Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «GƏ» – 239
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
GA GE GO GU
 

GƏBƏ

is. Böyük xalça, xalı. Otağa gəbə döşəmək.
ətraflı

GƏBƏÇİ

is. köhn. Gəbə, xalı toxuyan və ya gəbə alveri edən adam.

GƏBƏÇİLİK

is. Gəbəçinin işi, peşəsi.

GƏBƏRDİLMƏ

“Gəbərdilmək”dən f.is.

GƏBƏRDİLMƏK

məch. Öldürülmək.

GƏBƏRMƏ

“Gəbərmək”dən f.is.

GƏBƏRMƏK

f. Ölmək (adətən heyvanlar haqqında). Nədənsə bir neçə ay bundan əvvəl at qançır olub gəbərmiş.
ətraflı

GƏBƏRTMƏ

“Gəbərtmək”dən f.is.

GƏBƏRTMƏK

f. Öldürmək. Yüzbaşını, oğlunu gəbərdib qaçdım dağa; Süründüm dağda-daşda, ələ vermədim yaxa. S.Rüstəm.

GƏC

is. [fars.] Gillə gipsin qarışığından hazırlanan al-sarımtıl rəngli maddə (suvaq işlərində istifadə olunur).
ətraflı

GƏCXANA

is. [fars.] köhn. Gəc hazırlanan yer. // Gəc satılan dükan.

GƏDA

is. [fars.] 1. köhn. Keçmişdə yoxsul, aşağı təbəqədən olan adamlara verilən ad.
ətraflı

GƏDALIQ

is. 1. Əsil-nəsəbi olmama, aşağı təbəqədən olma.
ətraflı

GƏDƏ

is. dan. 1. Nökər. [Asya:] Gülçöhrə bir gədəyə aşiq olubdur.
ətraflı

GƏDƏBAŞI

is. köhn. Keçmişdə xan, bəy, dövlətli evinin nökərlərinə başçılıq edən adam; baş nökər.

GƏDƏCİYƏZ

“Gədə”dən (2-ci mənada) oxş. Oğlancığaz, uşaqcığaz.
ətraflı

GƏDƏ-GÜDƏ

top. nifr. Keçmişdə aşağı təbəqələrə mənsub adamlara verilən təhqirli ad.
ətraflı

GƏDƏK

məh. bax balağ2.

GƏDƏLİK

is. 1. Nökərçilik, nökərlik. Sən bu qədər də kövrəkləşmə, Ələmdar, – deyə Müqim bəy dəsmalını çıxarıb gədəliyə götürdüyü Leyləyin gözlərini sildi.
ətraflı

GƏDİK

is. Dağın beli; aşırım. Dəlilər ancaq Çənlibelin gədiyində onun tozunu gördülər.
ətraflı