UN

Yumşaq (əsli: uvşaq), uşaq, ufaq, ovmaq, üyütmək (измельчать), un sözlərinin hamısı kiçik, xırdalamaq mənaları ətrafında birləşir və tarixin qədim dövrlərində eyni kökdən törəyiblər. Un –“xırdalanmış”, “əzilmiş”, “yumşaldılmış” deməkdir, “üyüdülmüş”dür. Unnuca (əsli: unluca) adlı pencər də var (üstü unlu, tozlu olduğundan belə adlanıb). Xırda doğra yerinə uşaq doğra deyilən vaxtlar olub. Maraqlıdır ki, başqa dillərdə də un anlamını bildirən söz xırdalamaq mənası ilə bağlıdır (müqayisə et: мукамягкий; bunlar kökdaş sözlərdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

UMSUNMAQ
UNDULYASİYA
OBASTAN VİKİ
UN
Birləşmiş Millətlər Təşkilatı (ing. United Nations) — 1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılmış "Ümumdünya Hökuməti". Hazırda dünyanın 193 ölkəsi, 500 asılı ərazi, Antarktida materiki, Qərbi Səhra, Dünya okeanı bütünlükdə yer kürəsinin 80 — % ərazisi, BMT-nin mandat sisteminə daxildir. BMT-nin baş qərargahı Nyu-York şəhərində yerləşir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Birləşmiş Millətlər Təşkilatı İDM-dən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış ən böyük qurumdur. BMT-nin Nizamnaməsi 1945-ci il 26 iyunda San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il 24 oktyabrda qüvvəyə mindi. BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür. Üzv ölkələr öz aralarında BMT-nin Nizamnaməsinin — onların dünya birliyinin üzvləri kimi hüquq və vəzifələrini müəyyənləşdirən beynəlxalq müqavilənin prinsipləri ilə əlaqələnirlər.
Ko Un
Ko Un— (kor. 고은; 1 avqust 1933, Günsan[d], Yaponiya imperiyası) — Koreya şairi və nasiri, ictimai xadim, insan hüquqları müdafiçəsi == Həyatı == Cənubi Koreya ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Ko Un 1933-cü ilin avqust ayının 1-də Koreya Respublikasının Jeonlabukdo əyalətinin Gunsan şəhərində anadan olmuşdur. Koreya müharibəsində böyük çətinliklərlə üzləşmişdir. 1952-ci ildə — on səkkiz yaşında buddist rahibi olmuşdur. 1957-ci ildə başqa bir rahiblə Buddist təmayüllü qəzet qurmuş və onun baş redaktoru olmuşdur. Həmin qəzetin səhifələrində ilk şeir və esselərini dərc etmişdir. 1958-ci ildə görkəmli şair Ço Çi Xunun tövsiyəsi ilə "Müasir ədəbiyyat" ədəbi toplusunda dərc olunan həcmcə kiçik "Vərəm" adlı şeiri ilə ədəbiyyat aləminə qədəm qoymuş, ilin şairi seçilmişdir. 1962-ci ildə Ko Unun ilk şeirlər toplusu olan "Özgə dünya həssaslığı" kitabı nəşr edilir. Bu dönəmdə o, nəinki Buddist dairələrdə, həmçinin ədəbi mühitdə kifayət qədər tanınırdı. O, Çondung məbədinin baş rahibi, sonra təhsil direktoru və Haein məbədinin rəhbəri vəzifəsini icra etmiş və nəhayət Milli Rahiblər Birliyi Mərkəzi Komitəsinin üzvü seçilmişdir.
UN-SPIDER
UN-SPIDER (United Nations Platform for Space-based Information for Disaster Management and Emergency Response) (azərb. Birləşmiş Millətlər Təşkilatının Fəlakətlərin İdarə Edilməsi və Fövqəladə Müdaxilə üçün Kosmik Əsaslı Məlumat Platforması‎) ― hədəfi kosmos əsaslı məlumatlara və fəlakətlərin idarə olunması məlumatlarına universal girişi təmin etməkdir. Fəlakətləri idarəetmə mərkəzləri ilə kosmik komitələr arasında bir körpü rolunu oynayır. 14 dekabr 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qərarı ilə qurulan UN-SPIDER-in missiyası "bütün ölkələrə və regional və beynəlxalq təşkilatlara giriş imkanı verən və fəlakətlə əlaqəli bütün kosmik məlumat sistemlərinin tutumunu artırmaqdır". == Təşkilat və quruluşu == === Ofislər === Vyananın xaricində (UNOOSA-nın baş ofisi olduğu yer) Almaniya (Bonn) və Çində (Pekin) ofisləri mövcuddur. Vyana BonnUN-SPIDER Bonn ofisi 2007-ci ilin oktyabrında Almaniyanın Texnologiya və İqtisadiyyat Nazirliyinə (BMWi) və Almaniya Kosmik Mərkəzinə (DLR) dəstək olmaq üçün yaradılmışdır. Bonn ofisinin vəzifələri, bütün müvafiq məlumatların fəlakətlərin idarə edilməsi və fövqəladə hallar və humanitar yardım təşkilatları üçün asan və əlçatan etməsidir. PekinPekin ofisi 9 noyabr 2010 tarixində fəaliyyətə başlamışdır. == Fəaliyyətləri == SpaceAid Sosial dəstək və potensialın artırılması Horizontal təşkilat Texniki Məsləhət Dəstəyi Arxivləşdirilib 2011-05-27 at the Wayback Machine == Kosmik Texnologiyalar və Fəlakətlərin İdarəedilməsi == İqlim dəyişikliyi ilə təbii fəlakətlərə qarşı həssaslıq artır və eyni zamanda bunun dünya əhalisinin üzərinə təsir dərəcəsi də sürətlə artır. Zəlzələlər, daşqınlar, qasırğalar və digər təbii fəlakətlər cəmiyyətə böyük ziyan vurur və milli iqtisadi sistemə əlavə böyük bir yük verir.
