Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «AR» – 302
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
AB AC AD AE AF AG AH AX AJ AK AQ AL AM AN AO AP AR AS AT AU AV AY AZ
 

ARALANMAQ

f. 1. Bir-birindən ayrılmaq, uzaqlaşmaq. Atlılar aralanaraq hərə bir tərəfə getdi.
ətraflı

ARALAŞDIRILMA

“Aralaşdırılmaq”dan f.is.

ARALAŞDIRILMAQ

məch. Bir-birindən ayrılmaq, uzaqlaşdırılmaq, kənara çəkilmək.

ARALAŞDIRMA

“Aralaşdırmaq”dan f.is.

ARALAŞDIRMAQ

f. Dalaşanları birbirindən ayırmaq, uzaqlaşdırmaq, kənara çəkmək.
ətraflı

ARALAŞMA

“Aralaşmaq”dan f.is.

ARALAŞMAQ

f. 1. Ayrılmaq, ayrı düşmək, aralı düşmək, uzaqlaşmaq, əlaqəni kəsmək. 2. Seyrəkləşmək.

ARALATDIRMAQ

icb. Üçüncü şəxs vasitəsi ilə aralatmaq. [Xan:] Mən onun başını bədənindən aralatdıraram, onda bilər ki, nökər bayatı deyib, xanı yuxudan oyatmaz. Çəmənzəminli.

ARALATMAQ

icb. Aralamağa məcbur etmək.

ARALI

zərf 1. Bir-birindən bir qədər uzaq, arada bir qədər məsafə qoyaraq.
ətraflı

ARALIQ

is. 1. İki şey arasındakı boşluq, boş yer; iki yerin arası; ortalıq, orta, ara.
ətraflı

ARAM

is. [fars.] Sakitlik, qərar, rahatlıq, dinclik, sükut; səbir, dözüm.
ətraflı

ARAMA

“Aramaq”dan f.is.

ARAMAQ

f. Axtarmaq. Sən mükafatını insanlığa xidmətdə ara; Əbədi zövqü, təsəllini həqiqətdə ara.
ətraflı

ARAMCA

zərf Aramla, aram surətdə, ağır-ağır, yavaş-yavaş, yavaşca.
ətraflı

ARAMGAH

is. [fars.] tənt. 1. İstirahət yeri, dayanılan yer; məskən, mənzil.
ətraflı

ARAMLI

sif. 1. Səbirli, dözümlü. 2. Ağır, yava

ARAMSIZ

1. sif. Aramı olmayan, qərar tapmayan, qərarsız, narahat; səbirsiz, dözümsüz.
ətraflı

ARAMSIZLIQ

is. Qərarsızlıq, rahatsızlıq; səbirsizlik.

ARAN

is. Azərbaycanda: yaylaq yerlərə nisbətən alçaq və iqlimcə isti olan yerlər.
ətraflı