YAXALA1

Əsli yayxala kimi olub. Yaq (yax) kəlməsi tərəf anlamını əks etdirib. Yaxala (yayxala) sözü ovlaxa qəlibi üzrə əmələ gəlib, mənası “suyu zərbə ilə yan tərəflərə, divarlara çırpmaq, vurmaq” deməkdir. Ehtimal ki, çalxa (çalxala) sözü ilə yaxala sözü eyni kökdən törəyib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Oğrunu cinayət başında yaxalayırlar. Bu söz yaxa kəlməsi ilə bağlıdır, “yaxasından tutmaq, yapışmaq” deməkdir. Qılçalamaq qəlibi üzrə əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

YAĞMAQ
YAXIN
OBASTAN VİKİ
Yaxalayıcı, qapağan
Yaxalayıcı, qapağan - (ingiliscə grabber, rusca средство захвата) - 1. Verilənləri toplamaq üçün qurğu. Çox zaman bu termin kompüterin videoadapterinin videokameradan və ya başqa videoinformasiya mənbəyindən görüntünü qəbul edən xüsusi növünü bildirir; belə verilənləri qəbul edən və onları yaddaşda yerləşdirən aparat vasitəsi kadryaxalama qurğusu (FRAME GRABBER) və ya video dicitayzer adlanır (VIDEO DIGITIZER). Cari anda ekranda olan görüntünün “ani şəklini çəkən” proqram təminatını göstərmək üçün də bu termin işlədilir. 2. Siçan göstəricisinin “yaxalamaq” üçün əli xatırladan xüsusi forması. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
да́рствовать ипокри́тствовать парамагне́тики радиослу́жба разжиди́ться торе́ц автоматизи́роваться альто́вый анчо́усный бурми́стров доу́чивать издо́льщик изма́тываться ко́мпас мосла́стый непредусмотри́тельно пересе́ять слове́сный ноябрь шукнуть chirographer кок лексикологический одеть сталактит