Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «D» – 3827
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
DA DE DI DO DR DU DV DY
 

DADANDIRMA

“Dadandırmaq”dan f.is.

DADANDIRMAQ

f. Bir şeyin dadını daddırmaqla və ya başqa vasitə ilə alışdırmaq, bir şeyə dadanmasına səbəb olmaq, bir şeyə aludə etmək, dadanması üçün şərait yaratmaq; öyrəşdirmək, alışdırmaq.

DADANIQ

bax dadanaq.

DADANMA

“Dadanmaq”dan f.is.

DADANMAQ

f. Bir şeyin dadını dadıb alışmaq; bir şeyə adət etmək, öyrəşmək, adətkərdə olmaq, aludə olmaq (adətən arzu edilməyən bir şeyə).
ətraflı

DADANMIŞ

f.sif. Bir şeyin dadını dadıb ona alışmış, adət etmiş, aludə olmuş.
ətraflı

DADAŞ

is. Kiçik qardaş və bacıların böyük qardaşa verdikləri ad; böyük qardaşa müraciət.
ətraflı

DAD-BİDAD

nida [fars.] Adətən “ey dadbidad” şəklində – təəssüf, kədər bildirir.
ətraflı

DADBİLMƏ

is. Bir şeyin dadını bilmə qabiliyyəti, dad duyğusu – beş duyğudan biri.

DADBİLMƏZLİK

is. Dadbilmə hissinin olmaması.

DAD-DAMAQ

is. Ləzzət, nəşə. Yurd edəli Azərbaycanı; Dad-damaq vermisən bizim ellərə. R.Rza.

DADDIRMA

“Daddırmaq”dan f.is.

DADDIRMAQ

f. 1. Dadına baxdırmaq, dadını-ləzzətini duyacaq dərəcədə yedirmək, ya içirmək. 2. məc. Hiss etdirmək.

DAD-DUZ

is. Bax dad1 1-ci mənada. Bu xörəyin dadı-duzu yoxdur.
ətraflı

DAD-FƏĞAN

bax dad-fəryad.

DAD-FƏRYAD

is. [fars.] Köməyə çağırma. // Fəryad, fəğan, dad.
ətraflı

DADICI

is. xüs. Bir şeyin dadını müəyyən edən mütəxəssis; dequstator, dequstasiya mütəxəssisi.

DADIXMA

“Dadıxmaq”dan f.is.

DADIXMAQ

f. Çox qalmaqdan dadını itirmək, yaxud pis dadmaq, dadı korlanmaq.

DADILMA

“Dadılmaq”dan f.is.