Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «DU» – 223
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
DA DE DI DO DR DU DV DY
 

DUA

is. [ər.] 1. Adamların bir mətləblə Allaha və müqəddəs saydıqları şəxslərə müraciət, yaxud da ibadət zamanı zikr etdikləri sözlər.
ətraflı

DUAÇI

is. köhn. Dua edən, birinə yaxşılıq, uzun ömür, səadət arzu edən adam.
ətraflı

DUAGU

[ər. dua və fars. ...gu] köhn. b a x duaçı.
ətraflı

DUALAMA

“Dualamaq”dan f.is.; dua oxuma mərasimi.

DUALAMAQ

f. din. Nikah mərasimində oğlanla qızın bir yerdə xoşbəxt və uzun ömür sürmələri üçün dua oxumaq; dualama mərasimi icra etmək.
ətraflı

DUALANMA

“Dualanmaq”dan f.is.

DUALANMAQ

məch. din. Üzərində dualama mərasimi icra edilmək.

DUALATMA

“Dualatmaq”dan f.is.

DUALATMAQ

icb. din. Dualama mərasimi icra etdirmək (başqası vasitəsilə).

DUALİ́ST

[lat.] Dualizm (1-ci mənada) tərəfdarı. // Sif. mənasında. Dualist dünyagörüşü.

DUALİ́ZM

[lat.] 1. fəls. Varlığın əsasını, bir-birini inkar edən və bir-biri ilə mübarizə aparan iki əsas səbəb (materializm və idealizm) təşkil etdiyini iddia edən fəlsəfi nəzəriyyə (monizm ziddi). 2. Ümumiyyətlə, ikilik.

DUA-SƏNA

is. [ər.] b a x dua 1-ci mənada. _ Dua-səna etmək – bax dua etmək (“dua”da).
ətraflı

DUAYAZAN

is. din. köhn. Dua yazmaqla məşğul olan adam.
ətraflı

DUBLÉT

[fr.] kit. Hər hansı bir şeyin ikinci nüsxəsi; iki eyni şeydən biri.
ətraflı

DUBLİKÁT

[lat.] Əsil sənədi əvəz edən ikinci nüsxəsi, surəti.
ətraflı

DUBLYÁJ

[fr.] Səsli kinofilminin danışıq hissəsinin yeni, başqa dildə danışıqla əvəz edilməsi, başqa dilə çevrilməsi.

DUBLYONKA

is. [rus.] Aşılanmış dəridən astarı tük (yun) kürk və gödəkcə.

DUBLYÓR

[fr.] 1. Başqası ilə yanaşı olaraq eyni işi, yaxud bənzər işi görən adam və s.
ətraflı

DUBLYORLUQ

is. Dublyorun işi (b a x dublyor). Dublyorluq etmək.

DUD

is. [fars.] Əsil mənası “tüstü” olub, klassik şeirdə və folklorda çox vaxt “dudiah”, “dudi-dil” və s.
ətraflı