Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «GÜ» – 259
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
GA GE GO GU
 

GÜBRƏ

is. Bitkiləri daha yaxşı qidalandırmaq və məhsuldarlığını artırmaq üçün torpağa qatılan üzvi və ya qeyri-üzvi maddə.
ətraflı

GÜBRƏLƏMƏ

“Gübrələmək”dən f.is.

GÜBRƏLƏMƏK

f. Torpağa gübrə vermək. Tarlanı gübrələmək.

GÜBRƏLƏNDİRİLMƏ

“Gübrələndirilmək” dən f.is.

GÜBRƏLƏNDİRİLMƏK

məch. Gübrə vurdurulmaq, gübrə səpdirilmək.

GÜBRƏLƏNDİRMƏ

“Gübrələndirmək” dən f.is.

GÜBRƏLƏNDİRMƏK

icb. Gübrə vurmaq, gübrə vermək.

GÜBRƏLƏNMƏ

“Gübrələnmək”dən f.is.

GÜBRƏLƏNMƏK

məch. Gübrə vurulmaq, gübrə verilmək. Tarla gübrələndi.

GÜBRƏLƏTMƏ

“Gübrələtmək”dən f.is.

GÜBRƏLƏTMƏK

icb. Gübrə verdirmək, gübrə vurdurmaq. Sahəni gübrələtmək.

GÜBRƏLİ

sif. Gübrəsi olan, gübrə verilmiş, gübrələnmiş. Gübrəli torpaq.

GÜBRƏSƏPƏN

sif. k.t. Torpağı gübrələyən; gübrəverən.
ətraflı

GÜBRƏSİZ

sif. Gübrə verilməmiş, gübrəsi olmayan. Gübrəsiz torpaq.

GÜC

is. 1. Canlıların əzələlərini gərginləşdirmə vasitəsilə fiziki hərəkətlər etmə qabiliyyəti; insanın (heyvanın) fiziki enerjisi, qüvvəsi; qüvvə.
ətraflı

GÜC-BƏLA

zərf Çox çətinliklə, böyük əziyyətlə; zorla.
ətraflı

GÜCƏNDİRMƏ

“Gücəndirmək”dən f.is.

GÜCƏNDİRMƏK

icb. Gücənməyə, güc sərf etməyə məcbur etmək.

GÜCƏNMƏ

“Gücənmək”dən f.is.

GÜCƏNMƏK

f. 1. Güc sərf etmək, güc vurmaq. Stolu qaldırmaq üçün gücənmək.
ətraflı