"Sədərək" un dəyirmanı
"Sədərək" un dəyirmanı — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində yeyinti sənaye müəssisəsi. == Haqqında == 2004-cü ildə istifadəyə verilmişdir. Gündəlik istehsal gücü 15 t-dur.
Kim Un-Mi
Kim Un-Mi (d. 17 noyabr 1975) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Kim Un-Mi Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Li San-Un
Li San-Un (d. 5 mart 1975) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li San-Un Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Li San-Un Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu. Li San-Un Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Li Un-Bi
Li Un-Bi (d. 23 noyabr 1990) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li Un-Bi Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu. Daha sonra Li Un-Bi Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Nam Un-Yon
Nam Un-Yon (d. 20 mart 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Nam Un-Yon Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
O San-Un
O San-Un (13 aprel 1977, Tequ) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == O San-Un Cənubi Koreyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 5-ci pillənin sahibi olub. Daha sonra O San-Un Cənubi Koreyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. O San-Un Cənubi Koreyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin, Komanda turnirində isə bürünc medalın sahibi olub. Daha sonra O San-Un Cənubi Koreyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, Komanda turnirində isə gümüş medalın sahibi olub.
Yu Un-Hu
Yu Un-Hu (d. 24 fevral 1990) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Yu Un-Hu Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu. Daha sonra Yu Un-Hu Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Ça Un-vu
Lee Dong-min (kor. 이동민; 30 mart 1997), peşəkar olaraq Cha Eun-woo (kor. 차은우) kimi tanınan Cənubi Koreyalı müğənni, aktyor və "Fantagio" şirkətinin adı altında modeldir. Cənubi Koreyanın Astro oğlan qrupunun üzvüdür. == Erkən həyat == Ça Unvu 30 mart 1997-ci ildə Kyonqido vilayətinin Qunpo şəhərində anadan olub. Ça Suri Orta Məktəbində, sonra Suri Liseyində oxuyub. 2016-cı ildə Hanlim Multi İncəsənət məktəbini bitirib. O, hazırda "Sungkyunkwvn" Universitetində ifaçılıq sənəti ixtisası üzrə təhsil alır. == Karyera == === 2013–2015: Karyera başlanğıcı === Ça "My Brilliant Life" filmində kiçik rolla aktyor kimi debüt etdi. 2015-ci ilin avqustunda Ça, Astro-nun digər üzvləri ilə birlikdə "To Be Continued" veb-dramasında iştirak etdi.
Ço Un-Hi
Ço Un-Hi (d. 20 may 1972) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Ço Un-Hi Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Çun Un-Hi
Çun Un-Hi (d. 1 may 1977) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Çun Un-Hi Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Mes que un club
Mes que un club (azərb. Bir klubdan daha artıq‎) – İspaniyanın "Barselona" futbol klubunun rəsmi şüarı. Şüar "Barselona" klubunun ev oyunlarını keçirdiyi Kamp Nou stadionun tribunalarında öz əksini tapmışdır. Şüar klubun sadəcə bir futbol klubu olmadığını, Kataloniya mədəniyyətini və mübarizəsini təmsil etdiklərini bildirmək üçün işlədilir. == Tarixi == İkinci İspaniya Respublikası dövründə klub prezidenti Xosep Sunol klubu ölkənin idman və mədəniyyət həyatı ilə birləşdirmək üçün "İdman və vətəndaşlıq" şüarından istifadə etmişdir. Lakin bu şüar klubun daimi şüarı olmamışdır.İndiki şüarın tarixi 1933-cü ilə kimi uzanır. 1933-cü ilin aprelində aid klub məktubunda yazılır: "Belə görünür ki, Barselona bir futbol klubundan daha artıqdır".17 yanvar 1968-ci ildə "Barselona" klubunun yenicə prezidenti seçilən Narsis de Karreras öz qəbul olunma nitqində "Barselona bir futbol klubundan artıqdır" cümləsini işlətmişdir. Lakin bu ifadə 1973-cü ilə kimi şüar kimi əhəmiyyət qazanmamışdır. 1973-cü ildə şüarın tanınmasına səbəbkar Nou Kampda Avropa XI və Amerika XI komandalarının görüşü zamanı təbliğat aparan Xavier Koma olmuşdur. Onun təbliğatı bütün katalon qəzetlərində peyda olmuşdur: "Barselonanın tarixi və fəaliyyətini hər hansı bir futbol klubunun qarşılaşdıqları ilə eyniləşdirilə bilməz".Bir neçə həftə sonra "Barselona" klubunun prezidenti Aqusti Montal Kosta "Bir klubdan daha artıq" şüarı ilə klubun prezidentlik seçkilərində iştirak etməyə başlamışdır.
