Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «GÜ» – 259
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
GA GE GO GU
 

GÜCÖLÇƏN

bax qüvvətölçən.

GÜCÖTÜRÜCÜ

is. xüs. Gücü bir aqreqatdan başqa bir aqreqata, aqreqatın bir hissəsindən digər hissəsinə ötürmək üçün qayış, val və s.

GÜCSÜZ

sif. 1. Gücü, fiziki qüvvəsi olmayan və ya az olan, fiziki cəhətdən inkişaf etməmiş; qüvvəsiz.
ətraflı

GÜCSÜZLÜK

is. Gücsüz adam və ya şeyin keyfiyyəti: qüvvətsizlik, zəiflik.
ətraflı

GÜCÜRLƏMƏK

f. Güclə məcbur etmək.

GÜDAZ

[fars.]: güdaza vermək – birinin məhvinə, yoxa çıxmasına, fəlakətə uğramasına səbəb olmaq.
ətraflı

GÜDƏ

dan. bax gödək.

GÜDƏBOY(LU)

dan. bax gödəkboy(lu). Bu arvad güdəboy, adətdənkənar yoğun bir adam idi. Çəmənzəminli.

GÜDƏLMƏ

“Güdəlmək”dən f.is.

GÜDƏLMƏK

dan. bax gödəlmək. Söylə mənə: vəzarəti-milliyəniz düzəldimi? Ya uzun əl, uzun papaq qıssalaşıb güdəldimi? M.Ə.Sabir.

GÜDMƏ

“Güdmək”dən f.is.

GÜDMƏK

f. 1. Gizlicə birinin dalınca baxmaq, gözdən qoymamaq; gözləmək.
ətraflı

GÜDÜK

is. dan. Güdmə, güdmək işi. _ Güdükdə durmaq (olmaq) – dayanıb, gizlənib güdmək.
ətraflı

GÜDÜKÇÜ

is. Güdən, keşik çəkən adam, gözətçi.

GÜDÜLMƏ

“Güdülmək”dən f.is.

GÜDÜLMƏK

“Güdmək”dən məch.

GÜHƏR

klas. bax gövhər. Yüz elm oxusan axırı avarə qalarsan: Baxmazlar sənin dürlü gühərin var. M.Ə.Sabir.

GÜL

is. [fars.] 1. Çiçək (danışıqda “qızılgül” mənasında da işlənir).
ətraflı

GÜLAB

is. [fars.] Qızılgül yarpaqlarını distillə etmək yolu ilə alınan ətirli maye, gül suyu.
ətraflı

GÜLABDAN, GÜLABZƏN, GÜLABPUŞ

is. [fars.] Gülab saxlamaq üçün aşağısı girdə, boğazı dar, uzun və qəşəng formalı çini, ya metaldan qab; gülabqabı, gülabsüzən.
ətraflı