Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «Ö» – 320

ÖHDƏÇİLİK

bax öhdəlik. Bütün trestimiz üzərinə yeni öhdəçiliklər götürür.
ətraflı

ÖHDƏLİK

is. Mütləq yerinə yetirilməli olan iş; öhdəçilik.
ətraflı

ÖHÖ, ÖHÖ-ÖHÖ

təql. Öskürərkən çıxan səs.

ÖKCƏ

is. Ayaqqabı altının topuq altına düşən hündür hissəsi; daban.

ÖKSÜZ

is. 1. Yetim. Ta uşaqlıqdan öksüz qalmış Gülzar öz kor anası ilə yoxsul qardaşı Aslanın himayəsində yaşayırdı.
ətraflı

ÖKSÜZLÜK

is. Yetimlik. // Kimsəsizlik. Baxdım ki, sürünməyin sonu yoxdur, buraxdım; Qapadım bir məzara öksüzlüyün daşını. A.İldırım.

ÖKÜZ

is. 1. İş heyvanı kimi istifadə edilən buğa.
ətraflı

ÖKÜZGÖZÜ

is. bot. Sarı çiçəkləri təbabətdə işlədilən ot bitkisi.

ÖKÜZLÜK

is. Yekəlik, nahamarlıq, zorbalıq (adam haqqında). // məc. Qabalıq, kobudluq, qanmazlıq.

ÖLÇDÜRMƏ

“Ölçdürmək”dən f.is.

ÖLÇDÜRMƏK

icb. Ölçməyə məcbur etmək, yaxud xahiş edərək ölçmə işi gördürmək.

ÖLÇMƏ

“Ölçmək”dən f.is.

ÖLÇMƏK

f. 1. Bir şeyin ölçüsünü, miqdarını qəbul olunmuş vahidlər əsasında müəyyən etmək, müəyyənləşdirmək.
ətraflı

ÖLÇÜ

is. 1. Hər hansı bir şeyi ölçmək üçün qəbul edilmiş vahid.
ətraflı

ÖLÇÜ-BİÇİ

bax ölçü 1 və 3-cü mənalarda. Kənd əhalisi isə uzun illər boyu müxtəlif ölçü-biçidə olan damlarda və qazmalarda yaşayırdı.
ətraflı

ÖLÇÜB-BİÇMƏ

“Ölçüb-biçmək”dən f.is.

ÖLÇÜB-BİÇMƏK

f. 1. Tikiləcək paltarın və s.-nin ölçüsünü götürmək və bu ölçüyə əsasən parçasını kəsmək.
ətraflı

ÖLÇÜCÜ

is. xüs. Ölçən, bir şeyin ölçüsünü müəyyən edən cihaz, alət və s. // Sif. mənasında. Ölçücü cihazlar.

ÖLÇÜLMƏ

“Ölçülmək”dən f.is. Taxılın ölçülməsi. Sahənin ölçülməsi. Paltarın ölçülməsi.

ÖLÇÜLMƏK

“Ölçmək”dən məch. İnsanın qiyməti onun qabiliyyəti və əxlaqı ilə ölçülür.
ətraflı