Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «GE» – 195
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
GA GE GO GU
 

GE

“G” hərfinin və bu hərflə işarə olunan samitin adı.

GEC

zərf Müəyyənləşdirilmiş, qərarlaşdırılmış vaxtdan sonra.
ətraflı

GECDƏN

zərf Adi vaxtdan tez, həmişəkindən əvvəl.
ətraflı

GECDƏN-GEC

zərf Çox gec, lap gec. [Qərənfil xalanın] gecdən-gec gözünə yuxu getdi.
ətraflı

GECDƏYƏN

bax gecyetişən.

GECƏ

is. 1. Günün günbatandan günçıxana qədər, axşamdan səhərə qədər olan hissəsi.
ətraflı

GECƏBƏGÜNDÜZ

dan. bax gecə-gündüz. Gecəbəgündüz işləmək.
ətraflı

GECƏBƏNÖVŞƏSİ

is. bot. Yeraltı kök yumruları olan yabanı bəzək bitkisi; gecəçiçəyi.

GECƏÇIRAĞI

is. zool. Gecələr parıldayıb işıq verən böcək; işıldaquş.

GECƏÇİÇƏYİ

bax gecəbənövşəsi.

GECƏ-GÜNDÜZ₁

is. Gecə-gündüzün davam etdiyi 24 saat müddət.
ətraflı

GECƏ-GÜNDÜZLÜ

bax gecəli-gündüzlü.

GECƏ-GÜNDÜZLÜK

sif. Adətən saylarla: bir gecə-gündüzlük – bir gecə-gündüz müddətində olan, bir gecə-gündüzə bəs edən. Bir gecə-gündüzlük odun.

GECƏKƏSDİ

is. etnoqr. Toy gecələri səhərə qədər sürən şənlik mərasimi.

GECƏKİ

sif. Gecə olmuş, gecə baş vermiş. Gecəki hadisə.
ətraflı

GECƏKORLUQ, GECƏKORLUĞU

is. tib. Gecələr gözün görmə qabiliyyətinin azalmasından ibarət göz qüsuru; şəbkorluq.

GECƏKORU

is. Gecəkorluğu olan adam; şəbkor.

GECƏQONAĞI

is. 1. Bir gecə qonaq qalan adam. Gecəqonağı tezdən getdi.
ətraflı

GECƏQUŞU

is. 1. B a x yarasa 1-ci mənada. Çox yeriməyib uşaq yenə durdu, başının üstə bir gecəquşu hərlənib fırlanırdı.
ətraflı

GECƏLƏMƏ

“Gecələmək”dən f.is.