Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «DR» – 36
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
DA DE DI DO DR DU DV DY
 

DRÁXMA

is. [yun.] Yunanıstanın pul vahidi.

DRAJE

is. [fr.] 1. Yumru formalı kiçik konfet. 2. tib. Yumru dərman dənələri.

DRAQÚN

[fr.] Çar ordusunda və bəzi xarici ölkə ordularında: xüsusi atlı qoşun hissələri nəfəri, yaxud zabiti.
ətraflı

DRAM

1. B a x drama. Hələ 1932-ci ildən düşünməkdə olduğu “Əfqanıstan” dramı üzərində Cabbarlı daha ciddi çalışmaq niyyətində idi.
ətraflı

DRÁMA

[yun.] 1. Səhnədə ifa olunmaq üçün dialoq şəklində (müəllifin öz sözü olmadan) yazılmış ədəbi əsər növü.
ətraflı

DRAMATİ́K

sif. [yun.] 1. Dramaya məxsus, dramaya aid olan.
ətraflı

DRAMATİKLƏŞDİRİLMƏ

“Dramatikləşdirilmək” dən f.is.

DRAMATİKLƏŞDİRİLMƏK

məch. Dramatizmi, gərginliyi şiddətləndirilmək; dramatik şəklə salınmaq.

DRAMATİKLƏŞDİRİLMİŞ

f.sif. Dramatizmi, gərginliyi şiddətləndirilmiş; dramatik şəklə salınmış.

DRAMATİKLƏŞDİRMƏ

“Dramatikləşdirmək” dən f.is.

DRAMATİKLƏŞDİRMƏK

f. Dramatizmi, gərginliyi artırmaq, şiddətləndirmək; dramatik şəklə salmaq.

DRAMATİKLİK

bax dramatizm.

DRAMATİ́ZM

[yun.] Hadisələrin dramaya xas olan gərginliyi; dramatiklik.
ətraflı

DRAMATURGİ́YA

[yun.] ədəb. 1. Drama sənəti. Dramaturgiya əsərləri.
ətraflı

DRAMATURJİ́

sif. [yun.] Dramaturgiyaya aid. Dramaturji fəaliyyət.
ətraflı

DRAMATURQ

[yun.] ədəb. Drama yazan yazıçı. “Solğun çiçəklər” pyesində Cabbarlının bir dramaturq kimi müvəffəqiyyəti pulun pozucu təsirini göstərməyə təşəbbüs etməsi idi.
ətraflı

DRAMATURQLUQ

is. Dramaturqun işi, peşəsi, sənəti, məşğuliyyəti; drama yazma sənəti.

DRAMLAŞDIRILMA

“Dramlaşdırılmaq”- dan f.is.

DRAMLAŞDIRILMAQ

məch. Dram şəklinə salınmaq.

DRAMLAŞDIRILMIŞ

f.sif. Dram şəklinə salınmış. Dramlaşdırılmış roman.