YALAQ

Yal it yemidir, it üçün yem qabına isə yalaq deyilir. Bu, əvvəllər ağacdan hazırlanmırdı, yaylaqda sadəcə olaraq yerdə çökəklik düzəldir və yemi orada verirdilər. Bəs -aq nə şəkilçisidir? Sözün əsli yal+la+q olub, mənası “yal yeri” (qabı) deməkdir. Sözün bir mənası da “şərab içmək üçün buynuzdan piyalə” demək olub. Sonra məna dəyişib və itin yal içdiyi qaba da yalaq deyilib. Yalaq dil sözlərinin qohumluğunu da məqbul saymaq olar (yalamaq dillə bağlıdır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

YAL
YALAN

Digər lüğətlərdə

возлага́ть зака́тываться озаре́ние по-учёному рели́гия трескообра́зные до положения риз импульси́вный откача́ть отпуска́ться чинговатик apocryphal bogie buoy-rope constancy egg cream eye-opener longclothes red hardness roadworker unclassed бронесилы индивидуализм миниатюрист плечистый