Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «DÜ» – 337
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
DA DE DI DO DR DU DV DY
 

say [fars.] İki (ancaq nərd oyununda işlənir).

DÜA

bax dua.

DÜBARƏ

zərf [fars.] 1. İkinci dəfə, təkrar. Dübarə gəldi, yenə getdi.
ətraflı

DÜBBƏ

is. köhn. dan. Masqaraçı, oyunbaz.

DÜBBƏDÜZ

sif. Dümdüz, tamamilə düz.

DÜBBƏLİK

is. dan. Masqaraçılıq, oyunbazlıq. Siz bu dübbəlikdən nə kimi ləzzət alırsınız? M.S.Ordubadi.

DÜBBİ-ƏKBƏR

is. [ər.] klas. Böyük ayı bürcü.

DÜBBİ-ƏSĞƏR

is. [ər.] klas. Kiçik ayı bürcü.

DÜBEYT

is. [fars. dü və ər. beyt] ədəb. 1. İki beytdən ibarət olan lirik şeir forması.
ətraflı

DÜBƏDÜ

zərf [fars.] dan. İkilikdə.

DÜBƏND(İ)

is. [fars.] köhn. Ayaqqabı növü. [Molla Qasım] ayağına qara meşindən dikdaban Təbriz dübəndisi və bəzi vaxt sarı rəngli nəleyin geyərdi. H.Sarabski.

DÜBƏRD

dübərdini dağıtmaq dan. – divan tutmaq.

DÜÇAR

sif. [fars.] Mübtəla, tutulmuş. Naçaram, mən naçaram; Yaman dərdə düçaram.
ətraflı

DÜDƏK

bax düdük. Çomaq əldə dolaşır dağı, daşı; Qoyun, quzu, köpək, düdək yoldaşı. A.Şaiq.

DÜDƏMƏ

sif. və is. 1. İki cinsdən törəmiş; mələz.
ətraflı

DÜ-DÜ-DÜ

təql. Toyuq, xoruz və cücələri çağırmaq üçün çıxarılan səs.
ətraflı

DÜDÜK

is. 1. Qarğıdan və s.-dən qayrılan, nəfəslə çalınan ən sadə çalğı aləti; ney.
ətraflı

DÜDÜKÇALAN, DÜDÜKÇÜ

sif. və is. 1. Düdük çalan çalğıçı. [1-ci mücahid:] Ay düdükçülər, .
ətraflı

DÜDÜKÇÜLÜK

is. 1. Düdükçünün (1-ci mənada) işi, peşəsi, məşğuliyyəti. 2. məc. dan. Adam aldatma xasiyyəti.

DÜDÜLƏMƏ

“Düdüləmək”dən f.is.