Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «ÇI» – 115
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
ÇA ÇE ÇƏ ÇI Çİ ÇO ÇÖ ÇU ÇÜ
 

ÇIĞ

is. 1. Xırda qamış, qarğı. 2. Qarğı süzgəc; qarğıdan düzəldilmiş aşsüzən.

ÇIĞIR-BAĞIR

is. Çığırtı, bağırtı, qışqırıq, hay-küy. [Hacı Mehdi:] Mən sənin bu çığırbağırından heç bir şey başa düşmürəm.
ətraflı

ÇIĞIRĞAN

sif. dan. Çox çığıran; çığırmağa, bağırmağa, qışqırmağa adət etmiş. Çığırğan adam.

ÇIĞIRIQ

bax çığırtı. Körpü sakit oldu, səs və hay-küy, çığırıq kəsildi. T.Ş.Simurq.

ÇIĞIRIŞMA

“Çığırışmaq”dan f.is.

ÇIĞIRIŞMAQ

qarş. Bir ağızdan hamı çığırmaq, hamı birdən yerbəyerdən çığırmaq; bağırışmaq.
ətraflı

ÇIĞIRMA

“Çığırmaq”dan f.is.

ÇIĞIRMAQ

f. 1. Bərk qışqırmaq, bağırmaq. Nə üçün çığırırsan? Çığırmaqdan səsi batdı.
ətraflı

ÇIĞIRTI

is. Bağırma, çığırıq səsi, qışqırıq, bağırtı.
ətraflı

ÇIĞIRTMA₁

is. Qızardılmış pomidor, badımcan və ya ət tikələrindən ibarət xörək (bəzən yumurta da vurulur).
ətraflı

ÇIĞIRTMA₂

“Çığırtmaq”dan f.is.

ÇIĞIRTMAQ

icb. 1. Çığırmasına səbəb olmaq; bağırtmaq, qışqırtmaq.
ətraflı

ÇIĞIRTMALIQ

sif. Çığırtmaya yarayan, çığırtma üçün. Çığırtmalıq cücə.

ÇIĞLIQ

is. Fəryad, fəğan, şivən. Ətrafda qarğaşalıq və çığlıq qopar. H.Cavid.

ÇIĞNAMAQ₁

f. Qarğını ortasından yarmaq.

ÇIĞNAMAQ₂

f. Ayaqlamaq, tapdalamaq.

ÇIXACAQ

is. Çıxılacaq yer, çıxış yeri, çıxış. Binanın çıxacağı.
ətraflı

ÇIXAN

is. riyaz. Çıxma əməlində: birinci ədəd (rəqəm); azalan.

ÇIXAR

is. Xərc, məxaric, xərclənən miqdar (gəlir qarşılığı).
ətraflı

ÇIXARICI

is. xüs. Çətin çıxan bir şeyi çıxarmaq üçün alət.
ətraflı