Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «ƏL» – 219

ƏL

is. 1. Qolun biləkdən dırnaqlara qədər olan hissəsi.
ətraflı

ƏLA

sif. [ər.] 1. Ən yüksək, ən yaxşı, ən gözəl.
ətraflı

ƏLAC

is. [ər.] 1. Bir xəstəliyin sağalmasına kömək edən hər bir şey; dərman, dava.
ətraflı

ƏLACLI

sif. Əlacı, dərmanı olan, sağala (sağaldıla) bilən, müalicəsi olan.

ƏLACPƏZİR

sif. [ər. ilac və fars. ...pəzir] Əlacı (dərmanı) olan, sağala (sağaldıla) bilən, müalicəsi olan.
ətraflı

ƏLACPƏZİRLİK

is. Əlacı, dərmanı olma; sağala (sağaldıla) bilmə. Xəstəliyin əlacpəzirliyi.

ƏLACSIZ

1. sif. Davasız, dərmansız, sağalmaz, əlacı olmayan.
ətraflı

ƏLACSIZLIQ

is. Çarəsizlik, naəlaclıq. Pərşan .. yorulub əlacsızlıqdan (z.
ətraflı

ƏLAÇI

sif. 1. Bütün fənlərdən əla qiymət alan. Əlaçı tələbə.
ətraflı

ƏLAÇILIQ

is. Əla qiymətlə oxuma, bütün dərslərdən əla qiymət alma.
ətraflı

ƏLAHƏZRƏT

sif. və is. [ər.] köhn. Padşahların və onların arvadlarının titulu.
ətraflı

ƏLAHİDDƏ

[ər.] 1. sif. Ayrı, başqa. Əlahiddə məsələ.
ətraflı

ƏLAHİDDƏLƏŞMƏ

“Əlahiddələşmək”- dən f.is.

ƏLAHİDDƏLƏŞMƏK

f. Bir şeydən ayrılaraq xüsusi şəklə düşmək, xüsusiləşmək.

ƏLAHİDDƏLİK

is. Ayrılıq, xüsusilik.

ƏLAQƏ

is. [ər.] 1. Qarşılıqlı münasibət, bir-biri ilə bağlılıq.
ətraflı

ƏLAQƏÇİ

is. Qoşun hissələrində əlaqə xidməti görən əsgər və ya zabit.

ƏLAQƏDAR

sif. [ər. əlaqə və fars ...dar] 1. Əlaqəsi, münasibəti, bağlılığı olan; bağlı.
ətraflı

ƏLAQƏDARLIQ

is. Bağlılıq, asılılıq; qarşılıqlı əlaqə.

ƏLAQƏLƏNDİRİLMƏ

“Əlaqələndirilmək” dən f.is.