Azərbaycan dilinin izahlı lüğəti

  • C

    Azərbaycan əlifbasının üçüncü hərfi. bax ce

    Tam oxu »
  • CABƏCA

    zərf [fars.] Yerbəyer, yerliyerində, qaydasınca, lazımınca. İşini cabəca yerinə yetirdi. – [Ağa Kərim xan:] Adbaad hər nə ki sizə buyuracağam, o bu gü

    Tam oxu »
  • CAD

    is. Darı unundan bişirilən çörək. [Araz] içəri atılan kimi bərk şeyin nə olduğunu bilmək üçün onu əli ilə axtarıb, nəhayət, tapdı

    Tam oxu »
  • CADAR

    is. məh. Bataqlıq yerin quruyandan sonra çox və xırda çatlaması

    Tam oxu »
  • CADAR-CADAR

    sif. və zərf Çatlaq-çatlaq, yarıq-yarıq, hər tərəfi çatlamış. Ağayev zamanın məhvedici təsirindən pozulmuş, cadar-cadar olmuş divarlara bir də baxdı

    Tam oxu »
  • CADARLANMA

    “Cadarlanmaq”dan f.is

    Tam oxu »
  • CADARLANMAQ

    f. Cadar-cadar olmaq, çatlamaq. Katibin gözləri qurumuş, dildodağı təpimiş və cadarlanmış (f.sif.) dodaqlarından qan çırtlayaraq çənəsinə qədər uzanmı

    Tam oxu »
  • CADDƏ

    is. [ər.] İşlək yol, magistral yol. Gözümə görünən çiçəkləri toplaya-toplaya bir caddə yola çıxdım. A

    Tam oxu »
  • CADU

    is. [fars.] 1. Sehr, sehrbazlıq. [Xanpəri:] [Dərvişin] cadusunda mən bir hikmət görmüşəm ki, əgər istəsə, bu saatda məni qocamdan boşadar

    Tam oxu »
  • CADU-PİTİK

    bax cadu 1-ci mənada

    Tam oxu »
  • CADUBAZ

    bax cadugər

    Tam oxu »
  • CADUBAZLIQ

    bax cadugərlik. Genə dualar, genə cadubazlıq meydana gəldi. N.Nərimanov

    Tam oxu »
  • CADUÇU

    bax cadugər

    Tam oxu »
  • CADUÇULUQ

    bax cadugərlik. Kahinlərin falçılığı, caduçuluğu, cindarlığı və tilsimçilik sənətləri hindulər arasında çox mütədavildir

    Tam oxu »
  • CADUGƏR

    is. və sif. [fars.] Cadugərliklə məşğul olan; sehrbaz, ovsunçu. [Dostəli dərvişə:] Bu sirdən heç kəs əyan ola bilmir

    Tam oxu »
  • CADUGƏRLİK

    is. Ovsunçuluq, sehrbazlıq

    Tam oxu »
  • CADUKÜN

    is. [fars.] köhn. Bax cadugər. Cadukünsən, tasa bax; Ya bu gün gəl, ya sabah. Ellər şadlıq içində; Biz keçirən yasa bax

    Tam oxu »
  • CADULAMA

    “Cadulamaq”dan f.is

    Tam oxu »
  • CADULAMAQ

    f. Mövhumata inananların təsəvvürüncə cadu ilə öz təsiri altına almaq; ovsunlamaq

    Tam oxu »
  • CAĞ

    is. 1. Çəpər. Evin qabağına cağ çəkmək. – Zeynal bəy dərin bir sükutda bağın sökük cağlarının dibi ilə başını aşağı salıb, yavaş-yavaş getməyə başladı

    Tam oxu »
  • CAĞILDAMA

    “Cağıldamaq”dan f.is

    Tam oxu »
  • CAĞILDAMAQ

    f. Bir-birinə dəyərək və ya ayaq altında qalaraq cağ-cağ səs çıxarmaq (xırda daşlar, tökülən qozlar haqqında)

    Tam oxu »
  • CAĞILTI

    is. Bir-birinə dəyən xırda daşlardan, qozlardan və s.-dən çıxan səs. [Adilə və İlyas] susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırt

    Tam oxu »
  • CAĞLAMA

    “Cağlamaq”dan f.is

    Tam oxu »
  • CAĞLAMAQ

    f. Çəpər (hasar) çəkmək, çəpərləmək, hasarlamaq

    Tam oxu »
  • CAĞLANMA

    “Cağlanmaq”dan f.is

    Tam oxu »
  • CAĞLANMAQ

    məch. Çəpərlənmək, hasarlanmaq

    Tam oxu »
  • CAĞLI

    sif. Cağ vurulmuş, çəpərli, hasarlı. Cağlı bağça

    Tam oxu »
  • CAH

    is. [ər.] klas. 1. Mənsəb, məqam, rütbə. Vəfalı dostumu hər dəm anaram; Ona qurban cahım, cəlalım mənim

