Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «AŞ» – 90
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
AB AC AD AE AF AG AH AX AJ AK AQ AL AM AN AO AP AR AS AT AU AV AY AZ
 

AŞILANMAQ

məch. 1. Bir xəstəliyin qarşısı alınmaq və ya başlanmış xəstəliyin sağaldılması üçün bədənə aşı vurulmaq, aşı maddəsi yeridilmək.
ətraflı

AŞILANMIŞ

f.sif. 1. Aşı vurulmuş, aşı maddəsi yeridilmiş.
ətraflı

AŞILAYICI

sif. 1. Aşılama işi ilə məşğul olan adam, peyvənd edən.
ətraflı

AŞILMAZ

sif. Çox uca, üzərindən keçilməz. [Yasavul] özünü .
ətraflı

AŞINDIRICI

sif. xüs. Aşındırma xassəsinə malik olan. Aşındırıcı maddələr.

AŞINDIRILMA

“Aşındırılmaq”dan f.is.

AŞINDIRILMAQ

məch. xüs. Kimyəvi üsulla və ya sürtülüb oyulmaq vasitəsilə çuxurladılmaq, naxış açılmaq.

AŞINDIRMA

“Aşındırmaq”dan f.is.

AŞINDIRMAQ

f. xüs. 1. Kimyəvi üsulla və ya sürtüb oymaq vasitəsilə çuxurlatmaq, naxış açmaq.
ətraflı

AŞINMA

“Aşınmaq”dan f.is. İsti və quraqlıq keçən yay fəsillərində asan aşınmaya uğrayan şistlər xırdalanır, qismən toz halına keçir.
ətraflı

AŞINMAQ

f. 1. Kimyəvi üsulla, yaxud sürtülüb oyulmaq nəticəsində çuxurlanmaq, naxış açılmaq.
ətraflı

AŞIRILMA

“Aşırılmaq”dan f.is.

AŞIRILMAQ

1. “Aşırmaq”dan məch. 2. t-siz. Minmək. Rüstəm atını hündür bir daşa çəkib, onun üstünə aşırıldı.
ətraflı

AŞIRIM

is. Dağın beli, dağın aşıb keçmək üçün yararlı yeri.
ətraflı

AŞIRMA

is. 1. “Aşırmaq”dan f.is. 2. Bir şeyin üstündən atılan, sallanan və ya bağlanan bağ.
ətraflı

AŞIRMAQ

f. 1. Qaldırıb qoymaq, yükləmək. Yükü atın belinə aşırmaq.
ətraflı

AŞIRTMAQ

f. b a x aşırmaq 1, 3 və 5-ci mənalarda.

AŞISIZ

sif. Aşı vurulmamış, aşılanmamış. Aşısız dəri. Aşısız gön.

AŞİKAR

[fars.] klas. b a x aşkar. Bu aşikar bir mətləbdir; bəyana ehtiyacı yoxdur.
ətraflı

AŞİQ

is. [ər.] Birisinə məhəbbət bağlamış, vurulmuş, bənd olmuş adam; vurğun.
ətraflı