Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «ŞƏ» – 282

ŞƏFALANMA

“Şəfalanmaq”dan f.is.

ŞƏFALANMAQ

f. Şəfa tapmaq, sağalmaq. Xəstə şəfalanar təri gələndə; Təbib ona yönü bəri gələndə. A.Şəmşir.

ŞƏFALI

sif. Şəfa verən, şəfaverici, sağaldıcı. Şəfalı hava.
ətraflı

ŞƏFAVERİCİ

sif. Şəfa verən, şəfalı, sağaldan, sağaldıcı.
ətraflı

ŞƏFƏQ

is. [ər.] 1. Gün çıxmadan və ya batarkən göydə görünən qızartı.
ətraflı

ŞƏFƏQQƏT

bax şəfqət. Madərləriniz etdi sizə mehrü məhəbbət; Ağuşi-şəfəqqətdə sizi bəslədi rahət.
ətraflı

ŞƏFƏQLƏNDİRMƏ

“Şəfəqləndirmək”- dən f.is.

ŞƏFƏQLƏNDİRMƏK

f. İşıqlandırmaq, şölələndirmək. ..Axşamdan yanan çırağın saralmış alovu birdən titrəyib uzandı, yuxarıya doğru qanad çalıb bir an ətrafı daha artıq şəfəqləndirdi. Ə.Məmmədxanlı.

ŞƏFƏQLƏNMƏ

“Şəfəqlənmək”dən f.is.

ŞƏFƏQLƏNMƏK

f. İşıqlanmaq, şölələnmək, parıldamaq, şəfəq saçmaq, bərq vurmaq.
ətraflı

ŞƏFƏQLİ

sif. Şəfəqsaçan, parlayan, işıqsaçan, bərq vuran, şöləsaçan.
ətraflı

ŞƏFFAF

sif. [ər.] Baxdıqda o biri tərəfi görünən, işığı asanlıqla buraxan, içindən keçirən.
ətraflı

ŞƏFFAFLAŞDIRMA

“Şəffaflaşdırmaq”- dan f.is.

ŞƏFFAFLAŞDIRMAQ

f. Şəffaf hala salmaq.

ŞƏFFAFLAŞMA

“Şəffaflaşmaq”dan f.is.

ŞƏFFAFLAŞMAQ

f. Şəffaf olmaq, açılmaq, aydınlaşmaq, aydın görünmək.

ŞƏFFAFLIQ

is. Duruluq, təmizlik, aydınlıq; şəffaf şeyin halı.
ətraflı

ŞƏFİQ

is. [ər.] klas. Şəfqətli, mərhəmətli, ürəyinazik.
ətraflı

ŞƏFQƏT

is. [ər.] Rəhm, mərhəmət, acıma, yazığı gəlmə, ürəyi yanma, riqqət.
ətraflı

ŞƏFQƏTLİ

sif. Mərhəmətli, riqqətli, mehriban, şəfqəti olan.
ətraflı