Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «Bİ» – 590
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
BA BE BI BL BO BR BU
 

BİABIR

sif. [fars.] Abırsız. _ Biabır etmək (eləmək, eyləmək) – abırdan salmaq, rüsvay etmək, adını ləkələmək.
ətraflı

BİABIRCASINA

zərf 1. Abırsızca, utanmaz bir surətdə. Biabırcasına danışmaq.
ətraflı

BİABIRÇI

sif. Rüsvayedici, eyib gətirən, adbatıran, utanılacaq.
ətraflı

BİABIRÇILIQ

is. Rüsvayçılıq, rəzalət, utanılacaq hal.
ətraflı

BİAHƏNG

[fars.] b a x ahəngsiz. Gahi bir nəğmə kimi biahəng; Gahi bir lövhə kimi rəngarəng. A.Səhhət.

BİAR

[fars. bi... və ər. ar] b a x arsız. Biar adam.
ətraflı

BİARAM

[fars.] b a x aramsız. Keçdi üç ay, hələ ondan nə kağız var, nə pəyam; Gözləyir ailəsi kənddə onu biaram. A.Şaiq.

BİARLIQ

bax arsızlıq.

BİATLON

is. [yun.] idm. 20 km məsafədə tüfəngdən atəş açmaqla icra edilən xizək yarışı.

BİBAK

sif. [fars.] Qorxusuz, qorxmaz, heç bir şeydən ehtiyat etməyən.
ətraflı

BİBƏHRƏ

[fars.] b a x bəhrəsiz. [Məşədi Oruc:] ..
ətraflı

BİBƏR

is. Dadı acı, uzunsov tərəvəz bitkisi; istiot. Göy bibər. Qırmızı bibər.

BİBƏRLİ

sif. İçində bibər olan, bibər qatılmış; istiotlu.

BİBİ

is. Övlad üçün atanın bacısı.

BİBİGƏLİNİ

is. Atanın bacısının gəlini (oğlunun arvadı).

BİBİQIZI

is. Atanın bacısı qızı.

BİBİNƏVƏSİ

is. Atanın bacısının nəvəsi.

BİBİOĞLU

is. Atanın bacısının oğlu.

BİBİYOLU

is. etnoqr. Gəlinə toy parçası göndərildikdə, oğlan tərəfindən bibiyə hədiyyə edilən paltarlıq parça.

BİBLİÓQRAF

[yun.] (kitabiyyat) mütəxəssisi.