ZEYNALABDİN

Ərəbcə “ibadət edənlərin, zinəti, bəzəyi” (dinin yaraşığı) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ZEYKİR
ZƏBANİ
OBASTAN VİKİ
Zeynalabdin
Zeynalabdin — Azərbaycanlı kişi adı. Hacı Zeynalabdin Tağıyev — Azərbaycan milyonçusu, mesenat. Hacı Zeynalabdin Şirvani — azərbaycanlı səyyah və coğrafiyaçı, tarixçi, etnoqraf, filosof. Zeynalabdin Hüseynov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən ali təhsil almaq üçün xaricə göndərilmiş tələbə. Zeynalabdin Əliyev — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən ali təhsil almaq üçün xaricə göndərilmiş tələbə.DigərHacı Zeynalabdin — Azərbaycan Respublikasının Sumqayıt şəhər inzibati ərazi vahidində qəsəbə.
Hacı Zeynalabdin
Hacı Zeynalabdin — Azərbaycan Respublikasının Sumqayıt şəhər inzibati ərazi vahidində qəsəbə. Qəsəbə Sumqayıt şəhərindən 10 km məsafədə Xəzər dənizi sahilində düzənlik ərazidə yerləşir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Sumqayıt şəhərinin Nasoslu qəsəbəsi Hacı Zeynalabdin qəsəbəsi və müvafiq olaraq Nasoslu qəsəbə Soveti Hacı Zeynalabdin qəsəbə Soveti adlandırılmışdır. == Tarixi == Qəsəbə ərazisində ilk yaşayış məskəni «Təkə qumu» deyilən yerdə maldarlıqla məşğul olan Kiçik Pirəkəşkül kəndi olmuşdur. 1907-ci ildə Zaqafqaziya dəmiryolunun salınması ilə əlaqədar olaraq Kiçik Pirəkəşkül kəndinin yaxınlığında dəmiryol stansiyası tikilmişdir. Qəsəbənin salınmasının əsası Şollar su kəmərinin çəkilişi ilə bağlıdır. Neft maqnatı, mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanın şimalından 1907-ci ildə Şollar su kəmərinin çəkilişinə başlanılmış və 1917-cı ildə başa çatdırılmışdır. Qəsəbənin yerləşdiyi əraziyə içməli su öz axarı ilə gəlmiş və Bakı şəhərinin coğrafi relyefi yüksəklikdə olduğuna görə suyun Bakıya ötürülməsi üçün Almaniyadan nasoslar gətirilərək qəsəbədə quraşdırılmışdır. O gündən etibarən qəsəbə "Nasoslu" (rus. Насосный) olaraq adlandırılmışdır.Əvvəlki adı Nasoslu olan qəsəbənin adı 7 fevral 1991-ci il tarixindən etibarən dəyişdirilərək azərbaycanlı neft maqnatı, mesenat Hacı Zeynalabdin Tağıyevin adı ilə "Hacı Zeynalabdin" adlandırılmışdır.
Zeynalabdin Elmiyyə
Zeynalabdin Elmiyyə — Təbrizli tacir və çap sənayesinin qabaqcıllarındandır.O, Elmiyyə daş mətbəəsinin banisidir. Zeynalabdin Elmiyyə,Mirzə Zeynalabdin Təbrizinin nəvəsidir.
Zeynalabdin Hüseynov
Hüseynov Zeynalabdin Adil oğlu (1900, Salyan — 1969, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Lənkəran kişi gimnaziyasını bitirmişdir (1918). Parlamentin 1919-ci il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini tibb sahəsində davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 2 il qaldığı göstərilirdi. Azərbaycana qayıtdıqdan sonra onun diplomu tanınmamışdır. Zeynalabdin bəy ikinci dəfə ali təhsil diplomu almaq üçün Kiyevə getmiş, imtahan verərək, 1927-ci ildə yeni diplomla Azərbaycana qayıtmışdır. Bundan sonra, Z.Hüseynbəyov Bakıda uşaq klinikasında işləmiş, 1935-ci ildə isə Azərbaycan Tibb İnstitutunun dosenti olmuşdur. Z.Hüseynbəyov xaricdə təhsil almış, fransız, ingilis, alman və rus dillərini mükəmməl bilən Azərbaycanın ilk pediatr professoru idi. Fəqət sovet rejimi 1940-cı ildə Hüseynbəyovu sürgünə göndərmişdir. Həyat yoldaşını Qazaxıstana yola salan qırx bir yaşlı Terezanın kədərli günləri başlanır.
