Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «İ» – 2354

İ

Azərbaycan əlifbasının on dördüncü hərfi və bu hərflə işarə olunan saitin adı.

İANƏ

is. [ər.] köhn. Bir xeyir iş üçün, yaxud ehtiyacı olan bir adam və ya cəmiyyət üçün verilən və toplanılan pul; maddi yardım, kömək.
ətraflı

İANƏÇİ

is. İanə verən, maddi kömək göstərən, yardım edən.

İANƏT

klas. bax ianə. [Yusif şah:] Dullara və yetimlərə və şillərə və korlara ianət və himayət göstərilsin. M.F.Axundzadə.

İAŞƏ

is. [ər.] 1. Yedirmə, yedirib-içirmə. 2. Qida, yeyəcək, yeyinti.
ətraflı

İAŞƏÇİ

is. İaşə işləri ilə məşğul olan, yeyinti müəssisəsi işçisi.

İBADƏT

is. [ər.] 1. Dua oxuma, namaz qılma şəklində icra edilən dini ayin.
ətraflı

İBADƏTÇİ

is. İbadətlə məşğul olan adam, vaxtını ibadətdə keçirən adam.

İBADƏTGAH

is. [ər. ibadət və fars. ...gah] İçərisində ibadət edilən yer, ibadət yeri, məbəd (məscid, kilsə və s.
ətraflı

İBADƏTXANA

[ər. ibadət və fars. ...xanə] bax ibadətgah.
ətraflı

İBADƏTKAR

is. və sif. [ər. ibadət və fars. ...kar] İbadət edən, səcdə edən, səcdəedici.
ətraflı

İBARƏ

is. [ər.] 1. Kəlam; iki və ya bir neçə kəlmədən ibarət tərkib.
ətraflı

İBARƏBAZ

[ər. ibarə və fars. ...baz] b a x ibarəpərdaz.

İBARƏBAZLIQ

b a x ibarəpərdazlıq. İbarəbazlıq fikrin boşluğuna və bir dərəcədə yoxluğuna dəlalət eləyir. F.Köçərli.

İBARƏÇİ

bax ibarəpərdaz.

İBARƏÇİLİK

bax ibarəpərdazlıq.

İBARƏLİ

sif. Təmtəraqlı, qəliz, ibarələrlə dolu. İbarəli yazı.
ətraflı

İBARƏLİLİK

is. İbarələrlə dolu olma, təmtəraqlılıq, qəlizlik.

İBARƏPƏRDAZ

is. [ər. ibarə və fars. ...pərdaz] Danışığında və ya yazısında qəliz, təmtəraqlı ibarələr işlətməyi sevən adam.

İBARƏPƏRDAZLIQ

is. Qəliz və təmtəraqlı ibarələr işlətmək həvəsi, meyli.