Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «HO» – 74
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
HA HE HI HM HO HU
 

HO, HO-HO

təql. İşlək qaramalı hərəkətə gətirmək və ya qovmaq üçün işlədilir.
ətraflı

HODAQ

is. məh. Kotana qoşulan öküz. Qəhrəman ..
ətraflı

HODAQÇI

is. məh. Kotana qoşulan öküzün başını çəkən adam.
ətraflı

HO-HA, HO-HO

bax ho. Ho-ho var dağa qaldırar, ho-ho var dağdan endirər.
ətraflı

HOHOLAMA

“Hoholamaq”dan f.is.

HOHOLAMAQ

f. dan. İnəyi, öküzü, kəli hərəkətə gətirmək və ya yerişini artırmaq üçün “ho-ho” deyə səs çıxarmaq.
ətraflı

HOQQA₁

is. [ər.] 1. Əl zirəkliyi ilə çıxarılan cürbəcür oyunlar.
ətraflı

HOQQA₂

is. [ər.] köhn. Tiryək çəkənlərin işlətdiyi xüsusi qəlyan və onun başına keçirilən borucuq.
ətraflı

HOQQABAZ

is. [ər. hoqqa və fars. ...baz] 1. Əl cəldliyi ilə cürbəcür oyunlar göstərən adam, hoqqa çıxardan; oyunbaz.
ətraflı

HOQQABAZLIQ

is. 1. Hoqqabazın (1-ci mənada) işi, sənəti; əl zirəkliyi ilə cürbəcür şeylər göstərmə.
ətraflı

HOLAVAR

is. folk. Cütçülərin, əkinçilərin oxuduqları mahnı (şifahi xalq ədəbiyyatı növü).
ətraflı

HOLAVARLAMA

“Holavarlamaq”dan f.is.

HOLAVARLAMAQ

f. Holavar oxumaq, holavar çəkmək. [Qoca:] Ay balam, niyə Allahın gözündən düşmüsən, bir holavarla, qoy öküz işin çəmini tapsın, – dedi. S.Rəhimov.

HOLL

[ing.] İctimai binalarda istirahət və ya gözləmə üçün böyük otaq, zal, salon.

HOLLAND, HOLLANDİYALI

is. Hollandiyanın (Niderlandiyanın) əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam.

HOLLANDCA

sif. və zərf Holland dilində. Hollandca-azərbaycanca lüğət. Hollandca öyrənmək.

HOMEOPÁT

[yun.] Homeopatiya üsulları ilə müalicə edən həkim.

HOMEOPATİ́K

sif. [yun.] Homeopatiya ilə bağlı olan, homeopatiya üsulları tətbiq edən. Homeopatik müalicə.

HOMEOPÁTİYA

[yun. homoios – oxşar, bənzər və pathos – xəstəlik] Böyük dozaları sağlam adamda müalicə edilən xəstəlik əlamətlərinə oxşar əlamətlər törədən dərmanların çox kiçik dozaları ilə müalicə üsulu.

HOMOGEN

sif. [yun.] Eyni cinsli, bir cinsli.