tualet təkcə ehtiyacları ödəmək üçün deyil, həm də fəlsəfi söhbətlər aparmaq üçün əlverişli yer olmuşdur. Daş stullar formasında olan tualetlərdə ilk olaraq nökərlər oturub daşı isidir, sonra isə varlı romalılar öz təbii ehtiyaclarını burada ödəyirdi. Bu tualetlərin xüsusi kanallara çıxışı var idi ki, onları da su yuyub aparırdı. Roma tualetlərindən ancaq imkanlı romalılar istifadə edirdi. Yerdə qalan əhali isə tualet ehtiyaclarını küçədə ödəyirdilər. Tualeti əvəz edən Roma küçələrini təmizləmək üçün xüsusi pullu xidmətçilər var idi.
Tualet Tarixi Muzeyi
Tualet Tarixi Muzeyi (ukr. Музей історії туалету) – Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən muzey. Muzey tualet mədəniyyətinin tarixinə həsr olunub. 5 sentyabr 2007-ci ildə açılıb. Muzeydə 5000 il əvvələ aid olan tualet nümunələri, Leonardo da Vinçi tərəfindən ixtira olunmuş tualet, 580 digər eksponatı görmək mümkündür. Kolleksiyaya şüşə, taxta, plastik, metal, badam xəmirindən hazırlanmış suvenirlər daxildir. Muzey dünyada ən böyük tualet suvenirləri kolleksiyasına malik olduğuna görə Ginnesin Rekordlar Kitabına düşüb.
Ümumdünya Tualet Günü
Ümumdünya Tualet Günü — dünyanın 19 ölkəsində hər il noyabrın 19-da qeyd edilən əlamətdar gün.Ümumdünya Tualet Günü dünyada tualetsiz qalan insanların problemini qabartmaq məqsədilə 2001-ci ildən qeyd edilir. Belə ki, BMT-nin araşdırmalarına görə, dünyada 2,5 milyard insan ayaqyolu problemindən əziyyət çəkir, hər gün 5000 uşaq tualetin səbəb olduğu infeksion xəstəliklərə və gigiyenik şəraitin məhdudluğuna görə vəfat edir. Təxminən 1 milyard insan hələ də ayaqyolu olmadığından təbii ehtiyaclarını küçələrdə ödəyirlər. Təkcə Hindistanda 650 milyon insanın, yəni əhalinin yarısından çoxunun evində tualet yoxdur.
Sulab Beynəlxalq Tualet Muzeyi
Sulab Beynəlxalq Tualet Muzeyi (ing. Sulabh International Museum of Toilets) — Hindistanın Yeni Dehli şəhərində muzey. == Tarixi == Muzeyin təməli 1992-ci ildə hind sosioloqu Bindeşvar Pathakın təşəbbüsü ilə qoyulmuşdur. == Eksponatları == Muzey Almaniya, Çin, Fransa, Belçika və Yunanıstandan gətirilən nümunələr əsasında təşkil olunmuşdur. == Uğurları == Muzey dünya ölkələri tərəfindən xüsusi mükafatlara layiq görülüb.
Tualetdə ölən şəxslərin siyahısı
Tarixdə bir çox şəxs defekasiya və sidik ifrazı prosesi zamanı tualetdə ölmüşdür. Tualetdə ölən şəxslərin siyahısına Dəmirböyürlü Edmund kimi tarixi şəxslər, eləcə də, Cudi Qarlend və Elvis Presli kimi tanınmış simalar daxildir. == XX əsrdən əvvəl == == XX əsr == == XXI əsr == == Uydurmada ölümlər == 1993-cü il istehsalı "Yura dövrünün parkı" filmində Donald Gennaro personajı tualetdə əyləşərkən tirannozavr tərəfindən yeyilir. Corc Martin tərəfindən 2000-ci ildə yazılmış "Qılınclar fırtınası" kitabında Tivin Lannister personajı tualetdə ikən öldürülür. "Sopranolar" serialında Toni Sopranonun kapolarından biri olan Cici Çestone liderlik rolunun gətirdiyi stresdən tualetdə ölür. Stiven Kinqin eyniadlı romanı əsasında çəkilən "Yuxu tələsi" (2003) filmində Rik Makkarti yadplanetli ilə mübarizə aparkən tualetdə ölür. "Cənubi Park" animasiya serialının "Tərs kovgörl" adlı seriyasında (2012) Klayd Donovanın anası tualetin içinə düşərək ölür. 2020-ci il istesahlı "Xilasetmə" filmində əsas personajlardan biri olan Amir Asif tualetə daxil olduqdan sonra vurulur.
Yaponiyada tualetlər
Yaponiyada tualetlərin tarixi Yayoi dövrünə qədər uzanır. Antik Yaponiyada sadə quyulardan və ya çayların keçdiyi yerlərdə tikilən "kavaya" adlı strukturlardan tualet kimi istifadə edilirdi. VII-VIII əsrlərdə isə sarayda və dini tikililərdə su axınından istifadə edən daha müasir tualetlər peyda olmuşdu. Orta əsrlərdən başlayaraq insan ifrazatı Yaponiyanın kənd təsərrüfatı həyatında əhəmiyyətli yer tutmağa başlamış və əsas gəlir mənbələrindən birinə çevrilmişdir. Meyci islahatından və qərbləşmə siyasətindən sonra ölkədə ilk ictimai tualetlər tikilmişdir. Tayşo dövründə isə Qərb üslubunda olan tualetlər yayılmağa başlamışdır. İkinci dünya müharibəsinin ardından Qərb üslubundakı tualetlər ən geniş yayılmış tualetlər olmuşdur. 1980-ci illərdən başlayaraq isə kontrol panelinə malik, müxtəlif funksiyalı yüksək texnologiyalı tualetlər ortaya çıxmışdır. Hazırda Yaponiyada tualetlərin iki növü yayılıb: Qərb üslubunda və yapon üslubunda tualetlər. İctimai tualetlərdə iki üsluba da rast gəlmək mümkün olsa da, bəzən köhnə tikililərdə təkcə yapon üslubunda tualetlərə, müasir tikililərdə isə təkcə Qərb üslubunda olan tualetlər olur.

Digər lüğətlərdə

Благове́щенье картофелекопа́лка несерьёзно пересо́хнуть по-алба́нски пролетку́льтовский промоты́жить риксда́г со́лодь христиа́не ча́вкание бензопи́ла бо́чковый передислоци́роваться под га́зом кто-л подка́чивание сму́ро товарооборо́т уре́зывать томаша шакала care-taker prominence бетонный регион