Vroom-un gözlənti teoriyası
Vroom- un gözlənti teoriyasına əsasən bir işçi ona verilən tapşırığı yerinə yetirdikdə, onların fikirlərinə aşağıdakılar təsir edir: Tapşırığı yerinə yetirmə ehtimalı Tapşırığı yerinə yetriməyin mümkün nəticəsi Gözlənti teoriyasına görə fərdlər özlərinə xeyir verəcək və ya zərəri azaldacaq fəaliyyətləri seçirlər. Bu teoriyaya əsasən “məqsəd” fərdlər üçün önəmli deyildir, əksinə həmin məqsədə çatanda, önəmli olan çatdıqları məqsədin onlar üzərində formalaşdırdığı təsirdir. İşçilərin fikirlərinə təsir edən faktorlar: Vroom-un gözlənti teoriyasına görə fikirlər aşağıdakı faktorlar tərəfindən təsir altına düşür: Gözlənti – Fərd özü tapşırığı yerinə yetirə biləcəyinə inanır? Dəyərlik – Tapşırığı yerinə yetirdiyi təqdirdə fərd üçün xeyir və ya zərərli olacağını anlayır? İnstrumentallıq – Tapşırığı yerinə yetirərkən fərd tərəfindən tapşırığın arzulanan nəticəyə çatmasının ehtimalı nə qədərdir? Gözlənti (Subyektiv Ehtimal) Gözlənti bir fərdin tapşırığı yerinə yetirəcəyi ilə bağlı inancıdır. Buna təsir edən bir sıra faktorlar: – Tapşırıq üçün ehtiyac olunan bacarıqlar – Həmkar və rəhbərlərin dəstəyi – Təchizat və ləvazimatlar – Uyğun informasiyaya çıxış Gözləntiyə təsir edən faktorlardan biri də əvvəlki iş təcrübəsidir. Əgər əvvəlki təcrübələrdə tapşırıq uğurla yerinə yetirilibsə, gözlənti yüksək olacaqdır, əgər əksi olmuçdursa, o zaman gözlənti aşağı olacaqdır. Dəyərlilik (Şəxsi Xeyir/Şəxsi Zərər) Dəyərlilik – bir işçinin tapşırığı yerinə yetirdikdə, onun nəticəsinin hansı səviyyədə bilməsini ölçür. Əgər tapşırığı yerinə yetirmə, fərd tərəfindən arzuladığı nəticə verirsə, o zaman dəyərlilik pozitiv olur.
Zeb-un Nisə Bəyim
Zeb-un Nisə Bəyim (d. 15 fevral 1658 - 26 may 1702) — ana tərəfindən Səfəvi sülaləsinə mənsub olan moğol şahzadəsi. O, Böyük Moğol imperiyasının imperatoru I Övrəngzibin əsas arvadı və imperatriçası Dilras Banu Bəyim Səfəvinin evliliyindən dünyaya gəlmişdir. O, həmçinin şair olmuş və Məxfi təxəllüsü altında şerlər yazmışdır.Ömrünün son 20 ilini atasının əmri ilə həbs edildiyi Səlimgarh qalasında keçirmişdir. Yazdığı şerlər ölümündən sonra toplanaraq Məxfi divanı adı altında yayımlanmışdır. == Həyatının erkən dövrü == === Dünyaya gəlməsi === Onun adınnı mənası "Qadının Gözəlliyi" anlamına gəlir. O, o zaman şahzadə olan Mudi-un-din (sonralar I ÖVrəngzib) ilə Dilras Banu Bəyimin ailəsində 15 fevral 1638-ci il tarixində Dəkkənin Dövlətabad şəhərində dünyaya gəlmişdir. Onun anası Dilras Banu Bəyim Övrəngzibin ilk və əsas arvadı idi və görkəmli Səfəvi sülaləsinə mənsub idi. Dilras Banu Bəyimin atası olan Bədiüzzaman Mirzə Səfəvinin ulu babası I İsmayıl idi. Zeb-un Nisə atasının sevimli qızı idi və buna görə də, tez-tez atasından fərqli insanları bağışlamasını istəyirdi.
Zinət-un Nisə Bəyim
Zinət-un Nisə Bəyim (5 oktyabr 1643, Övrəngabad – 7 may 1721, Dehli) — Böyük Moğol imperiyasının hökmdarı Övrəngziblə onun Səfəvi sülaləsindən olan birinci və əsas arvadı Dilras Banu Bəyimin evliliyindən dünyaya gələn ikinci qız şahzadə. O, atası tərəfindən fəxri titul olan Padşah Bəyim titulu ilə təltif edilmişdir. == Həyatı == Zinət-un Nisə Bəyimimn adının mənası "Qadınlar arasındakı zinət" deməkdir. O, 5 oktyabr 1643-cü ildə Övrəngabad şəhərində dünyaya gəlmişdir. Onun anası olan Dilras Banu Bəyim Səfəvi sülaləsinə mənsub idi. Dilras Banunun atası Bədiüzzaman Mirzə Səfəvinin nəsli I İsmayıla qədər gedib çıxırdı. Bu Səfəvi sülaləsi tirəsi I İsmayılın oğlu Bəhram Mirzədən ortaya çıxmışdı. Bədiüüzzaman Mirzə moğol sarayında Şahnəvaz xan adı ilə tanınmaqda və Qucarat vilayətini idarə etməkdə idi. O, ən güclü moğol əyanlarından biri idi. Zinət-un Nisə dünyaya gəldiyi zaman moğol imperatoru onun babası və V moğol hökmdarı olan Sultan Şahcahan idi.
