Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «AC» – 82
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
AB AC AD AE AF AG AH AX AJ AK AQ AL AM AN AO AP AR AS AT AU AV AY AZ
 

ACIQOVUQ

is. bot. Zəncirotu, qabsındıran (çoxillik ot).

ACIQOVUN

is. bot. Çoxillik dərman bitkisi. Acıqovun düyünlü köklərə malikdir, bitkinin adətən yerüstü gövdəsi yoxdur, lakin yarpaqlar çılpaq və neştər şəklində, kənarı isə kəsik-kəsikdir. R.Əliyev

ACILAMA

“Acılamaq”dan f.i

ACILAMAQ

f. Acı sözlər demək, zəhərləmək, sancmaq, birinə acı söz deyib qəlbini incitmək.
ətraflı

ACILAŞDIRILMA

“Acılaşdırılmaq”dan f.is.

ACILAŞDIRILMAQ

məch. Acı edilmək, dadı acı bir hala gətirilmək.

ACILAŞDIRMA

“Acılaşdırmaq”dan f.is.

ACILAŞDIRMAQ

f. Acı eləmək, dadını acı hala gətirmək. İstiot xörəyi acılaşdırdı. Bibər ağzımı acılaşdırdı.

ACILAŞMA

“Acılaşmaq”dan f.is.

ACILAŞMAQ

f. Acı olmaq, dadı tündləşmək, dadı xarab olmaq.
ətraflı

ACILATMAQ

b a x acılaşdırmaq.

ACILI

sif. Zəhərli, ağılı. Qoca arvad kişi ilə acılı ilan kimi dik qalxdılar.. A.Divanbəyoğlu.

ACILICA

is. bot. Bəzi növlərindən dərman hasil edilən çoxillik ot bitkisi.

ACILIQ

is. 1. Acı şeyin halı; acı dadma. Ağız acılığı.
ətraflı

ACILIQOTU

is. bot. Yarpaqsız, buğumlu, gövdəsi qol-budaqlı kiçik kol bitki.
ətraflı

ACIMA₁

“Acımaq1”dan f.is.

ACIMA₂

“Acımaq2”dan f.is.

ACIMAQ₁

f. 1. Acı olmaq, acı dad vermək, acılaşmaq, tündləşmək.
ətraflı

ACIMAQ₂

f. 1. Yazığı gəlmək, ürəyi yanmaq, rəhmi gəlmək; mərhəmətə gəlmək.
ətraflı

ACIMIŞ

f.sif. Turşumuş, qıcqırmış, yetişmiş. Acımış xəmir.