Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «B» – 3035
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
BA BE BI BL BO BR BU
 

BABLAŞMAQ

f. Bab olmaq, tay olmaq, uyğunlaşmaq.

BAC

is. [fars.] köhn. 1. Keçmiş zamanlarda bir yerdən başqa bir yerə aparılan mal və sairədən alınan rüsum, vergi.
ətraflı

BACA

is. 1. Tüstü çıxmaq üçün ocağın üstündə kərpicdən hörülən və ya dəmirdən qayrılan içi boş boru.
ətraflı

BACA-BACA

is. Köhnə məişətdə: Novruz bayramı axşamı qapı-qapı dolaşıb bayramlıq pay almaq adəti; qodu-qodu.

BACAQ

is. Qıç. Heyvancıqlar .. bacaqlarını bükərək, quyruqlarını oynada-oynada analarının məmələrini əmirdilər. A.Şaiq.

BACAQLI

is. köhn. Keçmişdə Hollandiya və ya Avstriya qızıl pulu (qadınlar bunları ipə düzərək bəzək kimi boyunlarına taxardılar).
ətraflı

BACALI

sif. Bacası, ya bacaları olan. Bacalı ev.

BACALIQ

is. Damda baca üçün hazırlanmış yer.

BACANAQ

is. Bacıların ərlərinin birbirinə qohumluq münasibəti.
ətraflı

BACARAN

f.sif. Qabiliyyətli, başı çıxan, iş görə bilən, əlindən iş gələn, bir işin öhdəsindən gələn.
ətraflı

BACARIQ

is. Bilik, təcrübə, vərdiş nəticəsində əldə edilmiş işgörmə qabiliyyəti, təcrübə.
ətraflı

BACARIQLI

sif. İstedadlı, qabiliyyətli, əlindən iş gələn, iş yaradan, təcrübəli. Bacarıqlı adam. Bacarıqlı usta.

BACARIQLI(LI)Q

is. Bacarıqlı adamın xüsusiyyəti. Hüseynqulunun mahirliyini və bacarıqlığını görən başqa bir tacir, onu öz yanında faytonçu durmağa dəvət edir. H.Sarabski.

BACARIQSIZ

sif. Bacarığı olmayan, əlindən iş gəlməyən, qabiliyyətsiz, təcrübəsiz, aciz. Bacarıqsız adam.

BACARIQSIZLIQ

is. Bacarığı olmama, əlindən iş gəlməmə, qabiliyyətsizlik, təcrübəsizlik, acizlik.
ətraflı

BACARMA

“Bacarmaq”dan f.is.

BACARMAQ

f. Əlindən gəlmək, görə bilmək, bir işi görməyə qabiliyyəti, iqtidarı olmaq, öhdəsindən gələ bilmək, müvəffəq olmaq.
ətraflı

BACARMAZ

sif. və is. Bacarmayan, əlindən iş gəlməyən, bir işə iqtidarı olmayan adam. Bacarmaza iş tapşırma.

BACARMA(MA)ZLIQ

is. Bacarmama, əlindən iş gəlməmə; qabiliyyətsizlik.

BACASIZ

sif. Bacası olmayan. Firidunu bir həyətdə bacasız bir tövləyə salaraq, qapını bərk-bərk bağlamışdılar. M.İbrahimov.