Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «ŞE» – 42

ŞE

“Ş” hərfinin və bu hərflə işarə olunan samitin adı.

ŞEDEVR

is. [fr.] İncəsənətin, ədəbiyyatın, sənətin ən nümunəvi əsəri, şah əsər.

ŞEF

[fr.] 1. Başçı, rəis, rəhbər. Katib bir az dayandı, sonra şefini çox hirsləndirməmək üçün ehtiyatla dedi.
ətraflı

ŞEFLİK

is. İstehsal, mədəni, siyasi və s. cəhətdən müntəzəm yoldaşlıq köməyi göstərməkdən ibarət ictimai fəaliyyət, hamilik.
ətraflı

ŞEH

is. Rütubətli havada gecələr torpaq, bitki və s.
ətraflı

ŞEHDURAN

is. bot. Gülçiçəklilər fəsiləsindən yüksək dağ çəmənlərində bitən bir bitki.
ətraflı

ŞEHLƏNMƏ

“Şehlənmək”dən f.is.

ŞEHLƏNMƏK

f. Üstü şehlə örtülmək, üstünə şeh qonmaq.

ŞEHLİ

sif. 1. Üzərində şeh olan, üzərinə şeh düşmüş.
ətraflı

ŞEHLİK

1. B a x şehli 1-ci mənada. Şehlik və nəmişlik gündə duza artıq meyil edən təpəl camış müti bir qul kimi Qaraxana baxmağa başlardı.
ətraflı

ŞEİR

is. [ər.] Ritmik vəzndə ahəngdar poetik əsər, nəzmə çəkilmiş bədii əsər.
ətraflı

ŞELF

[ing. shelf] coğr. Materikin [qurunun] su altında 200 metrə qədər dərinlikdə olan davamı, hissəsi.
ətraflı

ŞELLÁK

is. [holl.] Heyvan mənşəli təbii qatran.

ŞELLƏNMƏ

“Şellənmək”dən f.is.

ŞELLƏNMƏK

f. Sevinmək, fərəhlənmək.

ŞENLİK

is. Abad yaşayış yeri, ümumiyyətlə, məskun yer, məntəqə; qəsəbə.
ətraflı

ŞENLİKSİZ

sif. Adam az olan, əhalisi az olan. [Ana:] Bala, məktəbə gedəndə həmişə küçənin ortası ilə get-gəl, şenliksiz küçəyə ayaq basma. Çəmənzəminli.

ŞENYON

is. [fr.] 1. Başın arxasında toplanmış saç tellərindən düzəldilmiş qadın saç düzümü. 2. Yapma saç maskası.

ŞERİYYƏT

is. [ər.] Bədiilik, ahənglilik, gözəllik, emosionallıq.
ətraflı

ŞEİRLƏŞMƏ

“Şeirləşmək”dən f.is.