Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «Ü» – 403

Ü

Azərbaycan əlifbasının iyirmi doqquzuncu hərfi və bu hərflə işarə olunan saitin adı.

ÜÇ

say İkidən sonra gələn ədəd – 3. üç-üç zərf Hər dəfə üç dənə, hər adama üç dənə.
ətraflı

ÜÇAÇILAN

bax üçatılan. Onların tüfəngləri beşaçılan və ya üçaçılan idi. P.Makulu.

ÜÇADAMLIQ

sif. Üç adam üçün olan, üç nəfər üçün nəzərdə tutulmuş; üçnəfərlik.
ətraflı

ÜÇAKTLI

bax üçpərdəli.

ÜÇARŞINLIQ

sif. köhn. Üç arşın uzunluğunda olan.

ÜÇARVADLI

sif. köhn. Keçmiş məişətdə: üç arvadı olan, üç arvad saxlayan.
ətraflı

ÜÇARVADLILIQ

is. köhn. Üç arvadı olma, üç arvad saxlama.

ÜÇATILAN

is. dan. Xəzinəsi üç patron tutan silah (tüfəng); üçaçılan.
ətraflı

ÜÇATLI

sif. Üç at qoşulmuş, üç at qoşulan. Üçatlı fayton.

ÜÇATOMLU

sif. Üç atomdan ibarət olan. Üçatomlu birləşmə.

ÜÇAYAQ

is. Üç ayaq üstündə duran şey (stol və s.
ətraflı

ÜÇAYAQLI

1. sif. Üç ayağı olan, üç ayaq üstündə duran; üçqıçlı. Üçayaqlı masacıq. 2. B a x üçayaq.

ÜÇAYLIQ

sif. 1. Üç ay üçün düzəldilmiş, üç aylıq müddətə nəzərdə tutulmuş, yaxud üç ay ərzində olmuş; rüblük.
ətraflı

ÜÇBARMAQLI

sif. Əlində və ya ayağında ancaq üç barmağı olan.

ÜÇBAŞLI

sif. Üç başı, təpəsi olan. Üçbaşlı dağ.

ÜÇ-BEŞ

say. Bir neçə. Üç-beş manat pul. Üç-beş nəfər.
ətraflı

ÜÇBƏNDLİ

sif. ədəb. Üç bənddən ibarət olan. Üçbəndli şeir.

ÜÇBİR

zərf Üç-üç, üçər-üçər. Adamlar dəstə-dəstə – üçbir, beşbir bağda gəzir, söhbət edirdilər.
ətraflı

ÜÇBUCAQ(LI)

1. is. Üç bucağı olan həndəsi cisim, üçkünclü cisim.
ətraflı