Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «Gİ» – 239
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
GA GE GO GU
 

Gİ́BBON

[ing.] Cənub-şərqi Asiya və Malay adalarında yaşayan uzunqollu meymun cinsi.

GİC

sif. 1. Axmaq, səfeh, ağıldan kəm, sarsaq.
ətraflı

GİCALOV

is. dan. Çətin, ağır, dolaşıq vəziyyət. Mələk xanım bu gicalovda olsun, xəbər verim sənə Qara vəzirin qulunnan.
ətraflı

GİCAVAR

is. 1. məh. Tez-tez səmtini dəyişən yaz və ya yay küləyi.
ətraflı

GİCBAŞ

bax gicbeyin. [Çimnaz:] Gicbaş arvad da Veys nə cür tapşırıb, elə-elə gedib qızı istəyib. Ə.Əbülhəsən.

GİCBAŞLIQ

bax gicbeyinlik.

GİCBEYİN

sif. Gic, axmaq, sarsaq, ağılsız.

GİCBEYİNLİK

is. Giclik, axmaqlıq, sarsaqlıq, ağılsızlıq.

GİCBƏSƏR

bax gicbeyin.

GİCBƏSƏRLİK

bax gicbeyinlik. Sən Seyid Vəlinin o gicbəsərliyinə baxma, onu nahaq yerə gözdən salıblar. S.Rəhimov.

GİCƏLLƏNDİRİCİ

b a x başgicəlləndirici.

GİCƏLLƏNDİRMƏ

“Gicəlləndirmək”- dən f.is.

GİCƏLLƏNDİRMƏK

baş(ını) gicəlləndirmək – gözlərini qaraltmaq, başını fırlatmaq.
ətraflı

GİCƏLLƏNMƏ

“Gicəllənmək”dən f.is.

GİCƏLLƏNMƏK

baş(ı) gicəllənmək – müvazinət hissinin itirilməsi, gözlərin qaralması və başın hərlənməsi şəklində təzahür edən yarıbayğınlıq halında olmaq.
ətraflı

GİCƏLLƏTMƏ

“Gicəllətmək”dən f.is.

GİCƏLLƏTMƏK

bax gicəlləndirmək. Zərbə onu gicəllətdi.

GİCƏLMƏ₁

“Gicəlmək1”dən f.is.

GİCƏLMƏ₂

“Gicəlmək2”dən f.is.

GİCƏLMƏK₁

bax gicəllənmək. ..Əgər yer fırranır, bəs niyə bizim başımız gicəlmir? C.
ətraflı