Zeynalabdin Mövsümov
Zeynalabdin Mövsümov (azərb. Mövsümov Zeynalabdin Rəsul oğlu‎) — Azərbaycan Milli Elmlər Akdemiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutu Mineral gübrələr və mikroelemetlər laboratoriyasının rəhbəri, kənd təsərrüfatı elmlər doktoru, professor, İkinci dünya müharibəsinin veteranı. Zeynalabdin Mövsümovun azərbaycan, rus və ingilis dillərində dövrü mətbuatda, eləcə də ayrı-ayrı külliyatlarda, monoqrafiyalarda və aqrokimya sahəsində yazılmış məlumat kitabları və populyar səpgidə yazdığı kitabça və məqalələri mövcuddur. == Həyatı == Mövsümov Zeynalabdin Rəsul oğlu 1925-ci ilin 21 dekabr tarixində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur. 1931-1938-ci illərdə Dırnıs kənd natamam orta məktəbində təhsil alıb. 1938-1941-ci illərdə Ordubad Pedaqoji texnimunda təhsil almışdır. Əmək fəaliyyətinə 1941-ci ildə başlayaraq, 1942-ci ilə qədər NMR Culfa rayonu rabitə şöbəsində böyük teleqrafçı kimi çalışmışdır.Üçüncü Reyxin 1941-ci ildə Sovet Sosialist Respublikaları İttifaqına qarşı müharibə başlamasından sonra cəbhə bölgəsinə yollanmış və burada müxtəlif diviziya və taborların tərkibində döyüşmüşdür. 1942-ci ilin 18 avqust tarixində Sovet ordusunun sıralarında 416-cı milli atıcı diviziyanın və 1198-ci xüsusi taborun tərkibində aparılan döyüşlərdə fəallığı ilə seçilən Zeynalabdin Mövsümov müharibə dönəmində və sonrasında müxtəlif orden və mükafatlarla təltif edilmişdir. 1942-ci ilin 22 noyabr tarixində döyüşdə yaralandıqdan sonra Maxaçqala şəhərində yerləşən hərbi hospitalda müalicə olunmuşdur. 1943-cü ildə yenidən ordu sıralarına qayıdıb, Şimali Qafqazdan Şərqi Prussiyanın Keniksberq (indiki Kalininqrad) şəhərinə kimi getmişdir.
Zeynalabdin Tağıyev
Hacı Zeynalabdin Tağı oğlu Tağıyev (yanvar 1838, Bakı – 1 sentyabr 1924, Mərdəkan, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ) — Azərbaycan milyonçusu, mesenat, Rusiya imperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı. II və III dərəcəli laureatı. == Həyatı == === Erkən illəri === Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə (başqa mənbədə isə 1823-cü ildə) Bakıda kasıb başmaqçı Məşhədi Məhəmməd-Tağının ailəsində anadan olmuşdur: o Miyanə mahalının məşhur Tikmədaş kəndində dünyaya gəlmiş, gənc yaşında Şamaxıya gələrək məskunlaşmış, yetkin dövründə Bakıya köçmüş, burada (Bilgəh kəndindən olan xanımla) evlənmişdir. Zeynalabidinin anası Ümmü-xanım onun 10 yaşı olanda vəfat edir. İkinci nikahdan atasının daha beş övladı dünyaya gəlir. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə qoyur . 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra Tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır. Müəyyən qədər vəsait toplayaraq Tağıyev artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edir.
Hacı Zeynalabdin Marağayi
Hacı Zeynalabdin Məşədi Səfərəli oğlu Marağayi (1840, Marağa, Şərqi Azərbaycan ostanı – 1910, Marağa, Şərqi Azərbaycan ostanı) — Azərbaycan və ya kürd əsilli İran yazıçısı. == Həyatı == Zeynalabdin Marağayi 1837-ci ildə Marağada bir kürd və ya azərbaycanlı ailəsindən anadan olmuşdur. O, 20 yaşınadək Marağa və Ərdəbil şəhərlərində yaşayıb, atasından qalan mal-dövləti əldən verib, qardaşı ilə bərabər öz vətənini tərk edib, çox az sərmayə ilə Qafqaza gəlib, Tiflis şəhərində sakin olub. Bu şəhərdə 3-4 ilin ərzində artıq mal qazanıb, neçə min manat ələ gətirir. Yavaş-yavaş iranlıların sayı Tiflis şəhərində artdıqca, onun da hörməti, etibarı artır, İranın baş konsulu Əsədulla xan Nazim əl Dövlə tərəfindən Kutaisi şəhərində naib-konsul işinə məşğul olur. Hacı Zeynalabdin Mərağei özü bu barədə belə deyir: “O zamanlarda mən həm konsul və həm iranlıların başçısı və həm də tacir idim. Həmvətənlərin malı təzyiqatların rəf etməyi özümə vacib bilib, onların yeyib-içməklərin, geyməklərin və s. çətinliklərin həll etməyə başladım. O zamanda bütün qazandığım mal-dövlət əlimdən getdi və təkcə həmvətənlərin borcları yazılmış bir dəftər əlimdə qaldı. Krıma getməyə məcbur oldum və qardaşımla birlikdə İstambuldan Krıma malul ticarə aparıb, orada ticarətə məşğul oldum.
Hacı Zeynalabdin Tağıyev
Hacı Zeynalabdin Tağı oğlu Tağıyev (yanvar 1838, Bakı – 1 sentyabr 1924, Mərdəkan, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ) — Azərbaycan milyonçusu, mesenat, Rusiya imperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı. II və III dərəcəli laureatı. == Həyatı == === Erkən illəri === Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə (başqa mənbədə isə 1823-cü ildə) Bakıda kasıb başmaqçı Məşhədi Məhəmməd-Tağının ailəsində anadan olmuşdur: o Miyanə mahalının məşhur Tikmədaş kəndində dünyaya gəlmiş, gənc yaşında Şamaxıya gələrək məskunlaşmış, yetkin dövründə Bakıya köçmüş, burada (Bilgəh kəndindən olan xanımla) evlənmişdir. Zeynalabidinin anası Ümmü-xanım onun 10 yaşı olanda vəfat edir. İkinci nikahdan atasının daha beş övladı dünyaya gəlir. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə qoyur . 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra Tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır. Müəyyən qədər vəsait toplayaraq Tağıyev artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edir.
