Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «E» – 742
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
EB EC ED EF EH EX EK EQ EL EM EN EO EP ER ES ET EV EY EZ
 

E₁

Azərbaycan əlifbasının altıncı hərifi və bu həriflə işarə olunan saitin adı.

E₂

nida Etiraz, narazılıq bildirir (adətən, uzadılaraq deyilir).
ətraflı

EBONİ́T

[yun.] tex. Müxtəlif maddələrin hazırlanmasında geniş tətbiq olunan və elektrotexnikada izolyasiya materialı kimi istifadə edilən vulkanizə edilmiş rezin qatışıqlarından alınan bərk maddə.
ətraflı

ECAZ

is. [ər.] 1. klas. Möcüzə, misli görünməmiş şey, xariqə.
ətraflı

ECAZKAR

sif. [ər. ecaz və fars. ...kar] Xariqüladə, möcüzələr yaradan, hər kəsi heyrətə salan.
ətraflı

EDADI

[ər.]: edadı məktəb – 1917-ci il aprel inqilabından sonra ibtidai və rüşdiyyə məktəblərindən sonra gələn və şagirdləri ali məktəbə hazırlayan məktəbin köhnə adı.
ətraflı

EDADİYYƏ

[ər.]: edadiyyə məktəbi – bax edadı. Mirzə Səfərin iki oğlu edadiyyə məktəbinin beşinci sinfində oxuyurdu. Ə.Haqverdiye

EDAM

is. [ər.] Yüksək məhkəmə cəzası üsulu olaraq öldürmə; ölüm cəzası, dar ağacından asma.
ətraflı

EDİ

məh. bax ağı2. _ Edi demək (çəkmək) – b a x ediləmək.

EDİCİ

is. məh. köhn. Yasxanada ağı deyən; ağıçı.
ətraflı

EDİLƏMƏK

f. məh. Edi demək, ağı demək, ağız açmaq.

EDİLƏŞMƏ

“Ediləşmək”dən f.is.

EDİLƏŞMƏK

qarş. məh. köhn. Ağız-ağıza verib edi söyləmək, ağı demək.

EDİLMƏ

“Edilmək”dən f.is.

EDİLMƏK

“Etmək”dən məch. Güllələr atılır, hədələr edilir, amma yaxın gəlməyə cürət edən bir adam görünmürdü. Mir Cəlal.

EDİLMİŞ

f.sif. Yerinə yetirilmiş, əmələ gətirilmiş, görülmüş. Edilmiş cinayət.

EDİŞ

is. Etmək işi, etmə. Onu təqib edişim hər halda münasib bir hərəkət deyildi. S.Hüseyn.

EFFÉKT

[lat.] 1. Təsir, nəticə. [Hüseyn:] İndi görürsənmi, heyvanı necə boğmaq lazımdır ki, effekt olsun? Ə.
ətraflı

EFFEKTİVLİK

is. Təsirlilik, təsir bağışlama qabiliyyəti, dərəcəsi.
ətraflı

EFFEKTLİ

sif. 1. Təsirli, güclü təsir, effekt bağışlayan, effekt yaradan.
ətraflı