Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «ƏŞ» – 17

ƏŞ

is. 1. Tay, bərabər, misil, bənzər. Yoxdur mənə göydə əş; Deyərkən, getdi sərkəş.
ətraflı

ƏŞAR

is. [ər. “şeir” söz. cəmi] Şeirlər. Şairəm, çünki vəzifəm budur əşar yazım; Gördüyüm nikü bədi eyləyim izhar, yazım.
ətraflı

ƏŞƏDD

sif. [ər.] Şiddətli, güclü, son dərəcə (çox).
ətraflı

ƏŞƏR

is. [ər.] tar. Keçmişdə müəyyən məqsədlər üçün gəlirin onda biri miqdarında verilən vergi.

ƏŞXAS

is. [ər. “şəxs” söz. cəmi] köhn. Şəxslər, adamlar.
ətraflı

ƏŞİ

nida. “A kişi” sözünün canlı dildə işlənən ixtisar şəkli olub, yerinə görə etinasızlıq, narazılıq, yaxud təkid və s.
ətraflı

ƏŞİRƏT

is. [ər.] Bir əsildən törəyib birlikdə yaşayan və köçəri (bədəvi) həyat sürən ailələr toplusu; qəbilə, oymaq.
ətraflı

ƏŞK

is. [fars.] klas. Göz yaşı. Hicran gecəsi gəldi ki, hər qətreyi-əşkim; Pərvanələrə şəmi-şəbistan olacaqdır.
ətraflı

ƏŞKAL

is. [ər. “şəkl” söz. cəmi] Şəkillər, şəkil.
ətraflı

ƏŞKBAR

sif. [fars.] klas. Göz yaşı tökən, çox ağlayan.
ətraflı

ƏŞRAF

is. [ər. “şərif” söz. cəmi] köhn. Əyanlar, nüfuzlu adamlar, kübarlar.
ətraflı

ƏŞRƏF

sif. [ər.] köhn. Ən şərafətli, ən əziz, çox hörmətli.
ətraflı

ƏŞRƏFİ

is. [ər.] köhn. Keçmişdə: beş manatlıq qızıl pul.
ətraflı

ƏŞRƏFİLİ

sif. Bəzək üçün əşrəfi taxılmış, əşrəfi asılmış.
ətraflı

ƏŞSİZ

sif. 1. Tayı, bərabəri, misli olmayan. 2.
ətraflı

ƏŞSİZLİK

is. 1. Tayı, bərabəri, misli olmama. 2. Dostu, həmdəmi olmama; təklik.

ƏŞYA

is. [ər. “şey” söz. cəmi] 1. Şeylər. Ev əşyası.
ətraflı