Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «GÖ» – 402
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
GA GE GO GU
 

GÖBƏK

is. 1. Göbəkbağı düşdükdən sonra qarnın ortasında qalan kiçik çuxur, batıq.
ətraflı

GÖBƏKBAĞI

is. anat. İnsan və ya heyvan rüşeymini ananın bədəni ilə birləşdirən və rüşeymin qidalanmasına vasitə olan boru.

GÖBƏKCİK

is. Balaca, kiçik göbək. Rüşeymlə ananın əlaqəsi göbəkcik vasitəsilə yaradılır. “Qaramal”.

GÖBƏKDUASI

is. Köhnə məişətdə: cəhalət və nadanlıq əlaməti olaraq xəstə, yaxud uşağı olmayan qadınların göbəkləri ətrafına yazılan dua.

GÖBƏKGÖTÜRƏN

is. Köhnə məişətdə: göbəkgötürmə ilə məşğul olan ara həkimi.

GÖBƏKGÖTÜRMƏ

is. Köhnə məişətdə: ara həkimlərinin dua oxuyub göbəyə püfləməsindən ibarət yalançı müalicə üsulu.

GÖBƏKKƏSMƏ

is. etnoqr. Qız və oğlan uşağını anadan olanda bir-birinə nişanlama adəti: beşikkəsmə.
ətraflı

GÖBƏKLİ

sif. dan. Qarnı iri olan; kök, yoğun, yekəqarın.
ətraflı

GÖBƏKYAZAN

is. köhn. Göbəkduası yazan adam, molla (b a x göbəkduası).
ətraflı

GÖBƏLƏK

is. 1. bot. Xlorofili olmayan, əsasən sporlar vasitəsilə çoxalan ibtidai bitki.
ətraflı

GÖBƏLƏKBAŞ

sif. Başının forması göbələk kimi olan; yastıbaş.
ətraflı

GÖBƏLƏKCİK

is. Kiçik, xırda göbələk.

GÖBƏLƏKLİK

is. Çoxlu göbələk bitən yer.

GÖBƏLƏKŞƏKİLLİ

bax göbələkvari.

GÖBƏLƏKŞƏKİLLİLİK

bax göbələkvarilik.

GÖBƏLƏKVARİ

sif. Göbələk şəklində olan, şəkilcə göbələyə oxşayan; göbələkşəkilli. Göbələkvari tağ.

GÖBƏLƏKVARİLİK

is. Göbələyə oxşayan şeyin şəkil və vəziyyəti; göbələk şəkillilik.

GÖDƏCİK

sif. Boyca çox balaca; qısaboylu, kiçikboylu.
ətraflı

GÖDƏCİKLİK

is. Gödəcik şey və ya adamın halı.

GÖDƏK

bax qısa. Gödək oğlan. Gödək saç. Gödək vaxt.
ətraflı