Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «ÖL» – 73

ÖLÇDÜRMƏ

“Ölçdürmək”dən f.is.

ÖLÇDÜRMƏK

icb. Ölçməyə məcbur etmək, yaxud xahiş edərək ölçmə işi gördürmək.

ÖLÇMƏ

“Ölçmək”dən f.is.

ÖLÇMƏK

f. 1. Bir şeyin ölçüsünü, miqdarını qəbul olunmuş vahidlər əsasında müəyyən etmək, müəyyənləşdirmək.
ətraflı

ÖLÇÜ

is. 1. Hər hansı bir şeyi ölçmək üçün qəbul edilmiş vahid.
ətraflı

ÖLÇÜ-BİÇİ

bax ölçü 1 və 3-cü mənalarda. Kənd əhalisi isə uzun illər boyu müxtəlif ölçü-biçidə olan damlarda və qazmalarda yaşayırdı.
ətraflı

ÖLÇÜB-BİÇMƏ

“Ölçüb-biçmək”dən f.is.

ÖLÇÜB-BİÇMƏK

f. 1. Tikiləcək paltarın və s.-nin ölçüsünü götürmək və bu ölçüyə əsasən parçasını kəsmək.
ətraflı

ÖLÇÜCÜ

is. xüs. Ölçən, bir şeyin ölçüsünü müəyyən edən cihaz, alət və s. // Sif. mənasında. Ölçücü cihazlar.

ÖLÇÜLMƏ

“Ölçülmək”dən f.is. Taxılın ölçülməsi. Sahənin ölçülməsi. Paltarın ölçülməsi.

ÖLÇÜLMƏK

“Ölçmək”dən məch. İnsanın qiyməti onun qabiliyyəti və əxlaqı ilə ölçülür.
ətraflı

ÖLÇÜLMƏZ

bax ölçüyəgəlməz.

ÖLÇÜLMƏZLİK

bax ölçüyəgəlməzlik.

ÖLÇÜLÜ

sif. Ölçüsü olan.

ÖLÇÜLÜB-BİÇİLMƏ

“Ölçülüb-biçilmək” dən f.is.

ÖLÇÜLÜB-BİÇİLMƏK

məch. Hərtərəfli düşünülmək, götür-qoy edilmək.

ÖLÇÜLÜB-BİÇİLMİŞ

f.sif. Hərtərəfli düşünülmüş, hərtərəfli düşünüldükdən sonra qəbul edilmiş. Ölçülüb-biçilmiş qərar.

ÖLÇÜSÜZ

sif. Ölçüsü olmayan; çox böyük, geniş, ölçüyəgəlməz.
ətraflı

ÖLÇÜSÜZ-BİÇİMSİZ

zərf Ölçüb-biçmədən, götür-qoy etmədən, fikirləşmədən.
ətraflı

ÖLÇÜSÜZLÜK

is. Ölçüsü olmama; çox böyüklük, ölçüyəgəlməzlik.