Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «ƏT» – 80

ƏT

is. 1. Canlıların bədənində sümüklə dəri arasındakı maddə; əzələ toxumalarının adi adı.
ətraflı

ƏTA

is. [ər.] klas. Vermə, veriş. // Bağışlanma.
ətraflı

ƏTALƏT

is. [ər.] Hərəkətsizlik, fəaliyyətsizlik, süstlük, boş durma; tənbəllik.
ətraflı

ƏTALƏTLİ

sif. 1. Hərəkətsiz, fəaliyyətsiz, süst; tənbəl.
ətraflı

ƏTBALA

bax ətcəbala. Ətbala qaranquş. – Uşaqlıq həyatı! Ətbala quş qanadlar altında pərvəriş tapan kimi, sən də isti ana qucağına sığınır, bütün dünyanın səadətini bu doğma yuvada tapırsan. Mir Cəlal.

ƏTBAŞ

sif. dan. Ağılsız, gec anlayan, gec başa düşən; kütbeyin.

ƏTCƏ

is. 1. Çılpaq uşaq bədəni. 2. B a x ətcəbala.
ətraflı

ƏTCƏBALA

is. Yumurtadan lələksiz və gözləri açılmamış halda çıxan quş balası.
ətraflı

ƏTÇƏKƏN

is. Əti xırda-xırda doğramaq üçün maşın.

ƏTÇİ

is. Ətsatan.

ƏTÇİLİK

is. Ətlik heyvan yetişdirmə işi. Ətçilik təsərrüfatı.

ƏTDOĞRAYAN

is. 1. Ət döymək, doğramaq üçün kiçik kəsərti; qiyməkeş.
ətraflı

ƏTDÖYƏN

bax ətdoğrayan 1 və 3-cü mənalarda.

ƏTƏC

is. məh. Yun təmizləyən alət.

ƏTƏK

is. 1. Paltarın beldən aşağı tərəfə uzanan hissəsi.
ətraflı

ƏTƏKALTI

1. is. Gizlicə toplanılıb saxlanılan ehtiyat – pul və başqa şey.
ətraflı

ƏTƏKDOLUSU

sif. Lap çox, həddən artıq çox.

ƏTƏK-ƏTƏK

zərf. Çoxlu, çoxlu miqdarda; bol, bolluca, ətəkdolusu.
ətraflı

ƏTƏKLƏMƏ

“Ətəkləmək”dən f.is.

ƏTƏKLƏMƏK

f. 1. Ətəyindən tutmaq, tutub saxlamaq. [Zərbəli:] Usta, getdim, yolda ətəklədim, bir qapaz vurdu, yıxıldım.
ətraflı