Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «Ö» – 320

Ö

Azərbaycan əlifbasının iyirmi ikinci hərfi.
ətraflı

ÖC

is. İntiqam. [Tərxan:] Qaynayır qəlbimin içində öcüm; Bilirəm, çatmaz o nəhəngə gücüm.
ətraflı

ÖCƏŞKƏN

sif. Öcəşməyi, sürtüşməyi sevən, mübahisə etməyi sevən. Öcəşkən adam.

ÖCƏŞKƏNLİK

is. Öcəşməyi adət etmiş adamın xasiyyəti. Öcəşkənlik yaxşı şey deyil.

ÖCƏŞMƏ

“Öcəşmək”dən f.is. [Vaqif Şahnisəyə:] Xülasə, gecə-gündüz bu xanların bir-biri ilə öcəşməsindən heç başımız ayazımır. Çəmənzəminli.

ÖCƏŞMƏK

f. Çəkişmək, sataşmaq, sürtüşmək, mübahisə etmək, tutaşmaq.
ətraflı

ÖD

is. 1. Qara ciyərin ifraz etdiyi sarıyaşıl rəngli acı maye.
ətraflı

ÖDDƏK

sif. məh. Qorxaq.

ÖDƏK

is. məh. Ödənməli plan, qaytarılmalı olan pul; borc.
ətraflı

ÖDƏMƏ

“Ödəmək”dən f.is.

ÖDƏMƏK

f. 1. Başqasından aldığı, yaxud borc etdiyi şeyi qaytarmaq, vermək.
ətraflı

ÖDƏNİLMƏ

“Ödənilmək”dən f.is.

ÖDƏNİLMƏK

“Ödəmək”dən məch. Borc ödənildi. Bütün ehtiyaclar ödənildi.
ətraflı

ÖDƏNİŞ

is. 1. Ödənmə işi; ödənmə. Borcun ödənişi. 2. Yerinə yetirilmə. Planın ödənişi.

ÖDƏNMƏ

“Ödənmək”dən f.is.

ÖDƏNMƏK

bax ödənilmək. Borc ödəndi.

ÖDƏYİŞ

is. Borcunu vermə, ödəmə.

ÖDLÜK

is. bax öd kisəsi (“öd”də).

ÖDÜL

is. Mükafat, priz.

ÖDÜNC

is. Əvəzi eyni və ya bənzər şeylə verilmək (qaytarılmaq) şərtilə alınan şey (əsasən pul); borc.