Zubdat-un Nisə Bəyim
Zubdat-un Nisə Bəyim (2 sentyabr 1651, Multan, Britaniya Hindistanı – 17 fevral 1707, Dehli) — Böyük Moğol imperatoru I Övrəngzibin üçüncü qızı və moğol şahzadəsi. Onun anası olan Dilras Banu Bəyim Səfəvi sülaləsinə mənsub olmuş və I İsmayılın soyundan gəlmişdir. == Həyatı == Zubdat-un Nisə Bəyim 2 sentyabr 1651-ci ildə Multanda dünyaya gəlmişdir. Bu zaman onun atası Övrəngzib hələ şahzadə idi. Ana Dilras Banu Bəyim olmuşdur. Yaxşı təhsil almış olan Zubdat İslam dininin təməl doktrinası üzərinə mükəmməl təhsil almışdı.Zubdat özünün əmisinin oğlu Şahzadə Sipihr Şükuhla 30 yanvar 1673-cü ildə evlənmişdir. Şahzadə Sipihr Şükuh Zubdatın böyük əmisi vəliəhd şahzadə Dara Şükuh və Nadirə Banu Bəyimin üçüncü oğlu idi. Evlilik qarşılığında ona 400 min rupu pul verilmişdi. Onların toy mərasimi Həmid Banu Bəyim tərəfindən təşkil edilmişdi. 1676-cı ildə Zubdat ilk oğlunu dünyaya gətirdi və oğlana Şahzadə Əli Təbər adı verildi.
Linux və Windows-un müqayisəsi
Linux və Windows-un müqayisəsi çox aktual məsələdir. Windows adi kompüterlərin təxminən 75%-ində işlədilir, 1,8%-ində isə Linux. Dünyadakı superkompüterlərin %87-i Linux, 1,4%-i isə Windows istifadə edir. Bundan əlavə Google, Twitter, Facebook, Amazon, IBM kimi böyük şirkətlər, kosmosun tədqiqində NASA, bir çox dövlət məktəblərdə və universitetlərdə, müasir maşınlar, hostinq şirkətlərinin 70%-i Linux istifadə edir. == Xərclər == 2004-cü ildə Windows istifadəçiləri Linux-dan Windows-a keçmək üçün hərəkətə keçdi. Microsoft məhsullarının Linux-dan daha ucuza başa gəldiyini iddia etdi. Buna səbəb isə istifadə rahatlığı və daha az iş olaraq göstərildi. Ancaq fərqli qurumların etdiyi açıqlamalar bunu təsdiqləmədi. Almaniya Xarici İşlər Nazirliyi açıq mənbəli proqram təminatının xərcləri azaltdığını dedi. Fransız Polis Təşkilatı da Windows-dan Linux-a keçmənin xərcləri azaltdığını dedi.
"ADA" Universiteti
ADA Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarix == İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikasında informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin edən ali təhsil müəssisəsi idi. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 1 fevral 2013-cü ildə yaradılmışdır. İnformasiya Texnologiyaları Universitetinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının əsasında, 13 yanvar 2014-cü ildə "ADA" Universiteti yaradılması ilə fəaliyyəti başa çatmışdır.Universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılmışdır. Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dəki sabiq səfiri Hafiz Paşayevdir.2012-ci ildə Bakı şəhərində "Dədə Qorqud" parkı yaxınlığında yerləşən yeni "Green and Smart" kampusuna köçmüşdür. 2009-cu ildən magistr pilləsi, 2011-ci ildən bakalavr pilləsində ali təhsil verir. == Tərkibi == Hazırda, universitetin nəzdində 4 institut fəaliyyət göstərir: İctimai və Beynəlxalq Münasibətlər İnstitutu Biznes İnstitutu İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutu Təhsilin İdarə Edilməsi İnstitutuBundan əlavə, 2022/2023-cü tədris ilindən etibarən ADA Universitetinin Qazax Mərkəzi fəaliyyətə başlamışdır.
"Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" yubiley medalı
"Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaradılmasının 100 illiyi münasibətilə 14 dekabr 2021-ci ildə təsis edilmişdir. == Tarixi və əsasnaməsi == "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" yubiley medalının əsasnaməsi Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli 428-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Qanunun tətbiqi isə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2021-ci il tarixli 1530 nömrəli Fərmanı ilə müəyyən edilmişdir."Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" Azərbaycan Respublikasının yubiley medalı ilə elm, təhsil və pedaqoji kadr hazırlığı sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşları, o cümlədən keçmiş əməkdaşları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər. Medala layiq görülən şəxslər Azərbaycan Respublikasının elm və təhsil naziri tərəfindən təltif edilirlər. "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Təsviri == "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" yubiley medalının təsviri 2021-ci il 14 dekabr tarixli 428-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.Medalın ümumi təsviri "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" Azərbaycan Respublikasının yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir. Medalın ön tərəfi Medalın ön tərəfi daxili və xarici çevrələrlə konturlanmışdır. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca tünd göy rəngli fonda "Azərbaycan Dövlət Pedaqoji Universiteti" sözləri, aşağı qövs boyunca "1921–2021" rəqəmləri yazılmışdır. "1921–2021" rəqəmlərindən sol və sağ tərəflərdə yuxarıya doğru uzanan sünbül budaqları, ondan sonra isə səkkizguşəli ulduz təsvir olunmuşdur.
"Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı
"Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı — Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1687-VQD nömrəli qanunu ilə təsdiq edilmiş medal."Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə elm və təhsil sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları, veteranları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilir. == Təltif edilən şəxslər == "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə elm və təhsil sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları, veteranları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər. == Təltif edən orqan == "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1687-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikasının Təhsil Naziri tərəfindən təltif edilir. == Taxılma qaydası == "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Medalın təsviri == === Medalın ümumi təsviri === "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra — medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir. === Medalın ön tərəfi === Medalın ön tərəfi iki çevrə ilə konturlanmışdır. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca "BAKI DÖVLƏT UNİVERSİTETİ" sözləri, aşağı qövs boyunca "1919–2019" sözləri yazılmışdır. Yazıların arasında, sol və sağ tərəflərdə səkkizguşəli ulduz vardır. "1919–2019" sözlərindən sol və sağ tərəflərə doğru qövs boyu sünbüllərdən ibarət çələng yerləşir. Medalın daxili çevrəsinin mərkəzində təhsili simvolizə edən relyefli kitab emblemindən və elmi simvolizə edən relyefli atom təsvirindən ibarət kompozisiya vardır.
"Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı

2015 Yay Universiada Oyunları
Tələbələrin XXVIII Ümumdünya Yay Universiadası — 3–14 iyul 2015-ci il tarixində keçirilən XXVIII Ümumdünya idman yarışı. Yarış Cənubi Koreyanın Kvanju şəhərində keçirilmişdir.
2019 Qış Universiadası
2019 Qış Universiadası — Krasnoyarskda keçiriləcək Qış Universiadası dünya idmanının insanları və dövlətləri birləşdirəcəyi unikal bir idman arenası. == Haqqında == Olimpiadaların gənclər üçün ekvivalenti, Dünya Tələbə İdman Oyunları və ya sadəcə, Universiadadır, 50 ildən artıqdır ki, dünya idman sahəsindəki ikinci ən mühüm və nümayəndəli beynəlxalq tədbirdir. Universiada — Beynəlxalq Tələbə İdman Federasiyasının (FISU) himayəsi altında keçirilən tələbələr arasında beynəlxalq idman yarışlarıdır. "Universiada" adı "Universitet" və "Olimpiada" sözlərinin birləşməsindən yaranıb. Dörd illik Olimpiya dövründən fərqli olaraq, tələbə idman yarışları hər iki ildən bir keçirilir. Müsabiqəyə qatılmaq üçün akademik dərəcə və ya diplom almış 17 və 25 yaş arasında olan tələbələrə icazə verilir. Universiada proqramı, Beynəlxalq Tələbə İdman Federasiyasının bütün tələblərinə cavab verdikləri halda, məcburi (siyahı ərizə kampaniyasının başlanğıcından əvvəl FISU tərəfindən təsdiqlənir) və qəbul edən ölkənin müəyyən etdiyi əlavə idmanı ehtiva edir. == Tarixi == 1905-ci ildə ilk beynəlxalq tələbə yarışları ABŞ-da keçirilib. 1919-cu ildə Tələbə Konfederasiyası Jean Ptizhan tərəfindən yaradılıb. Bu təşkilatın himayəsi altında 1923-cü ildə Parisdə ilk Dünya Tələbə Oyunları təşkil edilib.
ABŞ universitetləri
Amerika Birləşmiş Ştatlarında universitetlər - ABŞ-də bakalavr və magistr təhsilini nəzərdə tutan tədqiqat yönümlü müəssisələr. Tarixi səbəblərə görə, Boston Kolleci, Dartmut Kolleci, Uilliam və Meri Kolleci kimi bəzi universitetlər "kollec" terminini qoruyub saxlayır. "Universitet" terminindən istifadə edən Qərb Universiteti kimi bəzi institutlar bir neçə bakalavr dərəcəsi verir. Məzun proqramları Fəlsəfə doktoru (Ph.D) kimi müxtəlif doktorantura dərəcələrindən əlavə, İncəsənət magistrı (M.A), Dəqiq elmlər üzrə magistr (M.S), Biznesin idarəsi olunması üzrə magistr (M.B.A) kimi müxtəlif magistr dərəcələri verir. Bəzi universitetlərdə elmi təqdiqatçılar əvəzinə, təcrübə aparan şəxslər tərəfindən təşkil olunmuş çoxlu sayda xüsusi məktəblər var. Misal olaraq, jurnalistika, biznes, tibb məktəbləri, hüquq, baytarlıq, stomatologiya kimi məktəblər buraya daxildir. Univeristetlər digər ölkələrdə fakültələrə bölündüyü halda, Amerikada məktəblər və ya kolleclər kimi müxtəlif bölmələrə ayrılır. Liberal kolleclər antropologiya kimi şöbələrə bölünür, daha böyük univesitetlər isə təbiət elmləri kimi müxtəlif şöbələrə ayrılır. Amerika Birləşmiş Ştatlarında federal hökumət xidmət akademiyaları və işçi kollecləri istisna olmaqla, universitetlərə birbaşa nəzrət etmir, buna baxmayaraq, onlara maliyyə yardımı edir. Ştat universitetlərinin bir hissəsi olan dövlət universitetlərinin əksəriyyəti ştatlar və onların əraziləri tərəfindən idarə olunur.
ADA Universiteti
ADA Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarix == İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikasında informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin edən ali təhsil müəssisəsi idi. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 1 fevral 2013-cü ildə yaradılmışdır. İnformasiya Texnologiyaları Universitetinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının əsasında, 13 yanvar 2014-cü ildə "ADA" Universiteti yaradılması ilə fəaliyyəti başa çatmışdır.Universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılmışdır. Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dəki sabiq səfiri Hafiz Paşayevdir.2012-ci ildə Bakı şəhərində "Dədə Qorqud" parkı yaxınlığında yerləşən yeni "Green and Smart" kampusuna köçmüşdür. 2009-cu ildən magistr pilləsi, 2011-ci ildən bakalavr pilləsində ali təhsil verir. == Tərkibi == Hazırda, universitetin nəzdində 4 institut fəaliyyət göstərir: İctimai və Beynəlxalq Münasibətlər İnstitutu Biznes İnstitutu İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutu Təhsilin İdarə Edilməsi İnstitutuBundan əlavə, 2022/2023-cü tədris ilindən etibarən ADA Universitetinin Qazax Mərkəzi fəaliyyətə başlamışdır.
