Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «J» – 45
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
JA JE JM JO JU
 

J

Azərbaycan əlifbasının on beşinci hərfi. bax je.

JAKÉT

is. [fr.] Qısa qadın üst paltarı. Jaket geymək.
ətraflı

JALƏ

is. [fars.] 1. Şeh, şəbnəm. Güldü gül, açıldı nərgiz, lalə doldu jalədən.
ətraflı

JALÜZ

is. [fr.] Nazik materiallardan qayrılan qat-qat pəncərə pərdəsi.

JANDÁRM(A)

is. [fr.] 1. Jandarmeriyada xidmət edən polis məmuru.
ətraflı

JANDARMALIQ

bax jandarmeriya.

JANDARMÉRİYA

[fr.] Çar Rusiyasında və burjuaziya ölkələrində siyasi mühafizə və inqilabi hərəkata qarşı mübarizə üçün xüsusi polis qoşunları.
ətraflı

JANR

[fr.] 1. İncəsənətin hər hansı bir sahəsində süjet və üslub cəhətdən səciyyəvi olan əsərlər növü.
ətraflı

JANRİ́ST

[fr. genre-dən] Məişət mövzusunda şəkillər çəkən rəssam.

JARQÓN

[fr.] dilç. Ümumxalq dilindən ayrılan və öz spesifik söz və ifadələri ilə ondan fərqlənən müəyyən ictimai və ya peşəkar qrupunun danışdığı dil.
ətraflı

JE

“J” hərfinin və bu hərflə işarə olunan samitin adı.

JELATİ́N

[fr.] Məhlulu soyudulduqda həlməşik hala keçən üzvi zülali maddə (texnikada, fotoqrafiyada, təbiətdə və s.-də işlənir).

JELATİNLƏŞDİRİLMƏ

“Jelatinləşdirilmək” dən f.is.

JELATİNLƏŞDİRİLMƏK

məch. kim. Üzvi zülali maddənin məhlulunu soyutmaqla həlməşik halına salınmaq.

JELATİNLƏŞMƏ

“Jelatinləşmək”dən f.is.

JELATİNLƏŞMƏK

f. kim. Üzvi zülali maddənin məhlulu soyuyaraq həlməşik halına düşmək.

JELE

is. [fr.] Meyvə şirələrindən hazırlanan həlməşik desert yeməyi.

JELONKÁ

is. köhn. [rus] Keçmişdə: quyulardan neft çıxarmaq üçün işlədilən vedrəyə oxşayan uzunsov qab.
ətraflı

JELONKAÇI

is. köhn. Keçmişdə jelonka ilə quyudan neft çəkən fəhlə.

JELONKAÇILIQ

is. köhn. Jelonka ilə quyudan neft çəkən fəhlənin işi, peşəsi.