Hacı Zeynalabdin bələdiyyəsi
Sumqayıt bələdiyyələri — Sumqayıt şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Hacı Zeynalabdin qəsəbəsi
Hacı Zeynalabdin — Azərbaycan Respublikasının Sumqayıt şəhər inzibati ərazi vahidində qəsəbə. Qəsəbə Sumqayıt şəhərindən 10 km məsafədə Xəzər dənizi sahilində düzənlik ərazidə yerləşir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Sumqayıt şəhərinin Nasoslu qəsəbəsi Hacı Zeynalabdin qəsəbəsi və müvafiq olaraq Nasoslu qəsəbə Soveti Hacı Zeynalabdin qəsəbə Soveti adlandırılmışdır. == Tarixi == Qəsəbə ərazisində ilk yaşayış məskəni «Təkə qumu» deyilən yerdə maldarlıqla məşğul olan Kiçik Pirəkəşkül kəndi olmuşdur. 1907-ci ildə Zaqafqaziya dəmiryolunun salınması ilə əlaqədar olaraq Kiçik Pirəkəşkül kəndinin yaxınlığında dəmiryol stansiyası tikilmişdir. Qəsəbənin salınmasının əsası Şollar su kəmərinin çəkilişi ilə bağlıdır. Neft maqnatı, mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanın şimalından 1907-ci ildə Şollar su kəmərinin çəkilişinə başlanılmış və 1917-cı ildə başa çatdırılmışdır. Qəsəbənin yerləşdiyi əraziyə içməli su öz axarı ilə gəlmiş və Bakı şəhərinin coğrafi relyefi yüksəklikdə olduğuna görə suyun Bakıya ötürülməsi üçün Almaniyadan nasoslar gətirilərək qəsəbədə quraşdırılmışdır. O gündən etibarən qəsəbə "Nasoslu" (rus. Насосный) olaraq adlandırılmışdır.Əvvəlki adı Nasoslu olan qəsəbənin adı 7 fevral 1991-ci il tarixindən etibarən dəyişdirilərək azərbaycanlı neft maqnatı, mesenat Hacı Zeynalabdin Tağıyevin adı ilə "Hacı Zeynalabdin" adlandırılmışdır.
Hacı Zeynalabdin Şirvani
Hacı Zeynalabdin ibn Axund İskəndər Şirvani (16 avqust 1780, Şamaxı – 1838, Qırmızı dəniz) — azərbaycanlı səyyah və coğrafiyaçı, tarixçi, etnoqraf, filosof , şair. astronomiya elmləri ilə əlaqə yaradıb. Əsl adı isə Hacı Zeynalabdin ibn Axund İskəndər Şirvani-dir == Həyatı == Zeynalabdin Şirvani 1780-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Onun beş yaşı tamam olanda axund İskəndərin ailəsi Bağdad yaxınlığındakı Kərbəla şəhərinə köçür və gələcək səyyahın atası mədrəsədə dərs deməyə başlayır. Zeynalabdin də ilk təhsilini elə burada alır. 1796-cı ildə o, təhsilini başa vurmaqdan ötrü Bağdad şəhərinə gedir. Zeynalabdin Bağdadda fəlsəfə, tibb, astronomiya və riyaziyyatı, habelə dilləri öyrənməkdə davam edir. Bağdad kitabxanalarında olan səyahətnamələr, bütün Şərq dünyasından buraya axışıb gəlmiş alimlərin, müqəddəs şəhərin ziyarətinə gələn zəvvarların söhbətləri bu gənc oğlanın nəzərlərində yeni bir dünya açır. Dünyanı görmək və onun möcüzələri ilə həmyerlilərini tanış etmək elə həmin vaxtdan gənc Zeynalabdinin həyat məqsədinə çevrilir və o, tərəddüd etmədən səyahətə çıxmaq qərarına gəlir. == Fəaliyyətləri == Zeynalabdin Şirvani yaradıcılığının təhlili ilə məşğul olmuş görkəmli Azərbaycan alimi Nurəddin Kərəmovun da yazdığı kimi, "Bu yol 60 min kilometr uzanmış və 40 il davam etmişdir.
Hacı Zeynalabdin Əliyev
Hacı Zeynalabdin İsmayıl oğlu Əliyev (1858, Seyidli, Şuşa qəzası – 1936, Seyidli, Ağdam rayonu) — Azərbaycan mesenatı, tacir, Dövlət Dunasının üzvü, Molla Məhəmməd Əliyevin böyük qardaşı == Həyatı == Hacı Zeynalabdin Əliyev 1858-ci ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur.Hacı Zeynalabdin Əliyev mükəmməl dini təhsil almış, ərəb, fars dillərini, şəriət elmlərini öyrənmişdir. O, Məşhəd və həcc ziyarətində olmuşdur.Qarabağın ictimai həyatında iştirak edən Hacı Zeynalabdin Əliyev Şuşa qəzasından Dövlət Dumasına üzv seçilmişdir. O, Azərbaycanın mütərəqqi fikirli ziyalıları ilə dostluq edərmiş. Görkəmli yazıçı, dramaturq, ictimai xadim Əbdürrəhim bəy Haqverdiyev onun dostları sırasında idi.Hacı Zeynalabdin Əliyevin Qarabağda qoşa dəyirmanı, dükanları, karvansaraları, geniş torpaq sahələri, meyvə bağları var imiş. Tacir kimi tez-tez şərq ölkələrinə gedərmiş. Varlı insan olduğu üçün şərq ölkələrində onun böyük nüfuzu var idi. 1920 ildə Hacı Zeynalabdin Əliyevin şəxsi kapitalı 7 milyon yarım manata çatırdı.Sovet hakimiyyətinin ilk illərində Hacı Zeynalabdin Əliyevin bütün var-dövləti əlindən alınmış, özü isə həyatının sonuna kimi yeni hökumətin təzyiqləri ilə yaşamalı olmuşdur. O, 1936-cı ildə vəfat etmiş, Seyidlinin "Qaraağacı" qəbirstanlığında torpağa tapşırılmışdır. == İstinadlar == == Mənbə == Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı.
