Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «DE» – 178
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
DA DE DI DO DR DU DV DY
 

DEİ́ZM

[fr. deisme əsli lat. deus – Allah] fəls.
ətraflı

DEKÁBR

[lat.] Təqvim ilinin 12-ci və sonuncu ayı. Dekabr soyuqları.

DEKABRİ́ST

[rus.] tar. 1825-ci ildə dekabrın 14-də Rusiyada təhkimçilik üsulu və mütləqiyyətə qarşı bir qrup zadəgan tərəfindən qaldırılmış inqilabi üsyanın iştirakçısı.
ətraflı

DEKÁDA

[fr. əsli yun.] On günlük zaman ölçüsü; ayın üçdə biri; ongünlük.
ətraflı

DEKADÉNT

[fr.] Dekadentizm tərəfdarı. Dekadent şairlər.

DEKADENTLİK

is. [fr.] ədəb. incəs. XIX əsrin axırı və XX əsrin əvvəllərində burjua ədəbiyyatı və incəsənətində pul düşkünlüyü və ifrat fərdiyyətçiliyi ifadə və “sənət sənət üçündür” şüarını təbliğ edən cərəyan.

DEKÁN

is. [lat.] Ali məktəbdə fakültəyə başçılıq edən şəxs.
ətraflı

DEKANÁT

[lat.] Ali məktəbdə dekanın başçılıq etdiyi fakültənin tədris-inzibati idarəsi; dekanlıq.
ətraflı

DEKANLIQ

is. 1. B a x dekanat. 2. Dekan vəzifəsi.

DEKLAMÁSİYA

[lat.] Şeir və nəsri həyəcanlı səs və hərəkətlə söyləmə; bədii oxu məharəti.
ətraflı

DEKLAMÁTOR

[lat.] Bədii əsərləri məharətlə oxuyan adam; deklamasiya ilə çıxış edən artist.

DEKLAMATORLUQ

is. Məharətlə deklamasiya demə. Deklamatorluq məharəti. Onun deklamatorluğuna söz yoxdur.

DEKLARÁSİYA

is. [lat.] 1. Hökumət və ya partiyanın bildirişi, bəyanatı.
ətraflı

DEKOLTÉ

is. [fr.] Qadın paltarında boğazı, çiyinləri, döşün və kürəyin yuxarı hissəsini açıq göstərən kəsik və bu şəkildə olan qadın paltarı.
ətraflı

DEKÓR

bax dekorasiya. Rəssam yaratdığı dekorlar vasitəsilə keçmiş dövrün həyat və məişəti üçün səciyyəvi olan xüsusiyyətləri məharətlə açıb göstərə bilmişdir..

DEKORÁSİYA

[fr.] 1. Əhvalatın vaqe olduğu yerin və şəraitin teatr səhnəsində rəssamlıq, yaxud memarlıq cəhətdən təsviri: səhnə tərtibatı.
ətraflı

DEKORASİYAÇI

is. 1. Dekorasiya rəssamı. 2. Bəzəkçi, bəzək mütəxəssisi.

DEKORATİ́V

sif. [fr.] Bəzək üçün düzəldilmiş, bəzək üçün olan.
ətraflı

DEKORÁTOR

[fr.] 1. B a x dekorasiyaçı. 2. Bəzək mütəxəssisi.

DEKORÇU

bax dekorasiyaçı.