Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «ƏV» – 46

ƏVAXİR

is. [ər. “axir” söz. cəmi] klas. Axır, son vaxtlar.

ƏVAXİRDƏ

zərf klas. Axırda. Münəccimbaşıya əvaxirdə bu bəhsi varid edirdilər, cavab verirdi. M.F.Axundzadə.

ƏVAXİRİNDƏ

zərf klas. Axırlarında. Haman ilin yaz fəslinin əvaxirində, elə yadımdadır ki, may ayının axırı idi. C.Məmmədquluzadə.

ƏVAM

[ər.] bax avam. [Məmmədağa:] Əvam da var, əvam da.
ətraflı

ƏVAMLIQ

bax avamlıq.

ƏVAMÜNNAS

is. [ər.] köhn. Avam qara camaat. Ədəbdən, elmdən gər feyzyab olsa əvamünnas; Düşər şənü şərəfdən, mollalar, işanlar, insanlar! M.
ətraflı

ƏVAYİL

zərf [ər. “əvvəl” söz. cəmi] klas. Əvvəllər, ilk vaxtlar.
ətraflı

ƏVƏLİK

is. bot. Xalq təbabətində işlənən, habelə qurudulmuş yarpaqları aşa qatılan, enliyarpaq, birillik ot bitkisi.
ətraflı

ƏVƏLİKÇİLOV

is. Əvəlik qatılmış düyüdən bişirilən çilov. Əvəlikçilovu qatıqla yeyirlər.

ƏVƏLİKLİ

sif. Əvəlik qatılaraq bişirilmiş. Əvəlikli çilov (aş).

ƏVƏLİKPLOV

is. Əvəlik qatılmış düyüdən bişirilən plov.

ƏVƏT

əd. [türk.] Təsdiq bildirir – bəli, hə. Baxdım ki, əzim bir cəmaət; Eyzən ürəfa, əvət, həqiqət.
ətraflı

ƏVƏZ

is. [ər.] 1. Qarşılıq, bir şeyin (adamın) yerini tuta bilən şey (adam).
ətraflı

ƏVƏZÇİ

sif. və is. 1. Eyni zamanda bir neçə yerdə işləyən, bir neçə vəzifə tutan (şəxs).
ətraflı

ƏVƏZÇİLİK

is. 1. Eyni zamanda bir neçə vəzifə aparma, eyni zamanda bir neçə yerdə qulluq etmə.
ətraflı

ƏVƏZEDİCİ

is. Bir şeyi əvəz edən, onun əvəzində işlənən şey.
ətraflı

ƏVƏZEDİCİLİK

is. Əvəzetmə, əvəz edə bilmə.

ƏVƏZEDİLMƏZ

sif. Heç bir şeylə, heç bir başqa adamla əvəz edilə bilməyən, əvəzi tapıla bilməyən, əvəzi olmayan, çox qiymətli.
ətraflı

ƏVƏZEDİLMƏZLİK

is. Əvəzedilməz şeyin vəziyyəti, halı, xüsusiyyəti.

ƏVƏZETMƏ

is. 1. Əvəzləmə. 2. kim. Birləşmə və ünsürlərin qarşılıqlı təsiri ilə yeni birləşmə və ünsürlər alınan kimyəvi reaksiya.
ətraflı