Mehmed Zeynalabdin Əfəndi
Mehmed Zeynalabdin Əfəndi (1750, Konstantinopol – 15 mart 1824, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == Vakfiye, Süleymaniye Ktp., Esad Efendi, nr. 3847/4, vr. 30a-b. Şânîzâde, Târih, III, 207; IV, 196–198. Hızır İlyas, Târîh-i Enderûn, İstanbul 1276, s. 203–206. Atâ Bey, Târih, II, 184–186. Cevdet, Târih, XI, 127–128, 205–206. Sicill-i Osmânî, II, 304.
Mirzə Zeynalabdin Təbrizi
Mirzə Zeynalabdin Təbrizi (?-?) — İranda mətbəənin banisi. == Həyatı == Mirzə Zeynalabdin Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. İranda çap işlərinin ilk addımlarını bir azərbaycanlı olan Mirzə Zeynalabdin etmişdi. Müxtəlif qaynaqlarda birinci Tipoqrafik çapxana Abbas mirzə Qovanlı-Qaçaın sifarişi ilə 1817-ci ildə Mirzə Zeynalabdin tərəfindən Rusiyadan İrana gətirilmişdi.
Molla Zeynalabdin Sağəri
Molla Zeynalabdin Molla Sadıq oğlu Sağəri (1791, Şuşa – 1854, Şuşa) — XIX əsr Azərbaycan şairi. == Həyatı == Zeynalabdin Kərbəlayı Molla Sadıq oğlu 1791-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə оxumuşdu. Şuşa şəhər məscidlərində axund olmuşdu.Molla Zeynalabdin şair idi. Sağəri təxəllüsü ilə "nərmünazik" şeir yazırdı. Seyid Əzim Şirvani öz təzkirəsində onun adını çəkmiş va bir şeirini vermişdir. M. Müstəhidzadə isə "Riyazül-aşiqin" kitabında Sağərinin Şuşada doğulduğunu, Axund Molla Sadıqdan dərs aldığını, ömrünün axırına qədər müdərrislik və şairlik etdiyini, divan yaratdığım bildirir. O, öz təzkirasində Sağərinin həm türkcə, həm də farsca şeirlərindən yerləşdirmişdir. Molla Zeynalabdinin Həmid, Əli adlı oğulları vardı.
Zeynalabdin ben Əli
Zeynalabdin bin Əli (ərəb. زين العابدين بن علي‎‎‎, fr. Zine el-Abidine Ben Ali; 3 sentyabr 1936[…] – 19 sentyabr 2019[…], Ciddə, Məkkə bölgəsi[d]) — Tunisin ikinci prezidenti Bir müddət əvvəl xalq üsyanı nəticəsində devrilmiş və ölkədən qaçmış Tunis prezidenti Zin əl-Abidin Ben Əlinin varidatının bir hissəsi ictimaiyyətə nümayiş etdirilib. yerli telekanallardan birində sabiq prezidentə məxsus külli miqdarda pul, zinət əşyaları və sair xalqa göstərilib. Varidat Ben Əlinin Tunis paytaxtı yaxınlığında yerləşən şəhərcikdəki iqamətgahında aşkarlanıb. Mütəxəssislər varidatın bir neçə milyon dollar olduğunu bildirir. Xatırladaq ki, Ben Əli yanvarın 15-də Səudiyyə Ərəbistanına qaçıb. Sonradan onun insult keçirdiyi və komaya düşdüyü haqda xəbərlər var.Tunisin devrilən prezidenti Zeynəlabdin Bin Əlinin səhhəti ilə bağlı spekulyasiyalar davam edir. Bin Əilinin Ciddədə müalicə olunduğu xəstəxanada öldüyü bildirilir. Tunis hökuməti Səudiyyə Ərəbistanından Bin Əlinin səhhəti ilə bağlı ən qısa zamanda konkret məlumat tələb edib.
Zeynalabdin bin Əli

Zeynalabdin İsgəndərov
Zeynalabdin Əli oğlu İsgəndərov (1949, Bakı – 27 oktyabr 2021, Bakı) — Azərbaycan heykəltaraşı, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti, Azərbaycan Respublikasının əməkdar rəssamı (2006), Roma Rəssamlıq Akademiyasının "Fəxri professoru" (2015). == Həyatı == Zeynalabdin Əli oğlu İsgəndərov 1949-cu ildə Bakı şəhərində çoxuşaqlı ailədə dünyaya göz açıb. Ailənin sonuncu övladı olan Zeynalabdinin rəssamlığa və heykəltaraşlığa böyük həvəsi olub. Odur ki, gələcək taleyini müəyyənləşdirmək üçün Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin Heykəltaraşlıq fakültəsinə daxil olur, 1966–1970-ci illərdə burada təhsil alır. 1971–1977-ci illərdə o, V.I.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsilini davam etdirir. Burada təhsil aldığı dövrdə məşhur heykəltaraş, SSRİ Rəssamlıq Akademiyasının rektoru Nikolay Tomskinin emalatxanasında çalışır. Məşhur heykəltaraşla çalışmaq onun üçün ikiqat məktəb olur. O, 1977-ci ildə V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasında təhsilini başa vurmaq üçün diplom işi kimi gildən "Bulaq başında" heykəlini yaratmışdır. Heykəltaraşın diplom işi "Əla" qiymətləndirilmiş və ilin diplom işi seçilmiş, beləliklə heykəltaraş təhsilini "Qırmızı diplomla" başa vurmuşdur. Sovet heykəltaraş-monumentalisti, pedaqoq, professor, SSRİ xalq rəssamı (1960).
