Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «Hİ» – 158
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
HA HE HI HM HO HU
 

HİBRİ́D

[lat.] Müxtəlif cinsdən, növdən olan bitki və ya heyvanların hibridləşdirilməsi nəticəsində əmələ gələn yeni orqanizm; mələz.
ətraflı

HİBRİDLƏŞDİRİLMƏ

“Hibridləşdirilmək” dən f.is.

HİBRİDLƏŞDİRİLMƏK

“Hibridləşdirmək” dən məch.

HİBRİDLƏŞDİRMƏ

“Hibridləşdirmək”- dən f.is. Öz xüsusiyyətlərinə görə az və ya çox fərqlənən müxtəlif orqanizmlərin cinsi üsul və ya vegetativ orqanlarını bir-birinə calamaq yolu ilə birləşdirilməsinə hibridləşdirmə, bunun nəticəsində alınan yeni orqanizmə isə hibrid deyilir. M.Qasımo

HİBRİDLƏŞDİRMƏK

f. Müxtəlif bitki və ya heyvan növlərini keyfiyyətcə yeni, yaxşılaşdırılmış cins, növ almaq üçün cütləşdirmək; mələzləşdirmək.
ətraflı

HİCAB

is. [ər.] klas. 1. Pərdə, örtü. Yaşadıqca cavanlana, enlənə; Bir hicabda, bir pərdədə əylənə.
ətraflı

HİCAZ

is. mus. Azərbaycan klassik muğamlarından birinin adı.
ətraflı

HİCR

[ər.] klas. bax hicran. Qəm əlindən sinə yırtdım, baş açdım; Hicr əlindən dadübidad eylədim.
ətraflı

HİCRAN

is. [ər.] Ayrılıq, firqət, fəraq. Hicran dərdi məni salıb zillətə; Səni görsəm, dərdim azalı, Güllü! Aşıq Ələsgər.
ətraflı

HİCRƏT

is. [ər.] 1. Öz vətənini tərk edib başqa bir yerə getmə, köçmə; mühacirət.
ətraflı

HİCRİ

is. [ər.] Hicrətə aid, hicrətə mənsub (b a x hicrət 2-ci mənada).
ətraflı

HİÇ

[fars.] klas. bax heç. Ah kim, dağlarda seylab eyləyən şivən kimi; Hiç kim rəhm eyləməz, hərçənd fəryad eylərəm.
ətraflı

HİDAYƏT

is. [ər.] İslam dininə görə doğru yol, düz yol, haqq yol.
ətraflı

HİDDƏT

is. [ər.] 1. Qəzəb, acıq, qeyz, hirs, sərtlik.
ətraflı

HİDDƏTLƏNDİRİLMƏ

“Hiddətləndirilmək” dən f.is.

HİDDƏTLƏNDİRİLMƏK

məch. Hirslənməsinə, qəzəblənməsinə, hiddətlənməsinə səbəb olmaq; qəzəbləndirilmək, qeyzləndirilmək.

HİDDƏTLƏNDİRMƏ

“Hiddətləndirmək”- dən f.is.

HİDDƏTLƏNDİRMƏK

f. Qəzəbə, hiddətə gətirmək; qəzəbləndirmək, qeyzləndirmək.
ətraflı

HİDDƏTLƏNMƏ

“Hiddətlənmək”dən f.is.

HİDDƏTLƏNMƏK

f. Qəzəbə, hiddətə gəlmək; hirslənmək, qəzəblənmək, qeyzlənmək.
ətraflı