Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «CƏ» – 183
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
CA CE CI CO CU
 

CƏBƏL

is. məh. Dağ, çətin qalxılan yer.

CƏBBƏXANA

is. [ər. cəbhə və fars. ...xanə] Silah və hərbi sursat saxlanan yer, anbar; arsenal.
ətraflı

CƏBHƏ

is. [ər.] hərb. 1. Düşmənlə üzüzə durub vuruşan ordu hissələrinin yerləşdiyi sahə, xətt.
ətraflı

CƏBHƏÇİ

is. Müharibə vaxtı cəbhədə olan və ya olmuş adam.
ətraflı

CƏBR₁

is. [ər.] Zor, zor işlətmə, zülm. Fələkin cəbrindən, el tənəsindən; Dərdim artıb, bir ümmana dönübdü.
ətraflı

CƏBR₂

is. [ər.] Riyaziyyatın, ədədi qiymətlərindən asılı olmayaraq, kəmiyyət üzərində aparılan əməliyyatları öyrənən sahəsi.
ətraflı

CƏBRƏN

zərf Zorla, güclə, zor işlədərək, zorla məcbur edərək, məcburiyyət altında.
ətraflı

CƏBRİ₁

sif. 1. Zorla icra olunan, zorla edilən, məcburi, zorən.
ətraflı

CƏBRİ₂

sif. riyaz. Cəbrə aid olan. İrrasional cəbri tənlik. Sadə cəbri ədədlər.

CƏBRŞÜNAS

is. [ər. cəbr və fars. ...şünas] Cəbr mütəxəssisi.

CƏDD

is. [ər.] Ata və ya ananın atası; baba; əcdad.
ətraflı

CƏDD-ƏQRƏBA

is. [ər.] Bütün nəsil, qohum-əqrəba, ata-baba.

CƏDİD(Ə)

sif. [ər.] Yeni, təzə. Nə mədrəsə, nə müəllim, nə bir üsuli-cədidə; Və nə uşaqlarımızda bu qabiliyyət olaydı! M.Ə.Sabir.

CƏDVƏL

is. [ər.] Qrafalar üzrə müəyyən qaydada yığılmış hər hansı məlumat və ya rəqəmlər siyahısı.
ətraflı

CƏDVƏLÇİ

is. Cədvəl düzəldən, cədvəl tərtib edən idarə və ya müəssisə işçisi.
ətraflı

CƏFA

is. [ər.] Əzab, əziyyət, üzüntü, incitmə.
ətraflı

CƏFAÇI

bax cəfakeş. Min tən ilə bir cəfaçı səyyad; Ol zarə yetmişdi, qıldı fəryad. Füzuli.

CƏFAKAR

sif. və is. [ər. cəfa və fars. ...kar] Cəfaverən, əzabverən, incidən, zülmkar.
ətraflı

CƏFAKARLIQ

is. Cəfa vermə, əzab, əziyyət vermə; incitmə; zülmkarlıq.
ətraflı

CƏFAKEŞ

sif. [ər. cəfa və fars. keş] Cəfa çəkən, hər cür dərdə, əzaba dözən, möhnətə qatlaşan.
ətraflı