Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «AY» – 170
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
AB AC AD AE AF AG AH AX AJ AK AQ AL AM AN AO AP AR AS AT AU AV AY AZ
 

AY₁

is. 1. Yer kürəsinin peyki olub, onunla birlikdə Günəşin ətrafında fırlanan və gecələr inikas edən Günəş işığı ilə işıqlanan göy cismi.
ətraflı

AY₂

nida. 1. Çağırış, müraciət, haylama, haraylama nidası.
ətraflı

AY₃

is. astr. İlin on iki hissəsindən biri. 8-i 31, 4-ü 30, 1-i 28 (hər dörd ildən bir 29) gündən ibarətdir.

ÁYA

əd. Sual və təəccüb ilə bərabər təmənna və ümid bildirir; görəsən.
ətraflı

AYÁ

is. 1. Barmaqlar daxil olmadan əlin içi, açıq yeri.
ətraflı

AYAĞIAĞIR

b a x ağırayaq.

AYAĞIPƏRDƏLİ

sif. zool. Suda üzmək üçün barmaqlarının arası bir-birinə dəri pərdə ilə bitişik olan.
ətraflı

AYAĞISÜRÜŞKƏN

sif. dan. Əxlaqı yüngül, pozğun (qadın haqqında).

AYAĞIYÜNGÜL

b a x ayağı yüngül (“ayaq1”də).

AYAĞIYÜNGÜLLÜK

is. Xoşqədəmlik.

AYAQ₁

is. 1. İnsan və heyvanın yeriməsinə xidmət edən bədən üzvü.
ətraflı

AYAQ₂

is. klas. Qədəh, piyalə. Meygərçi səfa verər damağə; Axdığı üçün düşər ayağə.
ətraflı

AYAQAÇDI, AYAQAÇMA

is. etnoqr. Qızın toydan sonra atası evinə birinci dəfə gəlməsi adəti.
ətraflı

AYAQALTI

is. 1. Ayaq altına salınan, yaxud ayaq silmək üçün qapının ağzında, girəcəyində salınan xalça, balaca palaz, həsir, əsgi və s.
ətraflı

AYAQ-AYAĞA

zərf 1. Bir vaxtda, birdən, o biriləri ilə bir vaxtda ayağını qoyub götürərək; bərabər, birlikdə.
ətraflı

AYAQCIQ

is. 1.”Ayaq”dan kiç. Quşun ayaqcığı. 2. bot. Çiçək və meyvənin saplaqcığı.

AYAQÇI₁

is. məh. 1. köhn. Qapı-qapı gəzib, mal satan adam; çərçi. 2. Kağızpaylayan, kuryer.

AYAQÇI₂

is. qəd. Keçmişdə: qədəh gəzdirən, şərab paylayan; saqi.
ətraflı

AYAQDAŞI

b a x dabandaşı. Hamamçının qabağında .. xırda bankaların içində rüşul, ayaqdaşı, xına, yumurta və bu kimi şeylər olardı. H.Sarabski.

AYAQDUZAĞI

is. 1. Ayaq buxovu. 2. məc. Əngəl, maneə.