Zeynalabdin Şirvani
Hacı Zeynalabdin ibn Axund İskəndər Şirvani (16 avqust 1780, Şamaxı – 1838, Qırmızı dəniz) — azərbaycanlı səyyah və coğrafiyaçı, tarixçi, etnoqraf, filosof , şair. astronomiya elmləri ilə əlaqə yaradıb. Əsl adı isə Hacı Zeynalabdin ibn Axund İskəndər Şirvani-dir == Həyatı == Zeynalabdin Şirvani 1780-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Onun beş yaşı tamam olanda axund İskəndərin ailəsi Bağdad yaxınlığındakı Kərbəla şəhərinə köçür və gələcək səyyahın atası mədrəsədə dərs deməyə başlayır. Zeynalabdin də ilk təhsilini elə burada alır. 1796-cı ildə o, təhsilini başa vurmaqdan ötrü Bağdad şəhərinə gedir. Zeynalabdin Bağdadda fəlsəfə, tibb, astronomiya və riyaziyyatı, habelə dilləri öyrənməkdə davam edir. Bağdad kitabxanalarında olan səyahətnamələr, bütün Şərq dünyasından buraya axışıb gəlmiş alimlərin, müqəddəs şəhərin ziyarətinə gələn zəvvarların söhbətləri bu gənc oğlanın nəzərlərində yeni bir dünya açır. Dünyanı görmək və onun möcüzələri ilə həmyerlilərini tanış etmək elə həmin vaxtdan gənc Zeynalabdinin həyat məqsədinə çevrilir və o, tərəddüd etmədən səyahətə çıxmaq qərarına gəlir. == Fəaliyyətləri == Zeynalabdin Şirvani yaradıcılığının təhlili ilə məşğul olmuş görkəmli Azərbaycan alimi Nurəddin Kərəmovun da yazdığı kimi, "Bu yol 60 min kilometr uzanmış və 40 il davam etmişdir.
Zeynalabdin Əliyev
Zeynalabdin bəy Hacağa bəy oğlu Əliyev (24 aprel 1894 — ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Zeynalabdin Əliyev 1894-cü ildə Bakıda anadan olmuşdur. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini memarlıq sahəsində davam etdirmək üçün Roma Kral Rəssamlıq Akademiyasına (İtaliya) göndərilmişdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Zeynalabdin bəy Bayandur
Zeynalabidin bəy Bayandur — Ağqoyunlu imperiyasının süqutu dövlərində Diyarbəkir və ətraf ərazilərə hökm etmiş Ağqoyunlu hökmdarı. == Həyatı == Gödək Əhmədin oğlu idi. Zülqədəroğlu Əlaüddövlə Bozqurdun sarayında yaşamışdır. 1500-cü ildə Şərur döyüşündə məğlub olan Əlvənd mirzə Diyarbəkir və ətraf ərazilərin hakimliyini Qasım mirzədən alaraq 1505-ci ilə qədər burada hökm sürmüşdür. Onun ölümündən sonra Ağqoyunlu əyanları Zeynalabidin bəyi Bozqurd Zülqədərdən istədilər. Bozqurd Zülqədər bu təklifi qəbul etdi və Zeynalabidin bəyi qüvvə ilə Diyarbəkirə göndərdi.Zeynalabidin bəy uzun müddət Diyarbəkir hakimi olan Əmir bəy Mosullunu həbs etdirdi. Hasankeyfi ələ keçirib, Urfaya doğru irəlilədi. Urfaya hücumu vaxtı həbsdən çıxan Əmir bəy Zeynalabidin bəyi məğlub etdi. Döyüşdə Zeynalabidin bəy əsir düşdü.Zeynalabidin bəy yenidən Dulqədiroğlu bəyliyinə geri döndü. Əmir bəy Mosullu isə I Şah İsmayıla tabeliyini bildirdi.
Zeynalabdin bəy Hüseynbəyov
Hüseynov Zeynalabdin Adil oğlu (1900, Salyan — 1969, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Lənkəran kişi gimnaziyasını bitirmişdir (1918). Parlamentin 1919-ci il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini tibb sahəsində davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 2 il qaldığı göstərilirdi. Azərbaycana qayıtdıqdan sonra onun diplomu tanınmamışdır. Zeynalabdin bəy ikinci dəfə ali təhsil diplomu almaq üçün Kiyevə getmiş, imtahan verərək, 1927-ci ildə yeni diplomla Azərbaycana qayıtmışdır. Bundan sonra, Z.Hüseynbəyov Bakıda uşaq klinikasında işləmiş, 1935-ci ildə isə Azərbaycan Tibb İnstitutunun dosenti olmuşdur. Z.Hüseynbəyov xaricdə təhsil almış, fransız, ingilis, alman və rus dillərini mükəmməl bilən Azərbaycanın ilk pediatr professoru idi. Fəqət sovet rejimi 1940-cı ildə Hüseynbəyovu sürgünə göndərmişdir. Həyat yoldaşını Qazaxıstana yola salan qırx bir yaşlı Terezanın kədərli günləri başlanır.
