Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «DO» – 411
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
DA DE DI DO DR DU DV DY
 

DO₁

nida. Öküz, camış kimi heyvanları səsləmək üçün çıxarılan səs.
ətraflı

DO₂

[ital.] Musiqi qammasının başlanğıc səsi, habelə bu səsi göstərən not.

DOD

dod vermək – bax dodu vermək (“dodu”da).

DODAĞABƏNZƏR

sif. İnsan dodağına bənzəyən, dodağa oxşayan.

DODAĞAOXŞAR

bax dodağabənzər.

DODAĞISALLAQ

sif. Alt dodağı sallanmış halda olan. Dodağısallaq adam.

DODAĞISÖZLÜ

is. dan. Bəzəkçi, sözbaz.

DODAĞIYOĞUN

bax qalındodaq.

DODAQ

is. 1. Ağız kənarlarını təşkil edən iki mütəhərrik dəri-damar büküklərindən hər biri.
ətraflı

DODAQALTI

zərf 1. Yavaşcadan, pəsdən, öz-özünə. Yalnız Mina ilə Xədicə arabir dodaqaltı söylənir, bu qərardan məmnun olmadıqlarını bildirirdi.
ətraflı

DODAQARASI

bax dodaqaltı. Yarməmməd nə isə dodaqarası anlaşılmaz bir şey mızıldadı. M.İbrahimov.

DODAQBADODAQ

bax ağızbaağız 1-ci mənada.

DODAQCIQ

is. Kiçik (incə, zərif) dodaq.

DODAQÇİÇƏKLİLƏR

is. bot. Nanə, adaçiçəyi və s.-nin mənsub olduğu bitki fəsiləsinin adı.

DODAQDƏYMƏZ

is. ədəb. Aşıq şeir formalarından biri (bu şeir formalarında sözlər elə seçilir ki, dodaq səsləri, demək olar ki, iştirak etmir).
ətraflı

DODAQLAMA

sif. Ağzına qədər dolu; ağızbaağız, ləbələb. Bir dodaqlama dolça ayran içdi.

DODAQLANAN

f.sif. dilç. Dodaqlar vasitəsilə tələffüz edilən. Dodaqlanan səslər.

DODAQLANMA

“Dodaqlanmaq”dan f.is.

DODAQLANMAQ

f. dilç. Dodaqlar vasitəsilə tələffüz olunmaq.

DODAQLANMAYAN

f.sif. dilç. Dodaqlar vasitəsilə tələffüz edilməyən. Dodaqlanmayan səslər.