Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «G» – 1441
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
GA GE GO GU
 

G

Azərbaycan əlifbasının doqquzuncu hərfi. b a x ge.

GAH₁

[fars.] Cümlənin həmcins üzvlərini və tabesiz mürəkkəb cümlənin tərkib hissələrini bölüşdürmə əsasında birləşdirən bağlayıcı (əsasən təkrar edilərək işlədilir).
ətraflı

GAH₂

məh. bax büzmə 2-ci mənada.

GAHBAGAH

zərf [fars.] Hərdənbir, arabir, bəzən, gah-gah.
ətraflı

GAHBİR

zərf Hərdən, bəzən, arabir, gahdanbir. İnsaf üçün bunu da lazımdır demək ki, əcnəbilərin içində bu da gahbir ittifaq düşür ki, bir kişi hətta övrətinə məhəbbəti ola-ola bir özgə övrətə yavuq düşür. C.Məmmədquluzadə.

GAHDAN

zərf Bəzən, hərdən, arabir. Başına döndüyüm alagöz Pəri; Gahdan ağla, gahdan yada sal məni.
ətraflı

GAHDANBİR

bax gahbir. Gahdanbir bizə gələrdi. – Hər dəfə çörək bişirən vaxt Həlimə xala iki, ya bəlkə üç övrət qonşularından özünə mədədçi çağırardı və gahdanbir Təzəkənddə bacısı Zibeydəyə xəbər verirdi ki, gəlib ona kömək eləsin. C.Məmmədquluzadə.

GAH-GAH

b a x gahbagah. Bilmişəm bulmaq vüsalın, leyk bir ümmid ilə; Gahgah öz xatiri-naşadımı şad eylərəm.
ətraflı

GAH-GAHI

bax gah-gah. Əziziyəm, külahı; Götür başdan külahı; Oğul, böyüyəndə sal; Məni yada gah-gahı.
ətraflı

GAHGİR₁

sif. Yerişini tez-tez dəyişən, sabit yerişi olmayan. Gahgir at.

GAHGİR₂

məh. Narın sarı qum. Daşın üstünə gahgir tökmək.

GAHGİRLİK₁

is. Gahgir atın xasiyyəti (bax gahgir1). Bu atın gahgirliyi xoşuma gəlmir.

GAHGİRLİK₂

is. Gahgir olan yer; qumluq (bax gahgir2).

GAHI

bax gah1 Gahı şaha bir tənə vurar, gahı vəzirə. M.Ə.Sabir.

GAHI-GAHI

bax gah-gah. Ey sevdiyim, qaydasıdır qızların; Gahı-gahı bu söz atmaq nədəndir.
ətraflı

GAHLI

bax büzməli. Həmişəki kimi [Şahbəy] yenə də lifəli şalvar, qara gahlı arxalıq geymişdi. Ə.Əbülhəsən.

GAP

is. köhn. Söhbət, danışıq. [Kətxuda:] Ay oğul, gapınızın ucundan-qulağından eşitdim.
ətraflı

GAPTLAMA

“Gaplamaq”dan f.is.

GAPLAMAQ

f. köhn. Söhbət etmək, danışmaq.

GAVAHIN

is. Kotanın, xışın torpaq layını altdan kəsən kəsici hissəsi.
ətraflı