Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «BƏ» – 502
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
BA BE BI BL BO BR BU
 

əd. “Bəs” mənasında olub təəccüb bildirir, yaxud sualı gücləndirmək üçün işlənir.
ətraflı

BƏB(İ)R

is. [fars.] Məməli heyvanların yırtıcılar dəstəsinə mənsub pələngəoxşar heyvan.
ətraflı

BƏBƏ

is. 1. Körpə uşaq, çağa. 2. Gəlincik, kukla.

BƏBƏK

is. 1. Göz giləsinin ortasındakı qara dairəcik.
ətraflı

BƏBİRLƏNMƏK

f. Qabarmaq, kəkələnmək, cürətlənmək; hücum etməyə hazırlanmaq.

BƏD

sif. [fars.] 1. Pis, xarab, yaman. Bəd xasiyyət.
ətraflı

BƏDAHƏT

is. [ər.] 1. köhn. Aşkarlıq, aydınlıq, əyanilik; dəlilə, sübuta ehtiyacı olmama.
ətraflı

BƏDAHƏTƏN

zərf [ər.] Birdən-birə, qabaqcadan düşünmədən, qabaqcadan hazırlaşmadan, fikirləşmədən. Bədahətən bir beyt söylədi.

BƏDAVAZ

sif. [fars.] Pis səsli, çirkin səsli.

BƏDAYE

[ər.] İncəsənətə, bədiiyyata aid olan. Bədaye teatrı.

BƏDBATİN

sif. [fars. bəd və ər. batin] Pisürəkli, qəlbi pis, pisniyyətli; paxıl, kinli.
ətraflı

BƏDBƏXT

sif. [fars. bəd və ər. bəxt] Talesiz, bəxtsiz, taleyi pis, uğursuz.
ətraflı

BƏDBƏXTANƏ

zərf [fars.] Bəxtsizcəsinə, talesizcəsinə, uğursuzcasına.
ətraflı

BƏDBƏXTÇİLİK

dan. bax bədbəxtlik.

BƏDBƏXTLİK

is. Talesizlik, bəxtsizlik; fəlakət, müsibət, uğursuzluq.
ətraflı

BƏDBİHESAB

sif. [fars. bəd, bi və ər. hesab] dan. Tamamilə haqsız, doğru olmayan.
ətraflı

BƏDBİHESABLIQ

is. Tamamilə haqsızlıq, ədalətsizlik, insafsızlıq.
ətraflı

BƏDBİN

sif. [fars.] Həyatda hər şeyi pis görən, hər şeyə ümidsiz baxan, gələcəyə inanmayan.
ətraflı

BƏDBİNLƏŞDİRMƏ

“Bədbinləşdirmək”- dən f.is.

BƏDBİNLƏŞDİRMƏK

f. Bədbin etmək, bədbin olmasına səbəb olmaq, həyatdan küsdürmək.