Zeynalabdin bəy Sadıqov
Zeynalabdin bəy Həsənəli bəy oğlu Sadıqov—rus ordusunun və ADR-in zabiti. == Həyatı == Zeynalabdin bəy Həsənəli bəy oğlu 1884-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Şəhər real məktəbini bitirmişdi. 1914-cü il iyunun 30-dan “Qafqazın yerli əhalisindən təşkil olunmuş diviziya”nın Azərbaycan alayında kəşfıyatçı kimi hərbi xidmətə başlamışdı. Birinci Dünya Müharibəsində Qərb cəbhəsində vuruşmuşdu. Unter-zabit kimi döyüşlərdə iştirak etmişdi. Əla döyüş xidmətlərinə görə 1916-cı il aprelin 30-da üçüncü dərəcəli “Müqəddəs Stanislav” (qılınc və bantla birgə), yenə həmin il avqustun 30-da üçüncü dərəcəli “Müqəddəs Anna” (qılınc və bantla birgə), iyunun 17-də dördüncü dərəcəli “Müqəddəs Anna” (üstündə fövqəladə “İgidliyə görə yazısı ilə), 1916-cı ilin iyunun 17-dən 1917-ci il iyunun 28-dək Qərb cəbhəsində gedən döyüşlərdə ikinci, üçüncü, dördüncü dərəcəli “Müqəddəs Georgi” xaçı və dördüncü dərəcəli Georgi medalı ilə təltif olunmuşdur. İkinci Qarabağ süvari alayında dördüncü bölüyün komandiri idi. O, ştabs-rotmistr rütbəsini 23 mart 1918-ci ildə Milli Azərbaycan ordusunda almışdır. == Ailəsi == Zeynalabdin bəy Tubu xanım Məşədi Novruz qızı Hacıyeva ilə ailə qurmuşdu.
Zeynalabdin sultan Kəngərli
Zeynalabdin sultan Həsən bəy oğlu Kəngərli (1791-1834)—II rus-İran müharibəsi iştirakçısı, Naxçıvan xanlığının sərkərdəsi. == Həyatı == Zeynalabdin sultan Həsən bəy oğlu 1791-ci ildə Naxçıvan xanlığının Dərələyəz mahalının Rəsulqışlağı kəndində anadan olmuşdu. Kəngərli elinin Əlixanlı oymağındandır. Molla yanında oxumuşdu. Xanlığın atlı alayında yüzbaşı kimi xidmət etmişdi. Zeynalabdin sultan Kəngərli II rus-İran müharibəsinə qatılmışdı. Döyüşdə göstərdiyi şücaətə görə 3-cü dərəcəli Anna ordeni ilə təltif edilmişdi. Zeynalabdin sultan Kəngərli Yasəmən xanımla ailə qurmuşdu. Nabat xanım adlı qızı vardı.
Zeynalabdin xan Qaragözlü
Zeynalabdin xan Hüseyn xan oğlu Qaragözlü (1858-1927) — Kirmanşahın valisi, İran ordusunun generalı. == Həyatı == Zeynalabdin xan Şamlı elinin Qaragözlü oymağının məşhur simalarından Hüseyn xan Hüsamülmülkün oğludur. Həmədan şəhərində doğulmuşdu. Zeynalabdin xan 1887-ci ildən 1894-cü ilədək Kirmanşah əyalətinin vali müavini olmuşdu. 1890-cı ildən Kirmanşaha vali təyin edilmişdi. Bu əyalətdən əlavə Lurestan, Burucerdin hakimiyyəti də ona tapşırılmışdı. O, Əmiri-Əfxəm ləqəbini də daşıyırdı. == Ailəsi == Zeynalabdin xanın Qulamrza xan adlı oğlu vardı. O, Müzəffərəddin şahın qızı Qəmərəssəltənə Məlaikə xanımla ailə qurmuşdu. Zeynalabdin xan İftixarülmülk ləqəbini daşıyırdı.
Hacı Seyid Zeynalabdin Rəhimzadə
Hacı Seyid Zeynalabdin Rəhimzadə (?-?)—İran Milli Məclisinin üzvü, siyasətçi. == Həyatı == Hacı Seyid Zeynalabdin Seyid Məhəmmədrəhim oğlu Təbriz şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi.Atası və əmisi Hacı Məhəmməd ağa Xoyi də Təbrizin birinci gildiya tacirlərindən idi. Hacı Seyid Zeynalabdin Rəhimzadə siyasi həyata atılmış, Azərbaycan əyalətindən bir neçə dəfə İran Milli məclisinə nümayəndə seçilmişdi. Hacı Seyid Zeynalabdinin Murtuza adlı oğlu vardı.