    Tam oxu »
  • CAH-CALAL

    is. [ər.] Calal, ehtişam, büsat, dəbdəbə, təmtəraq, var-dövlət, əzəmət. Keçmişdəki… cah-calaldan, mal-dövlətdən, sövt-sədadan şair bir əsər görməyib…

    Tam oxu »
  • CAH-CALALLI

    sif. 1. Təntənəli, dəbdəbəli, təmtəraqlı, büsatlı, əzəmətli, möhtəşəm. Cah-calallı saray. Cah-calallı ziyafət

    Tam oxu »
  • CAHAN

    is. [fars.] Dünya, aləm, kainat. Məndə sığar iki cahan, mən bu cahana sığmazam. Nəsimi. Çıxdı günəş, doldu cahan nur ilə; Cütçü sürür tarlada cüt şur

    Tam oxu »
  • CAHANDAR

    is. [fars.] klas. Cahangir, hökmdar, padşah. Ərz elədilər ki: “Ey cahandar! Məcnundan olubmusan xəbərdar?” Füzuli

    Tam oxu »
  • CAHANDARLIQ

    is. klas. Cahangirlik, hökmdarlıq, padşahlıq. [Yusif şahın] …əql və fərasətindən, … cahandarlığından elçi və əmələsi vəcd etdilər

    Tam oxu »
  • CAHANGİR

    is. [fars.] 1. Dünyanı istila edən, dünyanı tutan, ölkələr fəth edən; imperialist. [Elxan:] Mən üzümə bir din qalxanı çəkib cahangirlərin cəlladlığını

    Tam oxu »
  • CAHANGİRLİK

    is. Başqa ölkələri istila etməyə çalışan, bütün dünyanı tutmaq üçün göstərilən meyil və hərəkət; imperializm

    Tam oxu »
  • CAHANŞÜMUL

    sif. [fars. cahan və ər. şümul – şamil olan] Bütün dünya üçün əhəmiyyəti olan, dünyanı tutan, dünyaya yayılan, böyük tarixi əhəmiyyəti olan, dünyada t

    Tam oxu »
  • CAHANŞÜMULLUQ

    is. Bütün dünya üçün əhəmiyyətli olma, dünyaya yayılma, dünyada tanınma, böyük tarixi əhəmiyyəti olma

    Tam oxu »
  • CAHIL

    sif. dan. [ər.] Cavan, gənc. [Qulu:] [Yusif] bəli, hələ cahıldır. Pis günlər görməyibdir. N.Nərimanov

    Tam oxu »
  • CAHIL-CUHUL

    top. dan. Cahıllar, cavanlar, cavan oğlanlar. …Hamıdan da az danışan Qasım əmi və qeyri cahıl-cuhul idi… C

    Tam oxu »
  • CAHILBAŞI

    is. köhn. zar. Məhəllə cahıllarına başçılıq edən, dikbaş, lovğa oğlan; ataman. Cahılbaşı yavaşıdı. – Atan oldu behiştdə, bu başqa məsələ

    Tam oxu »
  • CAHILCA

    sif. Çox cahıl, cavanca

    Tam oxu »
  • CAHILLAŞDIRMA

    “Cahıllaşdırmaq”dan f.is

    Tam oxu »
  • CAHILLAŞDIRMAQ

    f. Cahıl göstərmək, cavan göstərmək

    Tam oxu »
  • CAHILLAŞMA

    “Cahıllaşmaq”dan f.is

    Tam oxu »
  • CAHILLAŞMAQ

    f. köhn. dan. Cavanlaşmaq, gəncləşmək, cavan görsənmək. [Hacı Sadıq:] Maşallah, gözüm dəyməsin, ağa gündən-günə cahıllaşır… N

    Tam oxu »
  • CAHILLIQ

    is. Cavanlıq, gənclik. Cahıllıq zamanı keçibdir əgər; Yenə yüz naxələf oğlana dəyər. Q.Zakir. [Şahnisə:] Ay qədimi, deyəsən, cahıllığın yadına düşdü

    Tam oxu »
  • CAHİL

    sif. [ər.] 1. Oxumamış, savadsız, avam, nadan, anlamaz, qanmaz, heç şeydən xəbəri olmayan. Ağ at ilə cahil ağaya qulluq eləmə

    Tam oxu »
  • CAHİLANƏ

    sif. və zər. [ər. cahil və fars. …anə] Avam-avam, cahilcəsinə, avamcasına, nadancasına, anlamazcasına

    Tam oxu »
  • CAHİLİYYƏ

    is. [ər.] tar. Ərəblərdə müsəlmanlıqdan əvvəlki dövr. Cahiliyyə dövrünün bütləri

    Tam oxu »