ZƏBİ

Ərəbcədir, “qurban” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ZƏBANİ
ZƏDƏ
OBASTAN VİKİ
Zəbi Abdullayev
Zəbi Abdullayev (17 mart 1919, Tıxlı, Xızı rayonu – 13 oktyabr 2002) — azərbaycanlı tarixçi-filosof, beynəlxalq səviyyəli siyasi icmalçı. == Həyatı == === İlk illər === Zəbi Abdullayev 17 mart 1919-cu il tarixində Xızının Tıxlı kəndində anadan olmuşdur. Orta məktəbi Xızıda bitirmişdir. Həmin illər repressiya dövrü idi. Çətin bir dövrdə yaşamasına baxmayaraq, hələ kiçik yaşlarından onun elmə-biliyə böyük həvəsi, marağı olmuşdur. Qəbul imtahanını uğurla verən Zəbi Bakı Pedaqoji Texnikumuna qəbul olunmuşdur. O, hələ məktəb illərindən meylini kitaba salmışdı; hətta ilk təhsilini aldığı Xızı məktəbinin kitabxanasında demək olar ki, oxumadığı kitab qalmamışdır. Tələbəlik illərindən başlayaraq isə o, özünün zəngin şəxsi kitabxanasını yaratmışdır. Onun şəxsi kitabxanasında əsasən oxuduğu Azərbaycanın dahi yazıçı və şairlərinin, Qərb klassiklərinin əsərlərindən ibarət idi. Orada yüzlərlə kitabı toplamışdır.
Zəbi Quliyev
Zəbi Əhəd oğlu Quliyev (1910, Hacıtəpə, Lənkəran qəzası – 1972, Bakı) — Azərbaycan SSR dövlət xadimi. == Həyatı == Zəbi Quliyev 1910-cu ildə Hacıtəpə kəndində din xadimi Axund Əhədin ailəsində anadan olub. İlk təhsili atası Axund Əhəddən alaraq, kəndlərində məktəb olmadığı üçün ibtidai məktəbə qonşu Xırmandalı kəndinə, orta məktəbə Masallı şəhərində alır. Zəbi Quliyev Lənkəran Pedaqoji Məktəbini, 1931-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirir. === Ailəsi === Zəbi Quliyevin 2 oğlu, 2 qızı olub. == Fəaliyyəti == Zəbi Quliyev 1931-ci ildən 1941-ci ilə kimi Göyçay, Şəki, Masallı, Samux rayonlarında rayon partiya komitələrinin katibi vəzifəsində çalışmışdır. 1941-ci ildə Samux rayonuna rayon partiya komitəsinin 1-ci katibi təyin edilir. 1942–1943-cü llərdə İkinci Dünya mharibəsində iştirak edir və yaralanaraq geri qayıdır. 1944–1950-ci illərdə Göyçay və Tovuz rayonlarının partiya komitələrinin birinci katibi olmuşdur. 1952–1953-cü illərdə Gəncə vilayət komitəsində şöbə müdiri, 1953–1955-ci illərdə Balakən və 1955–1957-ci Şəkidə RPK-nın 1-ci katibi vəzifələrində işləyir.
Ağa İsmayıl Zəbih
Ağa İsmayıl Zəbih (1781, Gəncə – 1868, Təbriz) — XIX əsr Azərbaycan şairi. == Həyatı == Görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərli yazır: Ağa İsmayıl Zəbih Gəncənin adlı şairlərindən birisi hesab olunur. Ağaismayıl "Zəbih" təxəllüsünü götürməkliyə səbəb Həzrət İsmayıl ilə bir isimdə (adaş) olmağıdır. Çün Həzrət İsmayıl həqq-taalanın əmri ilə Mina dağına atası İbrahim Xəlilullah tərəfindən zibh olunmaq üçün aparılmışdı, o münasibətlə Ağaismayıl dəxi özü üçün "Zəbih" təxəllüsünü intixab etmişdir. Zəbih mühacirətən xeyli müddət Təbrizdə iqamət edib, orada ticarət əmrinə məşğul olarmış və bir vaxtı orada tacirbaşılıq mənsəbinə dəxi yetişibdir. Dünyagörmüş və işaşıran bir vücud imiş. Bəzi rəvayətə görə, sonradan yenə Gəncəyə müraciət edib və burada hicrətin 1285-ci ili təxminən 70 yaşında vəfat edibdir. Amma səhihi budur ki, mərhum Ağaismayıl vətəninə müraciət etməyib, Təbriz şəhərində vəfat edibdir. Zəbih xoşxülq və pürsavad bir vücud imiş. Fars şairlərinin əsərlərindən ittilan-kamili var imiş.
