Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «Aİ» – 14
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
AB AC AD AE AF AG AH AX AJ AK AQ AL AM AN AO AP AR AS AT AU AV AY AZ
 

AİD

əd. [ər.] Nisbəti və əlaqəsi olan, təəllüqü olan, məxsus.
ətraflı

AİDİYYƏT

is. [ər.] Aid olma, nisbət və əlaqəsi olma, dəxli olma.
ətraflı

AİDLİK

b a x aidiyyət.

AİLƏ

is. [ər.] 1. Ata-anadan, uşaqlardan, nəvələrdən və yaxın qohumlardan ibarət olub, bir yerdə yaşayan adamların hamısı; külfət.
ətraflı

AİLƏBAZ

sif. və is. [ər. ailə və fars. ...baz] Ümumi mənafeyi deyil, birinci növbədə öz qohum və yaxınlarının mənafeyini güdən (adam).

AİLƏBAZLIQ

is. Ümumi mənafeyin ziddinə olaraq, ilk növbədə öz qohumlarının və yaxın adamlarının mənafeyini güdmə.

AİLƏCANLI

sif. Öz ailəsini çox sevən, onun qeydinə qalan, ailəsinə yaxşı baxan.
ətraflı

AİLƏÇİLİK

is. dan. 1. B a x ailəpərəstlik. 2. məc. Bir işin öz mənfəətinə, xəlvəti və öz yaxın adamlarının məhdud çərçivəsi içərisində aparılması, həll edilməsi; qohumbazlıq, dostbazlıq (mənfi mənada işlənir).
ətraflı

AİLƏLİ

sif. Ailəsi olan, külfəti olan, arvad-uşağı olan; evli. Ailəli adam.

AİLƏPƏRƏST

sif. [ər. ailə və fars. ...pərəst] 1. B a x ailəcanlı. 2. B a x ailəbaz. Ailəpərəst adam.

AİLƏPƏRƏSTLİK

is. 1. Ailəsinə məhəbbət, ailəsini sevmə. 2. B a x ailəbazlıq.

AİLƏSİZ

sif. Ailəsi, külfəti olmayan, arvad-uşağı olmayan, evli olmayan.
ətraflı

AİLƏSİZLİK

is. Ailəsi, külfəti, arvaduşağı olmama, ailəsiz adamın halı.

AİLƏVİ

sif. [ər.] Ailəyə mənsub, ancaq ailəyə məxsus, ailəyə aid olan.
ətraflı