Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «ÜR» – 78

ÜRCAH

is. məh.: ürcah olmaq – rast gəlmək, təsadüf etmək, rastlaşmaq.
ətraflı

ÜRƏFA

is. [ər. “arif” söz. cəmi] klas. kit. Ariflər, mərifətli, ağıllı adamlar.
ətraflı

ÜRƏK

is. 1. İnsanda qan dövranının, döş boşluğunun sol tərəfində yerləşən əzələli kisə şəklində mərkəzi orqanı; qəlb.
ətraflı

ÜRƏKAÇAN, ÜRƏKAÇICI

sif. Adamı fərəhləndirən, ürəyini açan, sevindirici.
ətraflı

ÜRƏKAĞRISI

is. Dərin təəssüf. [Vəkil:] Bu nə daşürəkli adamdır?! – deyə, ürəkağrısı ilə fikirləşirdi. Y.Əzimzadə.

ÜRƏKALTI

sif. anat. Ürəyin altında yerləşən, olan. Ürəkaltı nahiyə.

ÜRƏKBİR

sif. Çox yaxın, səmimi. Ürəkbir dost. – [Gənc:] İndi isə sürət qatarında qızıl diplomla, əlbir və ürəkbir yoldaşlarımla evə dönürəm. Mir Cəlal.

ÜRƏKBULANDIRAN, ÜRƏKBULANDIRICI

sif. 1. Ürəyi bulandıran. Ürəkbulandırıcı qoxu.
ətraflı

ÜRƏKBULANMA(SI)

is. Mədənin qarışması, qusma ehtiyacı nəticəsində ürəyin bulanması; öyümə.
ətraflı

ÜRƏKCİK

“Ürək”dən oxş. və kiç. Dilbərin ürəkciyi yerindən oynadı, dərin bir ah qopardı. C.Cabbarlı.

ÜRƏKÇIRPINTISI

is. 1. Bərk ürək döyünməsi. 2. məc. Həyəcan, iztirab.
ətraflı

ÜRƏKDƏN

zərf Can və könüldən, səmimi olaraq; qəlbən.
ətraflı

ÜRƏK-DİRƏK

ürək-dirək vermək – ürək vermək, ürəkləndirmək, ruhlandırmaq, ümidləndirmək, təsəlli vermək, cəsarətləndirmək.
ətraflı

ÜRƏKDOLUSU

zərf Həvəslə, fəxrlə, ağızdolusu, sevinə-sevinə.

ÜRƏKDÖYÜNMƏ(Sİ)

is. Xəstəlik, həyəcan, iti yerimək və s. nəticəsində ürəyin teztez döyünməsi.
ətraflı

ÜRƏK-GÖBƏK

ürək-göbək qalmamaq zar. – gülməkdən qəşş etmək.
ətraflı

ÜRƏKKEÇMƏ, ÜRƏKGETMƏ

is. Xəstəlik, ruhi sarsıntı nəticəsində huşunu itirmə halı; bayğınlıq, bihuşluq.
ətraflı

ÜRƏKQOPMA

bax ürəkkeçmə. Gecə yarısı Feyzullanın arvadını, uşaqlarını ürəkqopma azarına salıb, evin altını üstünə çevirdilər. Ə.Haqverdiyev.

ÜRƏKLƏNDİRİCİ

sif. Ürəkləndirən, cəsarət verən, cəsarətini artıran, ürək-dirək verən, ruhlandıran (bir işə). Ürəkləndirici sözlər.

ÜRƏKLƏNDİRMƏ

“Ürəkləndirmək”dən f.is.