Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «AY» – 170
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
AB AC AD AE AF AG AH AX AJ AK AQ AL AM AN AO AP AR AS AT AU AV AY AZ
 

AYAQLAŞMAQ

f. 1. Biri ilə ayaq-ayağa gedə bilmək, bərabər getmək, birgə yerimək.
ətraflı

AYAQLATMAQ

icb. Tapdalatmaq, ayaq altında əzdirmək, xarab etdirmək. Əkini malqaraya ayaqlatmaq.

AYAQLI

sif. 1. Ayağı olan (b a x ayaq1 4-cü mənada).
ətraflı

AYAQLIQ

is. 1. Dikinə duran və ya qoyulan şeylərin dayanacağı.
ətraflı

AYAQSEYRİ

is. dan. Əylənmək və ya istirahət üçün yaxın yerlərə ayaqla səyahət. Ayaqseyrinə çıxmaq.

AYAQSIZ

sif. Ayağı olmayan, qıçsız. Ayaqsız adam.
ətraflı

AYAQÜSTÜ

1. zərf Tələsik, oturmadan, ötəri, ayaq üstündə.
ətraflı

AYAQÜSTÜLÜK

is. Məclisdə, qonaqlıqda və s.-də qonaqlara xidmət etmə. Ayaqüstülük etmək.

AYAQYALIN

sif. 1. Yalınayaq, ayağı çılpaq, ayağında heç bir şey olmayan.
ətraflı

AYAQYERİ

is. 1. Quyuya düşmək üçün divarlarında ayaq keçirməkdən ötrü açılan oyuq.
ətraflı

AYAQYOLU

is. Təbii ehtiyacları rəf etmək üçün yer; abdəstxana, rahatxana.
ətraflı

AYALAMA

məh. b a x ayalqa.

AYALQA

məh. b a x ayama.

AYAMA

is. Bir adama el tərəfindən verilən ləqəb, ad.
ətraflı

AYAR

is. dan. 1. Barama, pambıq və s. bu kimi xam mallardan əldə edilən xalis malın miqdarı. 2. B a x əyyar.

ÁYAT

is. [ər. “ayə” söz. cəmi] b a x ayə1 1-ci mənada.
ətraflı

AYAZ

is. Qışda buludsuz, aydın gecələrdə quru soyuq, şaxta; ümumiyyətlə, bərk soyuq.
ətraflı

AYAZIMA

“Ayazımaq”dan f.is.

AYAZIMAQ

f. 1. Göy üzü açılmaq, buluddan, dumandan təmizlənmək, aydınlaşmaq.
ətraflı

AYAZITMAQ

f. Ayaza vermək, şaxtaya vermək, soyutmaq, dondurmaq.