Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «AD» – 125
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
AB AC AD AE AF AG AH AX AJ AK AQ AL AM AN AO AP AR AS AT AU AV AY AZ
 

ADAMBAŞI(NA)

zərf Hər bir adama, hər bir nəfərə, yaxud hər bir nəfərdən.
ətraflı

ADAMBOYU

sif. Adam hündürlüyündə olan. Adamboyu qar yağmışdı.
ətraflı

ADAMCASINA

zərf İnsana yaraşan bir surətdə, insancasına, insan kimi, humanistcəsinə.
ətraflı

ADAMCIĞAZ

oxş. Yazıq adam, fağır adam; zavallı, mərhəmətə layiq insan (bəzən kinayə və istehza ilə “məhdud düşüncəli, səthi adam” mənasında işlənir).
ətraflı

ADAMCIL

sif. Adamyeyən, insan qanına həris olan. // Vəhşi, yırtıcı.

ADAMCILLIQ

is. Vəhşilik, yırtıcılıq.

ADAMDANQAÇAN

sif. Adamlara uyuşmayan, adamlarla ünsiyyət bağlamayan, ürkək.

ADAMLI

sif. dan. Yaxın adamı, böyüyü olan; köməyi, arxası, himayəçisi, qohuməqrəbası olan.

ADAMLIQ

is. 1. İnsanlıq, tərbiyəlilik; ünsiyyət, adamlarla yola getmə.
ətraflı

ADAMOYNADAN

is. və sif. dan. Adamı araya qoyan, adam ələ salan, adama lağ edən, lağa qoyan.

ADAMSATAN

is. Xain; xəbərçi.

ADAMSEVMƏZ

sif. və is. Adamları sevməyən, adamlardan xoşu gəlməyən, adamlardan qaçan, mərdümgiriz.

ADAMSEVMƏZLİK

is. Adamsevməz adamın xasiyyəti.

ADAMSIZ

sif. Kimsəsiz, yalnız; adamı, köməkçisi olmayan; arxasız, himayəsiz. O adamsızdır, heç kəsi yoxdur.

ADAMSIZLIQ

is. Kimsəsizlik, yalnızlıq, köməksizlik, arxasızlıq, himayəsizlik.

ADAMSİ́T

[xüs. is.-dən] kim. Burun və boğazın selikli qişasına təsir edən zəhərləyici maddə.

ADAMYANA

dan. 1. zərf b a x adamcasına. Pəs, biz deyirik ki, yumruq, sillə ortalıqdan çıxsın, uşaq ilə adamyana rəftar olsun ki, özü yaxşını yamandan dərk edib, bəd əmələ mürtəkib olmasın.
ətraflı

ADAMYEYƏN

sif. İnsan əti yeyən, vəhşi, yamyam. Əbəs-əbəs neçin qaçırsan məndən; Mən ki, zalım, adamyeyən deyiləm.
ətraflı

ADAPTÁSİYA

[lat. adapto – uyğunlaşdırıram] Orqanizmin quruluş və funksiyasının şəraitə uyğunlaşması.

ADÁPTER

[əsli lat.] Qrammofon (patefon) valının səsini reproduktor vasitəsilə vermək üçün elektromaqnitli cihaz.