Hacı Zeynalabdin Tağıyevin ev muzeyi
Hacı Zeynalabdin Tağıyevin ev muzeyi — Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 9 otaqdan ibarət xatirə muzeyi. Xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri H. Z. A. Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə bilmişlər. Muzeyi təşkil edən otaqlar bunlardır: H. Z. A. Tağıyevin iş kabineti Şərq zalı kitabxana bilyard otağı yemək otağı məlumat otağı Sona xanım Tağıyevanın bəzək otağı – buduar yataq otağı Təmizlik otağı == Muzeyin strukturu == Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynal Abdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 9 otaqdan ibarət H. Z. A. Tağıyevin xatirə muzeyi yaradıldı. Xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri Hacı Zeynalabdin Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə bilmişlər. Muzeyi təşkil edən otaqlar bunlardır: 1) Hacı Zeynalabdin Tağıyevin iş kabineti, 2) Şərq zalı, 3) kitabxana, 4) bilyard otağı, 5) yemək otağı, 6) məlumat otağı, 7) Sona xanım Tağıyevanın bəzək otağı – buduar. Xatirə muzeyinin ekspozisiyası Hacı Zeynalabdin Tağıyevin iş kabinetindən başlayır. Kabinet özünün sadə gözəlliyi ilə seçilir. Onun divarları qırmızı ağacdan düzəldilmiş panellərlə və naxışlı tünd yaşıl divar kağızı ilə bəzədilmişdi. Burada bilavasitə Hacının özünə məxsus kitab şkafı, yazı stolu, kreslo, stul və dolabla yanaşı köhnə ailəvi fotoalbom əsasında hazırlanmış digər əşyalar da vardır. Kitab şkafında Rusiya imperiyasının qanunlar toplusu, məlumat kitabları, ensiklopediyalar saxlanılır.
Hacı Zeynalabdin Tağıyevin heykəli (Bakı)
Azərbaycan milyonçusu və mesenat Hacı Zeynalabdin Tağıyevin heykəli 18 yanvar 2022-ci il tarixində “İçərişəhər” metro stansiyasının qarşısında ucaldılıb. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir. Heykəltəraş Azərbaycan Respublikasının Xalq Rəssamı Xanlar Əhmədovdur. Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında iştirak edib == Təklif == 2019-cu il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüş keçirir. Həmin görüşdə əməkdar artist Bəhram Bağırzadə Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin ucaldılması barədə təklif səsləndirir. Daha sonra Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltaraşlıq müsabiqəsi elan edir. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltaraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olur. == Heykəl haqqında == Prezident İlham Əliyevin Sərəncamı ilə ucaldılan abidə bürüncdəndir. Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb.
Hacı Zeynalabdin Tağıyevin portreti
"Hacı Zeynalabdin Tağıyevin portreti" — 1912-ci ildə Hacı Zeynalabdin Tağıyevin sifarişi ilə rəssam İsaak Brodski tərəfindən çəkilmiş portret. == Tarixi == İriölçülü (238x129 sm) bu portret 1912-ci ildə zamanında gənc olmasına baxmayaraq, Rusiya məkanında çox məşhur olan rus-sovet rəssamı İsaak İzrailoviç Brodski (1883–1939) tərəfindən Bakıda işlənib. Portretin çəkilməsi həmin vaxtlar Hacı Zeynalabdin Tağıyevin hamilik etdiyi Bakı orta texniki məktəbin yaradılmasının 25 illiyinə hazırlıqla bağlı olub. Həmin ərəfədə məktəbin pedaqoji şurası Rusiyanın Qafqazdakı canişini İllarion Vorontsov-Daşkova məktub yazaraq ondan Hacı Zeynalabdin Tağıyevin portretinin çəkilməsini və ümumi iclas salonunda yerləşdirilməsini, eləcə də kimya laboratoriyasına onun adının verilməsini xahiş etmişdi. Azərbaycanlı mesenatla mehriban münasibəti olan canişin Bakıdan gələn bu məktuba müsbət cavab verir. Bundan sonra onun işlənməsi üçün Sankt-Peterburqdan istedadlı fırça ustası 29 yaşlı İ. Brodski dəvət olunur. Ona təklif olunan müqavilədə Hacının portreti ilə yanaşı, daha üç nəfərin, o cümlədən, II Nikolayın portretini çəkmək sifariş olunurdu.İ. Brodski qeyd edir ki: == Xüsusiyyətləri == Əsərdə H. Z. Tağıyev qara geyimdə, ayaq üstə təsvir olunub. Onun təntənəli mərasimlər üçün nəzərdə tutulan geyimini göy lent, qılınc tamamlayır, müxtəlif orden və medallar bəzəyir. Hacının nurani siması, ağayana ciddi duruşu, naməlum istiqamətə yönəlmiş baxışları, ümumi kompozisiyanı tamamlayan müxtəlif məntiqli atributlar rəssam tərəfindən məharətlə işlənmişdir. H. Z. Tağıyevin qırmızı pərdənin fonunda, iri planda təsviri rəssamın obrazı qabarıq göstərmək istəyindən irəli gəlmişdir.
