Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «ÖV» – 25

ÖVC

is. [ər.] klas. Ən uca nöqtə. _Övcifəza, övci-fələk – göyün, fəzanın ən yüksək nöqtəsi.
ətraflı

ÖVKƏLƏMƏ

“Övkələmək”dən f.is.

ÖVKƏLƏMƏK

f. Əli ilə əzişdirmək. [Şərəfnisə xanım] şəkil kağızlarını dişindişinə qısıb əlində bərk-bərk övkələyir, salır ayağı altına.
ətraflı

ÖVKƏLƏNMƏ

“Övkələnmək”dən f.is.

ÖVKƏLƏNMƏK

“Övkələmək”dən məch.

ÖVKƏLƏTMƏ

“Övkələtmək”dən f.is.

ÖVKƏLƏTMƏK

icb. Ovuşdurtmaq, ovdurmaq. Kürəyini övkələtmək.

ÖVKƏMƏ

“Övkəmək”dən f.is.

ÖVKƏMƏK

bax övkələmək.

ÖVKƏŞİK

sif. Övkələnmiş, əzilmiş. Övkəşik köynək.

ÖVLAD

is. [ər. “vələd” söz. cəmi] 1. Oğul və ya qız; uşaq, oğul-uşaq.
ətraflı

ÖVLADCANLI

sif. Öz övladını, oğul-uşağını çox istəyən; uşaqcanlı. Övladcanlı kişi.

ÖVLADLI

sif. Övladı olan, oğlu-qızı olan, oğul-uşaqlı. Övladlı ailə.

ÖVLADLIQ

is. 1. Övladın ata-anaya qohumluq münasibəti.
ətraflı

ÖVLADSIZ

sif. Övladı, uşağı olmayan; oğul-uşaqsız, sonsuz. Övladsız ailə.

ÖVLADSIZLIQ

is. Övladın olmadığı hal; oğul-uşaqsızlıq, uşağı olmama, sonsuzluq.
ətraflı

ÖVLİYA

is. [ər. “vəli” söz. cəmi] Həyatını Allah yolunda sərf edərək ona yaxınlaşmağa nail olmuş müqəddəs şəxslər.
ətraflı

ÖVRAQ

is. [ər. “vərəq” söz. cəmi] klas. Kağız vərəqləri; yazılar.
ətraflı

ÖVRƏ

is. Bəzi adamlarda: bir para şeyləri yedikdə bədənlərində əmələ gələn səpki, qızartı.

ÖVRƏT

is. [ər.] köhn. 1. Arvad, zövcə, həyat yoldaşı.
ətraflı