Rüfət Zəbioğlu
Rüfət Zəbioğlu Axundov (1932 -1983) — şair. == Həyatı == Rüfət Zəbioğlu Bakıda müəllim ailəsində doğulmuşdur. İlk təhsilini 31 saylı Bakı şəhər orta məktəbində almışdır (1940-1950). Azərbaycan Dövlət Universitetinə daxil olmuş (1951), bir il sonra Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə SSRİ Yazıçılar İttifaqının nəzdində olan Maksim Qorki adına Ədəbiyyat İnstitutuna dəyişilmişdir. Onun ilk şeiri ― "Bakinski raboçi" qəzetində dərc edilmişdir (1949). Şeirləri ―Azərbaycan, ― Kirpi jurnallarında, ―Ədəbiyyat və İncəsənət qəzetində müntəzəm çap olunmuşdur. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində redaktorluqla başlamışdır (1957). Sonra Azərbaycan Xalq Yaradıcılığı Evində dramaturgiya şöbəsinin müdiri (1958-1969), Bakı Neft Texnikumunda inspektor (1969-1974), Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1974-1978) işləmişdir. Bundan sonra müstəqil yaradıcılıqla məşğul olmuşdur. Rüfət Zəbioğlu 1983-cü il iyulun 20-də vəfat etmişdir.
Zəbid
Zəbid—Yəməndə tarixi bir şəhər. == Coğrafiyası == Yəmən Tihaməsində Hudəydənin 100 km. cənubi-qərbində yerləşir. Qırmızı dənizə 25 km. uzaqlıqdadır. == Tarixi == Şəhər, adını ortasında qurulduğu verimli vadidən almışdır. Bura öncələri Əşarilərdən Husayb ibn Abdüşəmsə izafətən Husayb adıyla bilinməkdə və bir neçə kənddən meydana gəlməkdəydi. Bölgədə yaşayan Əşar (Əşairə) qəbiləsi mənsublarından içlərində Əbu Musa əl-Əşarinin də olduğu bir heyət 628-ci ildə müsəlman olduqlarını bildirmək üzrə Mədinəyə doğru yola çıxmış, ancaq mindikləri gəmi fırtına üzündən Həbəşistan sahilinə sürüklənincə buradakı mühacirlərə qatılmışdılar. Həzrət peyğəmbərin bölgəyə vali təyin etdiyi Tahir b. Əbu Halə ilə Əbu Musa əl-Əşaridən sonra Yəmən Xüləfa-yi Raşidin və Əməvilər dövründə, ardından Abbasilərin ilk dönəmində valilər tərəfindən idarə olundu.
Zəbiyulla Məmmədov
Zəbiyulla Şahin oğlu Məmmədov(14 aprel 2000, Bakı – 4 noyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zəbiyulla Məmmədov 2000-ci il aprelin 14-də Bakı şəhərində anadan olub.Orta təhsilini 2006–2015-ci illərdə Yuri Kovalyov adına 229 saylı tam orta məktəbdə alıb. 2010–2015-ci illərdə 33 saylı uşaq musiqi məktəbində tar ixtisası üzrə təhsil almışdır. 12–13 yaşlarında T. İsmayılov adına mədəniyyət sarayında vokal dərsləri almış, bir çox səhnə fəaliyyəti olmuşdur. 2015–2019-cu illərdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində "Tar" ixtisası üzrə təhsil alıb. Humay Qədimovanın tələbəsi olub. Təhsil aldığı illərdə bir çox tədbirlərdə iştirak etmiş, bir neçə əsər bəstələmişdir. O musiqidən əlavə bir çox şeirlər yazmışdır. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı, "Suqovuşanın azad olunmasına görə" medalı və "Cəsur döyüşçü" medalı ilə təltif olunmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Zəbiyulla Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan və Talış qəsəbələrinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Digər lüğətlərdə

гренки дет... заду́вка ингиби́тор консерва́нты лино́леумщик ли́чности лу́пать постпозити́вный самости́йность сказану́ть дублика́тный контролёрша одуря́юще centrepiece dip working excoriate opium smoker sea puss songster technicalist unfast вибрион муравленый невозмутимый