Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «HÜ» – 80
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
HA HE HI HM HO HU
 

HÜBAB

is. [ər.] 1. Yağış yağanda su üstündə əmələ gələn qabarcıqlar.
ətraflı

HÜCEYRƏ

is. [ər.] biol. Canlı orqanizm quruluşunun protoplazma, nüvə və qişadan ibarət ən sadə vahidi.
ətraflı

HÜCEYRƏARASI, HÜCEYRƏDAXİLİ

sif. biol. Hüceyrə toxumaları arasında olan.
ətraflı

HÜCRƏ

is. [ər.] Məscid, təkyə, karvansara və s.
ətraflı

HÜCUM

is. [ər.] 1. İrəliləmək məqsədilə qoşunların düşmənə qarşı apardığı hərbi əməliyyat; həmlə.
ətraflı

HÜCUMÇU

1. sif. hərb. Hücum üçün olan, hücum edən.
ətraflı

HÜD-HÜD

bax şanapipik. Şahlıq tac ilə olmaz, əldə cami-Cəm gərək; Yoxsa vardır, ey pərivəş, hüd-hüdün başında tac. S.Ə.Şirvani.

HÜDUD

is. [ər. “hədd” söz. cəmi] 1. Sərhəd. Vətənin hüdudlarını qorumaq.
ətraflı

HÜDUDLAMA

“Hüdudlamaq”dan f.is.

HÜDUDLAMAQ

f. Hüdud qoymaq, hüdudunu müəyyən etmək, sərhəd çəkmək, hədd qoymaq.

HÜDUDSUZ

sif. Həddi-hüdudu olmayan, ucsuz-bucaqsız, sonsuz.
ətraflı

HÜDUDSUZLUQ

is. Həddi, hüdudu olmama, sonsuzluq.

HÜKƏMA

is. [ər. “həkim” söz. cəmi] klas. Hikmət və fəlsəfə alimləri; alimlər.
ətraflı

HÜQUQ

is. [ər. “həqq” söz. cəmi] 1. Dövlət tərəfindən müəyyən olunan və tətbiq edilən, insanlar arasında ictimai münasibətləri nizama salan və hakim sinfin iradəsini ifadə edən normaların, qaydaların məcmusu.
ətraflı

HÜQUQÇU

is. 1. Hüquq sahəsində praktik işçi. Məhkəmənin hüquqçusu. 2. B a x hüquqşünas.

HÜQUQİ

sif. [ər.] 1. Hüquqa əsaslanan, hüquq normalarına uyğun olan.
ətraflı

HÜQUQLU

sif. Hüququ olan, hüquqdan istifadə edən.

HÜQUQSUZ

sif. və zərf Siyasi və vətəndaşlıq hüququ olmayan, hüquqlardan məhrum, hüququ əlindən alınmış.
ətraflı

HÜQUQSUZLUQ

is. Siyasi və ictimai hüququn olmadığı hal, hüquqsuz adamın hal və vəziyyəti.

HÜQUQŞÜNAS

is. [ər. hüquq və fars. ...şünas] Hüquqşünaslıq mütəxəssisi; hüquqçu.
ətraflı