Hacı Zeynalabdin Tağıyevin sarayı
Hacı Zeynalabdin Tağıyevin sarayı — Bakı şəhəri, H. Z. Tağıyev küçəsi 4 (köhnə Qorçakovskaya küçəsi 6) ünvanında yerləşən, əvvəllər Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevə məxsus olmuş, hazırda isə Azərbaycan Tarix Muzeyinin yerləşdiyi saray binasıdır. Bina 1893–1902-ci illərdə mülki mühəndis Y. V. Qoslavski tərəfindən inşa olunub. Saray həyat yoldaşı Sona xanım üçün Tağıyevın hədiyyəsi idi.Bina şəhərin mərkəz hissəsində bütöv bir kvartalı əhatə edir və zəngin planlaşdırma strukturuna malikdir. Bu əzəmətli saray hər dörd fasadı və nəhəng gümbəzləri ilə diqqəti cəlb edirdi. Əsas simmetrik fasad italyan renessansının təmtəraqlı formalarında həll olunub. Sarayın tikintisi zamanı, Qoslavski klassik order sistemindən istifadə etsə də, kompozisiyanın bəzi elementləri və zalların interyerləri Azərbaycan memarlıq ənənələrindən ilhamlanmışdır. Sarayın tikintisi zamanı müxtəlif memarlıq üslublarından istifadə olunmuşdu. Belə ki, simmetrik baş fasad italyan intibahının təmtəraqlı formalarında, təmizlik otağı fransız rokokosu, yemək otağı flamand barokkosu, yataq otağı isə modern üslubunda həll olunmuşdur. == Tarixi == H. Z. Tağıyev İ. Qoslavskini memar kimi yüksək qiymətləndirir və ona mehribanlıqla yanaşırdı. Tağıyev Qoslavskinin istedadının pərəstişkarı və memarın himayəçisi hesab edilirdi.
Hacı Zeynalabdin Tağıyevin villası
Tağıyevin villası — Mərdəkanda yerləşən, əvvəllər Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevə məxsus olmuş villa. Bina 1893–1895-ci illərdə mülki mühəndis İosif Qoslavski tərəfindən inşa olunub. == Tarixi == XX əsrin əvvəllərində kapitalizm Bakı sənayesinin bütün sahələrində böyük uğurlara nail oldu, şübhəsiz bu da memarlığa öz təsirini göstərdi. Böyük mədaxilli evlər, burjuaziyanın sarayları, əhalinin orta təbəqəsinin binaları və şəhərdə əhalinin sinfi bərabərsizliyini göstərən kənarlarda kasıbların daxmaları. == Memarlıq xüsusiyyətləri == === Planlaşdırılması === Tağıyevin villası memarlıq-planlaşdırma qərarına və yaşıllaşdırma tərtibatına görə nümunədir. Onun planlaşdırılmış kompozisiyası landşaft xüsusiyyətlərini yarpaqlı və iynəyarpaqlı ağacların növləri, daş lövhələrlə döşənmiş düz yollar hesabına heç də geridə qoymur. Döşəmə həmçinin torpağın üst hissələrinin bəzədilməsində bədii rol oynamışdır. Yeni villalar əvvəlkilərin təkrarı deyildir. Sifarişçilər memarların qarşısında hər dəfə yeni vəzifələr qoyurdular ki, bu da dənizkənarı villaların orijinal olmasına və böyük təmtəraqına və əzəmətinə görə fərqlənməsinə səbəb olmuşdur.
II Zeynalabdin bəy Vəzirov
Zеynal bəy Vəzirov (1854, Şuşa – 1933, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, titulyar müşavir. == Həyatı == Zеynalabdin bəy Mirzə Həmid bəy oğlu 1854-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Rus-tatar məktəbini bitirmişdir. Yеlizavеtpol Şəhər Qəza Məhkəməsində çalışmışdır. Daha sonra isə Qars hətbi qubеrnatorunun dəftərxanasında kargüzar vəzifəsində çalışmışdır. Sonra isə Gəncəyə qayıtmış və burada dilmanc işləmişdir. Sonra isə Şuşa şəhərinə dönərək şəhərdə rəis köməkçisi vəzifəsində çalışmışdır. Zeynal bəyin fəaliyyəti nəzərə alınaraq Cəbrayıl qəzasında mülki posrеdnik vəzifəsinə göndərilmiş, bir müddət burada çalışdıqdan sonra isə Nuxa və Şuşa qəzalarında eyni vəzifəyə təyinat almışdır. Zеynalabdin bəy 1897-ci ildə sağlamlığı ilə bağlı istеfaya çıxmışdır. Zеynalabdin bəy 1933-cü ildə Bakı şəhərində vəfat еdib.
Seyid Mehmed Zeynalabdin Əfəndi
Seyid Mehmed Zeynalabdin Əfəndi (6 noyabr 1667, Konstantinopol – oktyabr 1751, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Həyatı == 6 noyabr 1667-ci ildə İstanbulda dünyaya gəldi. Atası Manisalı qazəsgər Mahmud Əfəndidir. Doğulduğu əsnada atası hələ müdərris idi. 2 yaşındaykən isə atası Hələb, ardından Bursa və 1683-cü ildə İstanbul qazısı oldu. Bütün bu illər ərzində mədrəsə təhsilini tamamlayan Zeynalabdin Əfəndi bu əsnada şeyxülislam Əbəzadə Abdullah Əfəndinin qızıyla evləndi. Ankaralı Mehmed Əfəndinin şeyxülislamlığı illərində 1687-ci ilin fevralında müdərrislik dərəcəsi qazandı. Müxtəlif mədrəsələrdə xidmət etməsinin ardından qazı olaraq təyinat aldı. 1704-cü ilin noyabrında Saloniki, 1710-cu ilin martında Misir, 1715-ci ildə İstanbul qazılığına gətirildi. 1722-ci ilin fevralında naqibüləşraflığa, həmin ilin iyununda isə Anadolu qazəsgərliyinə yüksəldi.

Digər lüğətlərdə

безотра́дность желтоко́жий индюша́тина примы́сливать то..., то гидроэнерге́тика диспе́рсный камерди́нер непереизбра́ние односло́вно поде́лочный умягчи́ть сокал breakaway chinse disembowel flanker imagist intitulation pyrotechnician reactionary self-questioning барбарис креатура усложнить