ADA Universitetinin Dövlət və ictimai münasibətlər fakültəsi

Abay adına Şərqi Qazaxıstan Regional Universal Kitabxanası
Abay adına Şərqi Qazaxıstan Regional Universal Kitabxanası qaz. Шығыс Қазақстан облыстық Абай атындағы әмбебап кітапханасы — Semey şəhərində (Semipalatinsk) yerləşən Qazaxıstanın ən qədim kitabxanası. 1992-ci ilə qədər — N. V. Qoqol adına Semipalatinsk Regional Universal Elmi Kitabxanası. == Tarixi == Semipalatinsk kitabxanası 20 sentyabrda (3 oktyabr yeni üslubda) 1883-cü ildə regional statistika komitəsində açıldı. Şəhərin ilk mədəniyyət müəssisələrindən biri idi. Təsisçilər — rus köçkünləri E. P. Mixaelis, A. L. Leontiyev, M. S. Filippov. Kitabxananın yaradılması üçün pul Semipalatinsk tacirləri Pleçev və Xabarov, Pavlodar taciri - Derov, Krasnoyarsk taciri - Yudin tərəfindən bağışlandı. Kitabxananın təşkilində yerli tarixçilər Q. Kolmoqorov və İ. Zemlyanitsin də iştirak etdilər. Kitabxananın qurulduğu ildə 274 nüsxə kitab var idi, əsasən məmurlar və ailə üzvləri olan 130 oxucu kitabxanadan istifadə edirdi. Kitab fondu rus və xarici mütəfəkkirlərin, şairlərin və yazıçıların əsərlərindən ibarət idi.
Abxaziya Dövlət Universiteti
Abxaziya Dövlət Universiteti (ADU; abx. Аҧсны Аҳәынҭқарратә Университет) — rəsmi olaraq Gürcüstanın Abxaziya Muxtar Respublikasının, de-fakto olaraq müstəqil Abxaziya Respublikasının Suxumi şəhərində yerləşən dövlət universiteti. == Tarixi == Universitet 4 fevral 1932-ci ildə Aqropedaqoji İnstitut olaraq təsis edilmişdir. 1933-cü ildə MŞ Qorki adına Suxumi Dövlət Pedaqoji İnstutu olaraq adlandırılmışdır. 1979-cu ildə Abxaziya Dövlət Universiteti olaraq adlandırılır. 2011-ci ildə Abxaziya Dövlət Universiteti və Urbin Universiteti arasında əməkdaşlıq protokolu imzalanmışdır. == Fakultə və kafedralar == === Fizika-Riyaziyyat fakultəsi === Dekan: Robert Larusiya Riyazi analiz kafedrası Tətbiqi riyaziyyat kafedrası Ümumi fizika kafedrası Suxumi Fizika Texnika İnstitutunun eksperimental fizika kafedrası === Biologiya-Coğrafiya fakultəsi === Dekan: Marina Qoqua Ekologiya və heyvan morfologiyası kafedrası İnsan və heyvan fiziologiyası kafedrası Kimya kafedrası Coğrafiya bölməsi AMA Botanika İnstitutunda Meşə və Botanika Departamenti kafedrası AMA-nın Eksperimental Patoloji və Təbabət İnstitutunun Eksperimental Biologiya və Təbabət İdarəsi kafedrası AMA Hidrofizika İnstitutunda tətbiq olunan Ekologiya İdarəsi kafedrası === Tarix fakultəsi === Dekan: Alik qabeliya Tarix kafedrası Abxaziyanın Arxeologiya və Etnoqologiya kafedrası Rusiya və xarici ölkələrin tarix kafedrası Beynəlxalq münasibətlər tarixinin kafedrası === Filologiya fakultəsi === Dekan: Otar Cicariya Abxaz dili kafedrası Abxaz ədəbiyyatı kafedrası Rus dili kafedrası Rus və xarici ədəbiyyat kafedrası Alman dili kafedrası İngilis dili kafedrası Jurnalistika kafedrası Aktyorluq və Rəssamlıq İncəsənəti kafedrası Abxaz Humanitar Tədqiqatlar İnstitutunda Abxaz Tədqiqatları kafedrası === Hüquq fakultəsi === Dekan: Serqety Smır Dövlət və hüquq kafedra Mülki və prosesual hüquq kafedrası İnzibati hüquq kafedrası === İqtisadiyyat fakultəsi === Dekan: Ozqan Yeva İqtisadi nəzəriyyə kafedrası Mühasibat və audit kafedrası Dövlət İdarəetmə və menecment kafedrası Milli İqtisadiyyat kafedrası Maliyyə və kredit kafedrası === Pedaqoji fakultə === Dekan: Lyudmila Beniya Pedaqogika və İbtidai təhsil metodları kafedrası Təsviri incəsənət kafedrası Bədən tərbiyəsi və idman kafedrası === Aqromühəndis fakultəsi === Dekan: Rozetta Smır Agronom kafedrası Kənd təsərrüfatının mexanikləşdirilməsi kafedrası Elektrikləşdirmə kafedrası === Ümumuniversitet kafedraları === Filologiya və mədəniyyətşünaslıq kafedrası Politalogiya və sosiologiya kafedrası Hərbi kafedra == Universitetin rektorları == Zurab Ançabadze (1979–1984) Aleko Qranamiya (1989-cu ildən) == Tanınmış məzun və əməkdaşları == Vladislav Arcinba Vaja zarandiya Anton Jarkov Aleksandr Jarkov Leonid Rozemlyun == Fəxri professorlar == Rəşid Xuqanov — Adıgey Dövlət Universitetinin rektoru (ADU) == Ünvan == Gürcüstan, Abxaziya Muxtar Respublikası, Suxumi şəhəri, Universitet küçəsi, 1.
Abılay Xan adına Qazaxıstan Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universiteti
Abılay Xan adına Qazaxıstan Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universiteti (qaz. Абылай хан Қазақ халықаралық қатынастар және әлем тілдері университеті (ҚазХҚжӘТУ)) — Qazaxıstanın ali təhsil müəssisəsi. Xarici dildə və beynəlxalq profildə mütəxəssislər üçün peşə təhsili verir. == Tarixi == Qazaxıstan Dövlət Müəllimlər Xarici Dillər İnstitutu, SSRİ hökumətinin 16 sentyabr 1940-cı il tarixli 1696 saylı qərarı ilə quruldu. 1941-ci ilin yayında institut müəllim qəbul etməyə və tələbələrin ilk qəbuluna hazırlaşmağa başladı. 1941-ci ilin sonunda institutun ilk nizamnaməsi təsdiq edildi, ona görə Qazaxıstan SSR Xalq Təhsil Komissarlığı tərəfindən təsdiqlənən müstəqil bir təhsil və elmi müəssisə idi. İnstitut üç fakültədən (İngilis, Alman, Fransız) ibarət idi, dekanları bu fakültənin aparıcı fənlərindəki professorlar və ya dosentlər arasından namizəd göstərildi və təkliflə Qazaxıstan SSR Xalq Təhsil Komissarlığı tərəfindən təsdiq edildi. institut direktorunun. 1941–1942-ci tədris ilinin qəbulu göstərdi ki, respublikanın digər universitetlərində olduğu kimi İnstitutda da Qazax uyruğundan az sayda tələbə var idi, bununla əlaqədar 1 aprel 1942-ci ildən etibarən qazaxlar üçün dörd aylıq təlim kursları universitetlərdə 330 nəfərlik bir kontingentli qızlar təşkil edildi. Qazaxıstan SSR hökuməti 1944-cü ilin avqust ayında 30 nəfərlik bir şərqlə "Şərq dilləri fakültəsinin təşkili haqqında" bir qərar qəbul etdi.
Acacia undulata
Acacia paradoxa (lat. Acacia paradoxa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Kvinslenddən Avstraliyanın cənub-şərqinə qədər ərazilərdə yayılmışdır. == Sinonimləri == Acacia armata R.Br. Acacia armata var. angustifolia Benth. Acacia armata var. longipedunculata Regel Acacia armata var. microphylla Benth. Acacia armata var.
Acacia undulata var. longispina

Acacia uniglandulosa
Acacia alata (lat. Acacia alata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia alata var. alata Acacia alata var. genuina Meissner Acacia alata var. glabrata Seem. Acacia uniglandulosa Seem. & J.A.Schmidt Mimosa alata (R.Br.) Poir. Phyllodoce alata (R.Br.) Link == Yarımnövləri == Acacia alata var. alata Acacia alata var.
Academic Ranking of World Universities
"Academic Ranking of World Universities" (azərb. Dünya universitetlərinin akademik reytinqi‎) və ya "Shanghai Ranking" (azərb. Şanxay reytinqi‎) və ya qısaca ARWU — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. 2003-cü ildən Şanxay Jiao Tonq Universiteti tərəfindən tərtib olunur.
Accipiter tachiro unduliventer
Adelaida Universiteti
Adelaida Universiteti (ing. University of Adelaide) — Avstraliyanın Cənubi Avstraliya ştatının Adelaida şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1872-ci ildə Cənubi Avstraliya Baptist, Konqreqasional və Presviterian kilsələri orta məktəbi bitirmiş gənclərə ali təhsil vermək üçün Kollec İttifaqı yaradırlar. Həmin il zəngin maldar və mis mədəni sahibi Valter Uotson Hyuz universitet yaradılması məqsədilə o dövr üçün böyük məbləğ hesab edilən 20000 funt-sterlinq yardım edir. Adelaida Universitetinin rəsmi açılışı 1874-cü il noyabrın 6-da baş tutur. Universitetin ilk kansleri hüquqşünas Riçard Hanson, vitse-kansleri isə yepiskop Avqust Şort seçilir. Adelaida Universitetində ilk bakalavr dərəcəsi 1876-cı ildən verilməyə başlanır. Bu universitet 1881-ci ildə Avstraliyada ilk dəfə qız tələbələri qəbul edən ali məktəb olur. Universitetin ilk məzunu da qız olub. Onu adı Edit Emili Dornvell idi.
Adıge Dövlət Universiteti
Adıge Dövlət Universiteti (rus. Адыгейский государственный университет, АГУ) — Rusiya Federasiyasına bağlı Adıge Respublikasının Maykop şəhərində yerləşən universitet. Respublikada aparıcı təhsil və tədqiqat mərkəzidir. == Tarixi == Adıge Dövlət Universiteti 1940-cı ildə ilk olaraq Maykop Müəllimlər İnstitutu kimi yaradılmışdır. 1952-ci ildə Adıge Pedaqoji İnstitutuna çevrilmiş, 1993-cü ildən isə müasir addan istifadə olunur. Universitet 2 institut, 10 fakültə və 52 şöbədən ibarətdir. Burada aşağıdakı ixtisaslar və istiqamətlər üzrə kadr hazırlığı həyata keçirilir: riyaziyyat, fizika, iqtisadiyyat, pedaqogika, filologiya və mədəniyyət, hüquqşünaslıq, tarix və s. Universitetəqədər hazırlıq şöbəsinin, Pedaqoji Kollecin və Respublika Fizika-Riyaziyyat Məktəbinin, eləcə də aspiranturanın köməyi ilə təmin edilir. Universitetdə Təkmilləşdirmə İnstitutu, aspirantura (16 ixtisas üzrə) və doktorantura fəaliyyət göstərir. Universitetdə humanitar və texniki kollec (Maykop), peşə təhsili mərkəzi, Rusiya Elmlər Akademiyasının Kabardin-Balkar Elmi Mərkəzinin Dağ Ərazilərinin Ekologiya İnstitutunun şöbəsi var.
Aeonium undulatum
Aeonium undulatum (lat. Aeonium undulatum) — dovşankələmikimilər fəsiləsinin aeonium cinsinə aid bitki növü.
Aglaia unifolia
Aglaia unifolia (lat. Aglaia unifolia) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliekimilər fəsiləsinin aqlaiya cinsinə aid bitki növü.
Allahabad Universiteti
Allahabad Universiteti (ing. University of Allahabad, hind इलाहाबाद विश्वविद्यालय) — Hindistanın Uttar Pradeş ştatının Allahabad şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1887-ci ildə qoyulmuşdur.
Alp unutma
Alp unutma (lat. Myosotis alpestris) — Çoxillik, bozumtul-yaşıl bitkidir. == Qısa morfoloji təsviri == Kökümsovu qısa, qalın, sürünən; saplağı düz, budaqsız, yarımsıxılmış tükcüklərlə sıx sallanmış, hündürlüyü 15–30 sm-dir. Gövdə yarpaqları oturaq, enli özüllü uzunsov, gövdəni yarıməhatə edən, ölçü və formasına görə müxtəlifdir, hər iki tərəfdən yumşaq, uzun tükcüklərlə sıxılmış və ya yarımsıxılmış tükcüklərlə sıx sallanmışdır. Kasacığın uzunluğu çiçəkləmə dövründə 2,5 mm, meyvəsi ilə birgə isə 4–5 mm-dir, solğunbozumtuldur. Çiçək tacı tünd-mavi, iri, diametri 7–8 (9) mm, yumurtaşəkilli-dairəvi dilimlidir. Meyvə saplağı qısa, uzunluğu 3–5 mm, yuxarı çəpəki istiqamətlənmiş, sıxılmış və yarımsıxılmış seyrək tükcüklərlə sıx sallanmışdır. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında alp qurşağında yayılmışdır. Çəmənlərdə bitir.
Amsterdam Universiteti
Amsterdam Universiteti (nid. Universiteit van Amsterdam) — Niderland Krallığında, Amsterdam şəhərinin mərkəzində yerləşən ali təhsil müəssisəsi, Avropanın ən böyük universitetlərindən və Niderlandın dörd klassik ali təhsil ocaqlarından biri. Beynəlmiləlləşmiş ali məktəb olan Amsterdam Universitetində dərslər ingilis və holland dillərində keçilir. Hərdən Amsterdam Universitetini (AvU) Amsterdamda yerləşən digər universitetlərlə (xüsusi ilə VU — Azad Universitet (nid. Virje Universiteit) səhv salırlar. == Tarixi == Amsterdam Universitetinin sələfi XIV əsrdən fəaliyyət göstərən Athenaeum Illustre (latın dilindən tərcümədə "şöhrətləndirilmiş", "ali Ateney") məktəbi olmuşdur. 1632-ci ildən Amsterdam şəhərində həmin məktəbdə tarix və fəlsəfə, sonradan isə hüquq, ilahiyyat və təbabət elmləri öyrədilir. Kaspar Barlaeus və Cerard Vossius kimi dahi alimlər ilk mühazirələrini bu təhsil ocağında oxuyublar. Həmin dövrün ən məşhur məzunlarından hollandiyalı ilahiyyatçı və alim Kornelis Petrus Tieli qeyd etmək olar. XIX əsrə qədər Ateney çox da böyük olmayan bir təhsil müəssisəsi kimi fəaliyyət göstərir.
Andorra Universiteti
Andorra Universiteti (kat. Universitat d'Andorra) - Andorranın 1997-ci ildə yaradılmış dövlət universiteti. Olkənin yeganə ali məktəbi. Universitet sisteminə universitetin özü, idarəetmə və informatika məktəbi və onlayn-tədqiqatlar mərkəzi daxildir. Cant-Juliya-Loriya vilayətində yerləşir. 427 tələbəsi, 94 əməkdaşı vardır. Bəzi fakültələrində distans təhsil almaq mümkündür. Universitet Avropa Universitetlər Assosasiyasına, Beynəlxalq Universitetlər Assosasiyasına və Con Luis Vives İnstitutuna daxildir.

Digər lüğətlərdə

аукциони́ст воскреша́ться обмо́тки покури́ть состри́ть забве́нье информа́тор начётисто облиня́лый обусло́вливать шлихто́вка Alsatian consociate dragline long haul nectarial ronde sea-bear widdy wide-eyed капиталодержатель метель нацедить поэтесса прилипчивый